Xəbər lenti
Bütün xəbərlər

Mübariz Mənsimov KİV-lərə səsləndi - NİYƏ RUSCA?

  • 21 noy 2017, 15:23

Türkiyədə yaşayan azərbaycanlı milyarder, "Palmali" holdinqinin rəhbəri Mübariz Mənsimov Azərbaycan mediasında özü barədə gedən yazılara sosial şəbəkədə münasibət bildirib.

"Demokratik.Az" bildirir ki, ismi qalmaqallarda hallanan milyarderin bu addımının rusca da olması diqqətçəkəndir. Musavat.com saytı oliqarxın rusca da yayımladığı maraqlı  cavabı təqdim edib.

Həmin cavab belədir: "Sadəcə, sizə və yalan informasiyalarına gülüb keçirəm. Rusiya bir hüquq dövlətidir, cənablar. Boşuna zəhmət çəkməyin, heç nə alınmayacaq. Sizin bu çirkin yalanlarınızın sifarişçilərinin də kim olduğunu bilirəm".

Son vaxtlar M.Mənsimovun barəsində Rusiyada hüquqi araşdırmalar aparıldığı barədə xəbərlər yayılır. Onun rusiyalı milyarder Vahid Ələkbərovla çəkişmədə olduğu və tərəflərin münasibətlərinin son dərəcə gərgin olması barədə də mediada materiallar gedib. 

"Demokratik.Az"ın məlumatına görə, indiyədək M.Mənsimovun yerli KİV-lərə müxtəlif açıqlamalarda bulunduğu, müsahibələr verdiyi, hansısa xəbərə təkzib verdiyi çox olub. Amma milyarderin açıqlamaları azərbaycanca olub. Belə olan halda, sizcə Azərbaycan mediasına səslənən holdinq rəhbəri bunu niyə həm də rusca edir? Görünür O, sözünü təkcə Azərbaycandakı "oxucusuna" yox, həm də Rusiyadakılara çatdırır. Ya da bu yolla təkcə barəsində rusca xəbər yayımlayan Haqqin.Az saytına eyham edir.

Hər halda milyarderin rusca -azərbaycanca müraciəti maraqlıdır.

Demokratik.Az

Oxşar xəbərlər