Qum saatı ilə işləyən bu Vətən xainlərinə qarşı...

  • 09 okt 2017, 08:00

"Deyəsən sinəzənlərin, əzadarların bir qismi də Markın ofisində oturublar. Azərbaycanı din adı altında bürümüş nadanlığa, xurafatçılığa, cahilliyə qarşı yazdığım statusu şikayət edərək səhifəmdən qaldırıblar. Status hər zaman təkrar yazıla bilər, ancaq bununla şikayət edənlərin xəstəliyi sağalacaqmı? Qum saatı ilə işləyən bu Vətən xainlərinə qarşı mübarizəmiz bütün cinahlarda durmadan getməlidir, əks halda bu dövlətin bütün mədəni dəyərlərinin tədricən itirilməsinə kənar bir müşahidəçi kimi baxmış olacağıq. Bu nə İslam məktəbidir, nə də Türk məktəbi. İslamda şəhidə ağlamırlar, onun ölümünü ən şərəfli ölüm kimi anırlar. İslamda bir məktəb var, o da Hz. Məhəmmədin (s.ə.s.) Məktəbi! İslamda bir müqəddəs dəyər var, o da Quran-i Kərimdir! Üstəlik də Türk kişisi heç vaxt sinəsinə döyməyib, başını yarmayıb, bu xarakteri biz türklərə kim sırıyıb, onu dərk etməliyik. Yüz il, beş yüz öncəki nadanlığın müasir Azərbaycanda vüsət alması hamımızı düşündürməlidir, sonra gec olacaq!"


Fazil Mustafa, millət vəkili
Oxşar xəbərlər