Mübariz Mənsimovun adından saxta xeyriyyəçilər peyda olub - İDDİA

  • 09 apr 2018, 13:21


 

Tanınmış azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun adı yeni qalmaqalda hallanır. Kimlərsə indi də sosial şəbəkələrdə onun adından saxta profillər yaradaraq insanlığa sığmayan və dəyərli soydaşımızı nüfuzdan salan fəaliyyətə güc verir. Anlaşılan isə odur ki, bəzi "ağıllılar" bu yolla təkcə Mənsimovun nüfuzunu tətikləmir, eləcə də öz əcaib maraqlarlarını bu yolla biruzə verirlər...

"Demokratik.Az"ın məlumatına görə, xoşagəlməz hadisə Xeberal.Az saytının rəhbəri, jurnalist Mirismayıl Xələfini  və tanınmış jurnalist Azər Həsrəti də ağuşuna ala bilib. Nəticədə, jurnalistlər ayrı-ayrılıqda olaya münasibət sərgiləyib.


 

Mirismayıl Xələfilinin iddiasına görə, feysbukdakı saxta "Mübariz Mənsimov"lardan biri xəstəxanalardan birində kardioloq kimi çalışan Nurlana Alıyevadır. Jurnalistin iddiasına görə, xanım kardioloq yaratdığı saxta profillə müxtəlif adamlara yazaraq guya onlara kömək edəcəyini vəd edərək Mübariz Mənsimovun adından istifadə edir.

Əsas məqam isə ondan ibarətdir ki, dəyərli və səxavətli soydaşımız M.Mənsimovun Azərbaycan vətəndaşlarına daim diqqət və qayğısı, ehtiyacı olanlara daim maddi-mənəvi dəstəyi onun adından saxta profili də insanların ümid və güman yerinə çevirə bilir. Hətta sadəlöv biri olmayan jurnalist Mirismayıl Xələfilinin özü də məhz bu etibardan doğan tələyə düşüb.

Kardioloq Nurlananın qanunsuz əməlinin qurbanı olduğunu deyən həmkarımız bunları söyləyib: 

"Mübariz Mənsimovun adı ilə olan profil ilk olaraq mənə facebookda salam işarəsi göndərdi. Düzü ilk olaraq inanmadım, sonra Kardioloq mənə Türkcə yazmağa başladı. Məndə öz övladımın səhhətində olan problem ilə bağlı yazdım "Mübariz Mənsimov da" (Kardioloq Nurlana) nömrənizi verin həmən adamlarım sizi arayacaq” söylədi. Daha sonra Kardioloq Nurlana (Mübariz Mənsimov) öz şəkilini göndərərək "Mənim Azərbaycandakı nümayəndəm, məni ən çox sevən və məndən tərif verən savadlı Kardioloq Nurlanaya deyin o sizə yardımçı olacaq” dedi. Mübariz Mənsimov (Kardioloq Nurlana)Onuda söylədi ki, "Mənim orda ikinci nümayəndəm tanınmış jurnalist Azər Həsrətdir. Nə dərdiniz olsa, söyləyin mən də onlara tapşıracam".

Daha sonra oyuna gəldiyini anlayan jurnalist qeyd edib: "Düzü, Kardioloq Nurlananın şəklini mənə göndərəndə bildim ki, bu profil saxtadır. Dəfələrlə Mübariz Mənsimov (Kardioloq Nurlana) öz özünü tərifləyir və həkimdən müğayət olmağımı tövsiyyə edirdi. Görəndə ki, bu fırıldaqlığın üstü açılır məni facebookda atdı qara siyahıya". 

Göründüyü kimi, əgər bu iddia doğrudursa, kardioloq Nurlana Alıyevanın niyə belə anormal işlə məşğul olduğu sual olaraq qalır. Amma bu psixoloqun öz xarizmasında təkəbbürə, ədalı davranışlara da rast gəlinir. Məlumata görə, o müəyyən tədbirlərdə ön sıralarda əyləşir, tanınmış dövlət məmurları ilə şəkil çəkdirib özünü reklam edir. Hətta, Heydər Əliyev fondunun vitse prezidenti Leyla xanım Əliyeva ilə təsadüf çəkdirdiyi şəklini paylaşması da diqqətçəkəndir. Bəlkə də xanı psixoloq bu fəaliyyətilə insanlara psixoloji təsir imkanlarını inkişaf etdirir, ayrı-ayrı adamların hissiyyatı ilə oynayıb psixoloji test həyata keçirir. Ən yaxşı halda isə, bu həkim Mənsimov kimi birinin nüfuzu ilə insanların etibarından sui-istifadəyə yol açır, məqsədi də fırıldaqçılıq kimi görünür.

"Demokratik.Az" bildirir ki, məsələyə jurnalist Azər Həsrət də münasibət bildirib. Jurnalist Feysbuk səhifəsində bunları yazıb: 

 

 

 

 

 

 

 

 

"Lütfən diqqət!

Salam, dostlar. Bu yazıda (Kordioloq Nurlana Alıyeva Mübariz Mənsimovu niyə hörmətdən salır? ) iddia edilir ki, mən guya Mübariz Mənsimovun nümayəndəsiyəm. Yazıdan anlaşılır ki. söhbət saxta ad altında profil açıb fırıldaqçılıq etməkdən gedir. Qarışmıram. Sadəcə mənim adımı da bura qatmaq varsa, biganə qala bilmərəm. Ona görə izah etməyə məcburam ki, hörmətim olsa da Mübariz Mənsimovu heç bir zaman görməmişəm, səsini belə eşitməmişəm. Təbii ki, onunla hər hansı alış-verişim də yoxdur. Sadəcə bir müddət öncə haqqında bir yazı yazmışdım. O qədər. İndi bu xanımın mənim adımı da burda hallandırması xoş deyil təbii. Nurlana xanım şəxsən mənə deyir ki, yazılanlar yalandır. Mən də dedim ki, bunun yalan olduğunu sübut etmək lazımdır. Ona görə də bu paylaşımı edirəm ki, hər kəsin məsələdən xəbəri olsun". İddiaları təkzib etməyə çalışan qarşı tərəf isə Azər Həsrətin paylaşımına qısa cavab yazıb:

"Kardioloq Alıyeva - Azər bəy sizə böyük hörmətim var, bunu bilirsiz. Bəli yalandır, mən bu barədə bu gun dəyərli sayt sia.az-a müsahibə verməyə gedirəm".

Demokratik.Az olaraq inanırıq ki, süni qalmaqal aradan qalxacaq. Saxta profillə insanları ələ salan hər kimsə, başına bir az ağıl qoyacaq!

"Demokratik.Az"


Oxşar xəbərlər