Kreditə görə özünü öldürən direktor müavini

  • 09 yan 2016, 12:55

Ötən gün səhər saatlarında özünü yandıran Neftçala şəhər 4 saylı orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini, 63 yaşlı Novruzov Alik Mustafa oğlu dünyasını dəyişib və dünən dəfn olunub. Rayondan verilən məlumata görə, direktor müavini agır yanıq xəsarətləri ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. Məlumatda qeyd olunur ki, Bakıdan rayona ezam olunan həkim briqadası belə onun həyatını xilas edə bilməyib. Alik Novruzovun bütün baş nahiyəsi yanıbmış. Məlumat üçün bilrdirək ki, təsərrüfat müdirinin ayrı-ayrı banklara 7 min manata yaxın borcu olub. Amma o, maddi imkansızlıqdan bu kreditləri qaytara bilmirmiş. Nəticədə borclu olduğu bank onu məhkəməyə veribmiş. Çıxış yolunu intiharda görən Alik Mustafayev məktəbin qazanxanasında üzərinə benzin tökərək özünü yandırıb. Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi qaldırlıb.

Demokratik.Az