Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Beyləqanda məktəbli qızı zorlayanlar tutuldu
Beyləqanda məktəbli qızı zorlayanlar tutuldu
- 14 mart 2017, 16:09
Beyləqanda azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edən şəxslər tutulub.
Baş Prokurorluğun mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, Beyləqan rayon sakini, yetkinlik yaşına çatmayan "Lalə Məmmədova"ya (ad, soyad şərtidir) qarşı həmkəndliləri - 1996-cı il təvəllüdlü Tural Kərimov, 1997-ci il təvəllüdlü Kamil Hümbətov və digərləri tərəfindən seksual xarakterli hərəkətlər edilməsi faktı ilə əlaqədar martın 9-da Beyləqan rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, çoxsaylı şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Beyləqan rayon hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində K. Hümbətov və T. Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar. Onlar iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
"Qızıl Məryəm"i öldürənlərin adları - Siyahı
"MTN-in 7 vəzifəli şəxsi həbs olunub" - Baş Prokurorluqdan rəsmi açıqlama
Qətlin üstü açıldı: yeyib-içdilər, aparıb öldürdülər
Həbs edilən "MTN"çilərin dəqiq adları və vəzifələri məlum oldu - SİYAHI
Jurnalistin ölümü ilə bağlı cinayət işinin istintaqı yekunlaşır
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti