ABŞ-dan Türkiyəyə XƏBƏRDARLIQ

  • 15 mart 2016, 19:53
ABŞ Türkiyəyə gələn həftə Novruz bayramı günü yenidən terror aktı törədiləcəyinin mümkünlüyü barədə xəbərdarlıq edib.

Modern. az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki,  ABŞ tərəfindən açıqılanan bəyanatda dövlət və hökumət binalarının 20 martda terrorun hədəfi ola biləcəyi vurğulanıb.

Buna görə də insanlara dövlət müəssisə və binalarından uzaq durmaları məsləhət görülür.

Eyni zamanda, dövlət binaları, hərbi korpuslar, diplomatik missiyalar, meydanlar, ibadət yerləri və turistlərin kompakt olduğu ərazilərdə ehtiyatlı olmaq tövsiyə edilib.

ABŞ-ın Türkiyədəki səfirliyinin notasında bu barədə deyilir:

"Qruplaşmaların yarandığı hər yerdən uzaq durun. Hədəf ola biləcək yerlərdə görünməyin. Avtomobil yollarınızı sizə məlum olmayan yerlərdən salmayın. Ailənizi və yaxınlarınızı bu vəziyyətdən xəbərdar edin" .

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada martın 13-də terror aktı törədilib.

Türkiyənin səhiyyə naziri bildirib ki, güclü partlayış nəticəsində ölənlərin sayı 34 nəfərə, yaralananların sayı isə 125 nəfərə çatıb.

Ankarada törədilən bu terror aktı 2016-cı ildə baş verən 2-ci terror hadisəsidir.
Oxşar xəbərlər