Sabiq polis əməkdaşı DTX-ya videomüraciət yaydı - "Onlar Ermənistana necə gedib gəlir?"

  • 20 dek 2019, 23:22

Gəncə şəhər sakini, sabiq polis əməkdaşı Əhmədov Oktay Eldar oğlu sosial şəbəkədə həyəcan təbili çalaraq Rusiyada erməni lobbisi ilə əlaqələri olduğunu iddia etdiyi bir neçə Azərbaycanlı barədə təcili tədbir görülməsini istəyib.

"Demokratik.Az"=ın məlumatına görə, şikayətçi Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciətində əslən Azərbaycanlı olan Əhmədov Nazim Mehralı oğlu və Əhmədov Rövşən Yunis oğlunun ailələrilə 06.08. 2013 – 2015 – ci illərdə İrəvanın Amasiya Mahalının Öysüz, YeniYol, DaşKörpü və Balıxlı kəndlərinə gedib orada yeyib içmələrini şübhəli hesab edib. Bildirib ki, adıçəkilən Rusiya vətəndaşlarının Ermənistana - öz ata-baba yurduna hansı razılaşmalarla gedib gəlmələri dərindən araşdırılmalıdır.

Videomüraciətdən aydın olur ki, çox rahat şəkildə Ermənistanın Amasiya əyalətinə gedən Əhmədovlar 90-cı illərdə Qarabağ döyüşlərində iştirak etmək əvəzinə Rusiyaya gediblər və hazırda orada sahibkarlıqla məşğuldurlar. Ən əsası, onlar həm də Azərbaycan vətəndaşlarıdır, Gəncə şəhərində pasport qeydiyyatındadırlar.

Gəncədən olan həmyerlilərimizin ermənistana gedib-gəlmələrini adi hal hesab etməyən və onların düşmən ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsini mümkün hesab edən Oktay Əhmədov müraciətinə aidiyyatı qurumlar tərəfindən ciddi yanaşılmasını, faktların araşdırılmasını istəyir. Keçmiş polis əməkdaşı mətubat vasitəsilə deyə bilmədikləri faktların da mövcud olduğunu bildirir.

Müraciət müəllifi hazırda Rusiyanın Sankt-Peterburq vilayətində yaşadığını da bildirib.

Bildirək ki, şikayətçinin iddiaları "youtube"-da yayımlanan bir neçə videoçəkilişlə öz təsdiqini tapır.


Həmyerlilərimizin İrəvanda öz dədə-baba evlərinə gedib lentə aldıqları videonu təqdim edirik.


ttps://youtu.be/qmDeFcio5rc
https://www.youtube.com/watch?v=qmDeFcio5rc&feature=youtu.be


Mövzunu diqqətdə saxlamağa, əlavə məlumat verməyə çalışacağıq.
Demokratik.Az
Oxşar xəbərlər