BMT TŞ Liviya üzrə növbədənkənar qapalı iclas keçirəcək

  • 18 apr 2019, 08:13

BMT Təhlükəsizlik Şurası cümə axşamı nahardan sonra Liviya ilə bağlı növbədənkənar qapalı iclasa hazırlaşır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının proqramında yazılıb.

"Saat 15:00-da Liviya və başqa məsələlər üzrə qapalı məsləhətləşmələr", - deyə sənəddə qeyd olunub.

"Frans Press"in məlumatına görə, BMT TŞ-nin Liviyadakı vəziyyətlə bağlı təcili iclası Tripolidə əməliyyatların dayandırılmasına səsləyən qətnamə layihəsi üzrə danışıqlar nəticə vermədikdən sonra Almaniya tərəfindən çağırılıb.

Oxşar xəbərlər