Dünya Azərbaycanlılarından "QARABAĞ-TV" - yə dəstək ifadə olunub - VİDEO

  • 15 avq, 18:44
  • baxış sayı: 520

Tanınmış tarixçi alim, vətənpərvər ziyalımız Zaur Əliyevin "Qarabağ" adlı mühüm bir televiziyanın açılması təşəbbüsünə dünya azərbaycanlıları tərəfindən dəstək ifadə olunub. Dünyanın müxtəlif ölkələrində yaşayan fəal və tanınmış həmvətənlərimiz Dağlıq Qarabağ həqiqətlərinin dünyaya daha dolğun çatdırılması, işğalçı Ermənistanın mənfur əməllərinin lazımınca ifşa olunması üçün Zaur Əliyevin təklifinin reallaşmasının olduqca önəmli olduğunu dilə gətiriblər. Əsasən İsveç, Danimarka, Küveyt, Rusiya, Almaniya, Türkiyə, İspaniya və digər Avropa ölkələrində yaşayan diaspor fəalları "Qarabağ TV"- yə göndərdikləri Videomüraciətlərində öz birlik və həmrəyliklərini nümayiş etdiriblər.

Bu barədə "Demokratik.Az" - a münasibət bildirən Zaur Əliyev sevincini gizlətməyib: "Bu mənimçün sevindirici oldu. Əgər "Qarabağ TV"-nin açılmasını dünyadakı soydaşlarımız da arzulayırsa, deməli biz haqq yoldayıq və daha iti addımlarla irəliləməyimizə ehtiyac var. Dünyanın bir çox yerindən aldığımız müraciətlərdən görürük ki, Qarabağın azadlığını istəyən kifayət qədər diaspor üzvümüz var. Onların bir çoxu pərakəndə fəaliyyət göstərir. Yaxın gələcəkdə inanıram ki, "Qarabağ TV" - nin təqdimatlarında, Azərbaycanımızı Qarabağa aparan yoldakı milli-mənəvi çağırışlarımızda və maarifləndirici fəaliyyətimizdə bütün soydaşlarımızı yumruq kimi birləşən görəcəyik. "Qarabağ TV" olaraq torpaqlarımızın erməni işğalından azad olunmasını istəyirik. Əgər bu televiziya xalqımızın öz dədə-baba yurduna qovuşması üçün məhsuldar iş görərsə, deməli biz indidən xoşbəxtik. Mən "Qarabağ-TV"-yə dəstəyi kiçiltmək istəmirəm, bu dəstək bizə yox, 25 ildir işğalda olan Qarabağ torpağının azadlığı uğrunda mübarizəyə dəstəkdir"- deyə Zaur Əliyev bildirib.

 

Redaksiyadan: "Demokratik.Az" saytı olaraq "Qarabağ TV"- nin yaradılması ideyasını dəstəklədiyimizi bəyan edir və deyirik: - QARABAĞA GEDƏN YOL ANCAQ QARABAĞDAN KEÇİR. "QARABAĞ-TV" İLƏ QARABAĞSIZ YAŞAMAĞA SON QOYAQ!

Demokratik.Az 

Oxşar xəbərlər