Prezident İrəvana elə bir mesaj verdi ki...

  • 15 yan 2017, 11:33

Ölkə başçısı son iclasda Ermənistanı işğalçı siyasətindən əl çəkməyə çağırdı.

 

Bu sözləri Axar.az-a açıqlamasında Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan nitqini şərh edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib. Millət vəkili bildirib ki, prezidentin Azərbaycanın hərbi potensialının gücləndirilməsi üçün əlavə tədbirlər görüləcəyinə dair göstərişi, əslində, birbaşa Ermənistana mesajdır:

 

"Ölkə başçısı bununla da Ermənistanı işğalçı siyasətindən əl çəkməyə dəvət etdi. İrəvan bu istiqamətdə nə qədər tez davranarsa, onlar üçün bir o qədər yaxşı olar. İşğalçı qoşunlarını torpaqlarımızdan nə qədər tez çıxararsa, problemin həllinə də bir o qədər tez nail ola bilərik. Hesab edirəm ki, prezident öz mövqeyini çox sərt şəkildə ortaya qoydu və Ermənistanı danışıqlar prosesində konstruktiv mövqe tutmağa çağırdı. Bu gün ordumuz ən güclülər sırasındadır. Bu, o anlama gəlir ki, artıq Ermənistanın çıxış yolu qalmayıb”.

Demokratik.Az

Oxşar xəbərlər