ATV-də Turan və Azərə ehtiyac yoxdur - Yeni sədr
- 27 sen 2017, 07:40
Azad Azərbaycan”
Müstəqil Teleradio Kompaniyasının (ATV) yeni prezidenti Azər Xəlilov
telekanalın əməkdaşının kütləvi şəkildə işdən çıxarılması barədə yayılan məlumatlara
münasibət bildirib.
A. Xəlilov APA-ya açıqlamasında bildirib ki, işçilərin kütləvi şəkildə işdən
çıxarılması barədə rəhbərlik tərəfindən hər hansı qərar qəbul edilməyib.
Onun sözlərinə görə, kimsə işdən getmək istəyirsə, öz işidir: "Heç kimin iradəsinə
qarşı çıxmaq olmaz. İşdən getmək istəyi ilə mənə cəmi 3 nəfər müraciət edib. Hələlik
mən onların adlarını açıqlamaq istəmirəm”.
A. Xəlilov qeyd edib ki, Turan İbrahimovun aparıcısı olduğu "ATV Səhər”
verilişinin yayımı dayandırılıb: "Vüqar Qaradağlının rəhbərlik etdiyi
administrasiyadan mənə bildirilib ki, Turan İbrahimovun aparıcısı olduğu
verilişin yayımı hələ bu gün səhər saatlarında dayandırılıb. Bundan əlavə, Azər
İsmayılovun aparıcısı olduğu "Yoxlama” verilişi də qapadılıb. Əlbəttə ki, bu
verilişlərin yayımı dayandırılıbsa, Turan İbrahimov və Azər İsmayılov işdən
azad ediləcəklər. Onların telekanalda çalışmalarına ehtiyac qalmayacaq”.
Qeyd edək ki, bu gün Azad Azərbaycan Teleradio Şirkətinin təsisçisinin qərarı
ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunub.
Onun yerinə A.Xəlilov təyin olunub.
Demokratik.Az
