Demokratik TV
Xəbər lenti
Natiq Cəfərli azadlığa buraxılıb
- 09 sen 2016, 21:35
"Real" Hərəkatının icraçı katibi Natiq Cəfərli azadlığa buraxılıb. Vəkil Cavad Cavadovun Bizimyol.info saytına verdiyi məlumata görə, bu gün saat 17.50 radələrində Nəsimi Rayon Məhkəməsinə dəvət edilib. "Məhkəmədə prokurorluğun N.Cəfərlinin həbsdən azad olunması barədə təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edib və onun azadlığa buraxılması barədə qərar qəbul edib.
N.Cəfərli həbsdə saxlanıldığı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.
Qeyd edək ki, N.Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
N.Cəfərli Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələrinə əsasən ittiham edilir.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti