Həbs olunan Marneuli İH başçısı danışıb

  • 15 iyun 2018, 10:36

"Mən qanuna tabe insanam və heç zaman qanunu pozmamışam”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Marneuli rayonunun icra başçısı Temur Abazov Rustavi məhkəməsində deyib.

O, polis akademiyasını bitirdiyini və qanunun onun üçün birinci yerdə olduğunu söyləyib: "Saxlanılmağım məni təəccübləndirib. İstintaqla əməkdaşlıq edirəm. Mən Marneulidə qanun çərçivəsində işləmişəm”.

T. Abazovu müdafiə edən vəkil onun 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılmasını tələb edib.

Məhkəmə iclası davam edir.

Qeyd edək ki, T. Abazov ötən gün Marneuli sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. İrəli sürülmüş ittihama əsasən onu 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Oxşar xəbərlər