Maaş və pensiya alan şəxslərə şad xəbər

  • 11 yan 2016, 21:30

Ötən gün prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirib.

Prezident iclasda 2016-cı ildə pensiya və əmək haqlarının artırılması ilə bağlı hökumətə təkliflər hazırlamağı tapışırıb.

Ölkə başçısının tapşırığından sonra pensiya və maaşlar nə qədər artırılacaq?

İqtisadçı Vüqar Bayramov AzVision.az-a açıqlamasında bildirib ki, Maliyyə Nazirliyi hazırda əmək haqqı və pensiyaların artırılması ilə bağlı layihə üzərində işləyir və bu layihə yaxın vaxtlarda tamamlanıb ölkə başçısına təqdim olunacaq.

Ekspertin fikrincə, bununla əlaqədar 2016-cı ilin dövlət büdcəsi haqqında qanuna dəyişiklik ediləcək: "Dəyişikliyə bu ilin may ayında baxılacaq. Amma əmək haqqılarının daha tez müddətdə artırılması mümkündür. Ölkədə son zamanlar qiymət artımı müşahidə olunur. Qiymət artımına uyğun olaraq əmək haqqını və pensiyaların da indeksiyasına ehtiyac var ki, son vəziyyət vətəndaşların sosial vəziyyətinə mənfi təsir göstərməsin. Həm idxal olunan, həm də yerli məhsullarda qiymət artımı var. Təklif edirik ki, istehlak bazarındakı mövcud infliyasiya səviyyəsini, qiymət artımlarını nəzərə alaraq kateqoriyalardan asılı olaraq əmək haqqı və pensiyalar 30 faiz artırılsın".

Oxşar xəbərlər