Fazil Məmmədov danışdı : "Prezidentin qərarı müzakirə edilməzdir"

  • 06 dek 2017, 16:31

Demokratik.Az xəbər verir ki, dövlət başçısının müvafiq qərarından sonra bir sıra KİV-də, sosial şəbəkələrdə Vergilər nazirinin vəzifəsindən azad olunması ilə bağlı çoxlu müzakirələr aparılıb. Onun işdən azad olunması ilə bağlı çoxsaylı fikirlər səsləndirilib.

"Bizimyol.info” saytı müzakirə olunan məsələlər haqda ötən gün vəzifəsindən azad olunan Fazil Məmmədova zəng edib. Eks nazir açıqlamasında Prezidentin qərarının müzakirə edilməz olduğunu bildirib.

"Cənab Prezident məni sərəncam verərək işdən azad edib. Bu barədə səlahiyyətlər Prezidentə aiddir və müzakirə olunmur. Mən təşəkkür edirəm. Prezident nə məsləhət bilib, odur. Səhhətimdə az problem var, yaxşıyam, narahat olmayın. Mən bütün jurnalistlərə təşəkkür, minnətdarlıq edirəm.”

 

Demokratik.Az

Oxşar xəbərlər