Gürcüstanda “vorzakonlar qrupu" saxlanılıb

  • 29 yan 2018, 18:13

Gürcüstanda həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində "qanuni oğrular”ın yer aldığı cinayətkar qruplaşmanın üzvləri saxlanılıb.


APA-nın yerli bürosunun məlumatına əsasən, Gürcüstan daxili işlər nazirinin müavini Natia Mezvrişvili keçirdiyi brifinqdə deyib ki, qruplaşma üzvləri "oğru dünyası” ilə əlaqədə şübhəli bilinirlər.

O bildirib ki, saxlanılan "Çiki”, "Buba” və "Amberquna” ləqəbli kriminal avtoritetlər və daha üç nəfər Türkiyədə olan gürcü "qanuni oğrular”la sövdələşərək, bəzi vətəndaşların pullarını mənimsəyiblər. Həmin şəxslər həmçinin hədə-qorxu və fiziki təzyiq göstərməklə, tanışlarından pul və narkotik vasitələr tələb ediblər.

Həmin şəxslərin evlərində aparılmış axtarış zamanı silah-sursat, onların "oğru dünyası”na aid olduqlarını sübut edən mobil telefonlar və digər məlumat mübadilə vasitələri müsadirə olunub. Cinayətkar qruplaşma üzvlərini 5 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 
Oxşar xəbərlər