Neftçalanın polis rəisi özünə yeni balıq vətəgəsi alıb?

  • 25 may 2018, 19:46
Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Vüsal Şəbəndiyevin özünə yeni balıq vətəgəsi alması xəbəri yayılıb.

Demokratik.Az-ın xəbərinə görə, bu barədə "Report”a rayon sakinləri məlumat verib.
Vətəgənin kimin adına rəsmiləşdirildiyi məlum olmasa da, V.Şəbəndiyevə aid olduğu dəqiq bilgi olaraq irəli sürülüb. Buna qədər isə V.Şəbəndiyevin başqa vətəgələrinin də olduğu iddia edilir.

Xatırladaq ki, polis polkovniki Vüsal Şəbəndiyev Neftçala RPŞ-nın rəisi vəzifəsinə 2015-ci ilin noyabr ayında təyin edilib.

Polis rəisinin vətəgə-balıq sevdasını araşdırmağa, əlavə bilgilər axtarmağa çalışacağıq...

 

***

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Vüsal Şəbəndiyevin Neftçalada özünə yeni balıq vətəgəsi alması barədə məlumata münasibət bildirib. DİN rəsmisi məlumatı "əsasssız və böhtan xarakterli” adlandırıb. Bildirib ki, məlumatın tirajlayan saytlar "Kütləvi İnformasiya Vasitələri Haqqında” Qanunun tələblərini pozaraq, dəqiqləşdirilməmiş məlumat yayıblar.

"Neftçala RPŞ-nın rəisi bunula bağlı müvafiq hüquqi addımlar atacaq” – O.Mənsurzadə bildirib.

Demokratik.Az

Oxşar xəbərlər