AÇIQLAMA: “Lifttəmir” İB-də yoxlamalar davam etdirilir"

  • 09 okt 2018, 11:18

"Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyində yoxlamalar davam etdirilir"

Bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
K.Əliyev qeyd edib ki, mütəxəssislətdən ibarət işçi qrupu yaradılıb, istintaqın obyektiv aparılması tam təmin ediləcək. O, həmçinin bildirib ki, birliyin rəhbəri ilə bağlı da araşdırmalar başlanılıb. 
Xatırladaq ki, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Bu ayın əvvəlində "Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub. /Y.M/

Oxşar xəbərlər