REAL Hərəkatının sədri səhhətindən gileylənib

  • 23 mart 2017, 10:32
REAL Hərəkatının sədri İlqar Məmmədovun səhhətində problemlər var. O, bel və əzələ ağrılarından əziyyət çəkir.
Demokratik.Az bildirir ki, bu barədə məlumatı ReAL-ın icra katibi Natiq Cəfərli öz "Facebook” səhifəsində yayıb. Onun sözlərinə görə, martın 22-də İlqar Məmmədovla telefonla danışıb və sədr ağrılardan əziyyət çəkdiyini deyib:

"Ciddi bel və əzələ ağrıları var, yerimək, hətta danışmaq belə ona əziyyət verir. Təcili olaraq xarici həkimlərin onu ziyarət etməsini istədi”.

Natiq Cəfərli Beynəlxalq Qırmızı Xaç Komitəsinə, eləcə də digər əlaqədar təşkilatlara məlumat verdiklərini bildirib.
 
Demokratik.Az
Oxşar xəbərlər