Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:25 - 17.11.2019  
Sərkisyanın Peterburq fiaskosu – Azərbaycan öndə
Tarix: 28-12-2016, 09:25 | Bölmə: Xəbərlər » Siyasət

Lukaşenkodan İlham Əliyevə mühüm jest; Düşmən ölkənin başçısı Rusiyadan pərt döndü; "Rus NATO”su yenə erməniyə etibar edilmədi; bu dəfə Belarus işğalçı ölkənin planını pozdu; Minsk Lapşini də Bakıya təhvil verərsə... 

 


Sərkisyanın Peterburq fiaskosu – Azərbaycan öndəXəbər verildiyi kimi, dekabrın 26-da Sankt-Peterburqda Avrasiya Birliyinin sammiti və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT - ona "Rus NATO”su da deyilir) sessiyası keçirilib. Sessiyada KTMT-nin 6 üzv dövlətindən yalnız Belarusun prezidenti Aleksandr Lukaşenko naməlum səbəbdən iştirak etməyib.

Həmin gün KTMT Şurasının iclasında yeni baş katib seçilməli idi. Lakin iclasda Belarus nümayəndə heyətinin iştirak etməməsi səbəbindən bu, baş tutmayıb. KTMT baş katibi Nikolay Bordyuja jurnalistlərə bildirib ki, şuranın sessiyasının iclasında Belarus nümayəndə heyətinin olmaması üzündən yeni baş katib təyinatı məsələsinin təxirə salınmasına qərar verilib. Onun sözlərinə görə, Rusiya, Ermənistan, Qırğızıstan, Qazaxıstan və Tacikistan liderləri bu məsələni 2017-ci ilin aprel ayına qədər ertələmək haqda razılığa gəliblər.

***

Beləcə, bu dəfə Belarusun sayəsində ermənilərin arzusu gerçəkləşməyib. Bu nəticə əslində gözlənilən idi. Ötən sayımızda yazdığımız kimi, çünki söhbət, sadəcə olaraq, baş katibin rotasiya qaydasında dəyişdirilməsindən getmir. Onu Azərbaycanla müharibə vəziyyətində, Türkiyə ilə isə gərgin vəziyyətdə olan Ermənistanın nümayəndəsinin tuta biləcəyindən gedir. Bu isə Bakı-Moskva, Moskva-Ankara münasibətlərinin hazırkı dövründə kifayət qədər həssas, ikitərəfli əlaqələr üçün əlavə psixoloji diskomfort yaradacaq məqamdır.

Bir daha yada salaq ki, Bordyujanın sələfi hələ ötən ilin dekabrında dəqiqləşməli, yerinə erməni general gəlməli idi. Ancaq o vaxt məsələ gündəlikdən çıxarıldı. Daha sonra aprel döyüşləri səbəbindən İrəvanda planlaşdırılan toplantı da bir müddət gecikdi. Çünki konkret olaraq, Qazaxıstan və onun prezidenti Nursultan Nazarbayevin bunda maraqlı olmadığı üzə çıxdı. Doğrudur, o zaman Belarus və Rusiya prezidentləri də Ermənistana getməkdən imtina etdilər. Nəticədə toplantı az sonra Moskvada reallaşdı. Lakin baş katib N.Bordyuja yenə yerində qaldı.

Nəhayət, bu ilin oktyabrında KTMT dövlət başçıları İrəvanda bir araya gəldilər. Amma yenə Nazarbayevsiz. Qazax lideri bu dəfə xəstəlik səbəbi ilə işğalçı ölkənin paytaxtına getmədi. Nəticədə ermənilərin arzusu yenə gözündə qaldı. Yerli analitiklər isə İrəvan sammitini Serj Sərkisyan üçün fiasko kimi qiymətləndirdilər.

***

Sərkisyanın Peterburq fiaskosu – Azərbaycan öndə

Peterburq sammiti KTMT daxilində bu məsələ ilə bağlı konsensusun olmadığını bir daha üzə çıxardı. Əlbəttə ki, Azərbaycan amili yenə öz sözünü dedi. Nəticə etibarilə işğalçı ölkənin prezidenti Serj Sərkisyanın üçüncü cəhdi də fiasko oldu. Düşmən ölkə başçısı Rusiyadan pərt döndü. 

Sərkisyanın Peterburq fiaskosu – Azərbaycan öndə

Təsadüfi deyil ki, əksər erməni analitiklər "Rus NATO”su daxilində Azərbaycanın dostunun daha çox olduğunu qeyd edirlər, nəinki Ermənistanın. Peterburq sammiti ərəfəsində isə həmin analitiklərdən biri - Akop Badalyan beləcə də yazmışdı ki, KTMT-də iki blok var - "türk-müsəlman bloku” və "xristian bloku”. Onun sözlərinə görə, Ermənistan ikincidədir.
Ancaq heç "xristian bloku”nda da Ermənistanı hamı sevmir. Rusiyanın yalançı erməni sevgisi bəlli. Belarusu isə xüsusi vurğulamaq lazım gəlir. O Belarus ki, aprel döyüşləri zamanı Azərbaycanın mövqeyini, ərazi bütövlüyünü dəstəklədiyini bəyan eləmiş, buna görə Belarusun İrəvandakı səfiri Ermənistan XİN-ə çağırılmışdı. Daha sonra - KTMT-nin İrəvandakı oktyabr toplantısı barədə prezident Aleksandr Lukaşenko aşağılayıcı ifadələr işlətmişdi... 

***
Azərbaycanın həm də silah tərəfdaşı olan Belarusla bağlı bir mühüm detal da var. Məsələ ondadır ki, Peterburq sammitindən az öncə bu ölkədə Azərbaycanın rəsmi sorğusu əsasında Dağlıq Qarabağa qanunsuz səfərlər edərək separatçı rejimi təbliğ edən Aleksandr Lapşin saxlanılıb. Onun Bakıya ekstradisiyası gözlənilir. 

Sərkisyanın Peterburq fiaskosu – Azərbaycan öndə

Bu fakt Azərbaycana növbəti xoş məram jesti olmaqla yanaşı, sözsüz ki, İrəvanı ciddi şəkildə qıcıqlandıran addımdır - təsadüfi deyil ki, məsələ Ermənistan XİN səviyyəsində belə ciddi narahatlıq doğurub. Həm də o səbəbə ki, bu, ilk belə presedentdir və Azərbaycanda mühakimə olunarsa, Lapşini 7 ilədək həbs cəzası gözləyir. 
Lukaşenko Peterburq sammitinin ardınca Lapşini də Bakıya təhvil verərsə, bu, heç şübhəsiz ki, işğalçı ölkənin Qarabağla bağlı maraqlarına növbəti zərbə olacaq.       

                          
Analitik xidmət
Xəbər 2612 dəfə oxunub






Oxşar xəbərlər

17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.44480] initstartout [0.00030] initstartin [0.00146] calstart [0.01716] calend [0.00103] topnewsend [0.00801] rsssend [0.00000] ehgend [0.01320] tagsstart [0.00116] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.40241]