Baş prokurorun müavini: Ötən il 9 vəzifəli şəxs həbs olunub

  • 15 yan 2020, 22:03
Yerli icra hakimiyyət orqanlarında olan neqativ hallarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciətlər daxil olub və araşdırma aparılıb.
Trend-in məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ötən il icra hakimiyyəti orqanları ilə bağlı 7 cinayət işi başlanıb: "Həmin cinayət işləri üzrə 9 vəzifəli şəxs həbs olunub. Onlar barəsində aparılan ibtidai istintaq başa çatdırılaraq məhkəməyə göndərilib”.
Oxşar xəbərlər