Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

{time}  
İntihar edən məktəblinin rəfiqəsi: "Günahkar məktəbdir, onu döyürdülər"
Tarix: 7-04-2019, 20:00 | Bölmə: ---

İntihar edəndən 162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın rəfiqəsi sosial şəbəkələrdə paylaşımı ilə diqqət çəkib.
İntihar edən məktəblinin rəfiqəsi: "Günahkar məktəbdir, onu döyürdülər"O dünyasını dəyişən rəfiqəsi ilə şəkil paylaşaraq, bildirib ki, oda da intihar edə bilər:
"Bu gün mənim çox sevdiyim ən yaxın rəfiqəm dünyasını dəyişib. Biz onunla uzun müddətdir ki, dostluq edirdik, o mənim üçün dostdan daha artıq idi... Biz onun anası ilə çox yaxşı münasibətimiz var idi. Onun anasını intiharda suçlayan axmaqlar gəbərsinlər. Günahkar məktəbdir. Mən dəfələrlə direktor müavinin yanına gedərək, kömək istəyirdim, çünki Elina mənə şikayət edirdi ki, onu döyürlər. Lakin direktor və müavini cavab verdilər ki, sizin uşaq problemləriniz bizim üçün maraqlı deyil. Baxmayaraq ki, Elina xəbərdarlıq edir ki, o ölmək istəyir”.
Rəfiqəsinin sözlərinə görə, o inana bilmir ki, Elina dünyasını dəyişib:
"Hətta mənə xəstəxanada deyəndə ki, o ölüb mən inana bilmirdim”.
E. Hacıyevanın yaxını bildirib ki, bir daha həmin məktəbə getsə özünə qəsd edəcək:
"Onun sinif rəhbəri də, ona təzyiq edib... Mənim sevgilim sən mənim üçün əbədi yaşayacaqsan. Mənim ən yaxın rəfiqəm olasan, mənim bacım, mənim həyatım...”
Qeyd edək ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Elina Hacıyeva məktəbin III mərtəbəsindən özünü ataraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət almış şəxs müalicə olunmaq üçün 1 saylı Şəhər Klinik Xəstaxanasına yerləşdirilmişdir. Aparılan müalicə tədbirlərinə baxmayaraq, o, aprelin 6-da xəstaxanada vəfat edib. 
Xəbər {viewsadd} dəfə oxunub



Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?

«    Fevral 2020    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.