Demokratik TV
Xəbər lenti
Demokratik.Az » "Azadlıq haqqımın bərpa olunmasına görə prezident İlham Əliyevə təşəkkür edirəm" - Pərviz Həşimli
"Azadlıq haqqımın bərpa olunmasına görə prezident İlham Əliyevə təşəkkür edirəm" - Pərviz Həşimli
- 18 mart 2016, 08:48
Prezident İlham Əliyevin əfv sərəncamı ilə həbsdən azad edilmiş jurnalist Pərviz Həşimli bu dəqiqələrdə cəzaçəkmə müssəsindən evə buraxılıb.
Avropa.info-ya açıqlamasında Pərviz Həşimli əfv edilməsinə görə ölkə başçısı İlham Əliyevə, eyni zamanda həbsdə olduğu zaman onu müdafiə edən beynəlxalq təşkilatlara və jurnalistlərə təşəkkür edib.
"Azadlıq mənim haqqım idi. Həm yerli həm də beynəlxalq ictimaiyyət mənim keçmiş MTN-dəki mütəşəkkil cinayətkar dəstə tərəfindən şərlənərək həbs olunduğumu bilirdi. Bu gün mənim azadlıq haqqım özümə qaytarıldı. Bunun üçün ölkə başçısı cənab İlham Əliyevə təşəkkür edirəm.Bundan başqa mənə dəstək olan beynəlxalq təşkilatlara , mənim azad edilməyim üçün müraciət etmiş 9 millət vəkilinə, jurnalistlərə, ümumiyyətlə mənə dəstək olan hər kəsə təşəkkür edirəm" deyə Pərviz Həşimli qeyd edib.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti