TRT-də 8 nəfər işdən qovuldu

  • 16 may 2017, 14:16

TRT-nin baş direktoru Şenol Gökanın istefasından sonra 8 nəfər işdən çıxarılıb.  

"Demokratik.Az” Hüriyyet qəzetinə istinadən xəbər verir ki, işdən azad olunanlardan biri baş nazirin köməkçisi Numan Kurtulmuşun mətbuat xidmətinin rəhbəridir. 

Bünyamin Korkmazdan əlavə, eks-rəhbər Şenol Gökanın sözcüsü Alper Altuğ, musiqi departamentinin rəhbəri Amber Türkmen vəzifəsindən qovulub. 

Həmçinin, yoxlamalar üzrə məsul şəxs Ali Ertem, baş mühasib Musa Altun, studiya və proqram dairəsinin rəhbəri Yusuf Yıldırım, satış üzrə məsul şəxs Yakup Özmen işdən çıxarılıb.

 

"Demokratik.Az"

Oxşar xəbərlər