Şuşada azərbaycanlılar Yeznik Mozyan adına məktəbi, geologiya və təsviri sənət muzeyini ziyarət etdilər, Qarabağda məscidlərin yaxşı vəziyyətdə qalmasına təəccübləndilər. Xankəndində onlar "TUMO” kreativ texnologiyalar mərkəzində oldular, separatçı rejimin yerli jurnalistlər və ictimai təşkilatların nümayəndələri ilə nahar etdilər.
"Göyərti ilə çörəyi çox bəyəndilər. Bu yeməyi dadandan sonra onlardan biri qeyd etdi ki, Qarabağın ətri hiss olunur, digəri isə öz növbəsində bişirilmə resepti ilə maraqlandı. Ümumilikdə, erməni mətbəxi onların xoşuna gəldi. Azərbaycan jurnalistlərindən biri özünün uşaqlığını xatırladı: onun erməni qonşuları Bakıda da belə dadlı yemək bişirirdilər. Sonra Bakıda doğulmuş yerli jurnalistlər Azərbaycanın paytaxtında xatırladığı mağaza və ya abidələrin hələ də saxlanılması barədə maraqlandılar.
Azərbaycan jurnalistləri sakitcə Qarabağın paytaxtını "Stepanakert” adlandırırdılar, buna baxmayaraq "respublika”nın sakinləri öz ölkələrini "artsax” adlandırdıqda, heç bir narazılıq bildirmirdilər. Onlar həmçinin həmkarları ilə razılaşdılar ki, Azərbaycan mediasında "düşmən” sözü çox tez-tez istifadə edilir, halbuki Azərbaycan haqqında erməni mediası ya "rəqib”, ya da "qonşu” sözlərindən istifadə edir.
Görüş zamanı hər iki tərəf bir sıra təkliflər səsləndirdilər. Kim Qabrielyanın özü azərbaycanlı həmkarlarına Xankəndində müxbir məntəqələri və Bakıda da qarşılıqlı informasiya üçün nümayəndəliklər yaratmağı təklif etdi. Azərbaycan jurnalistləri öz növbəsində qeyd etdilər ki, hər iki ölkənin təkcə jurnalistləri ilə deyil, həmçinin həkim, ziyalılar, iqtisadçılar və proqramçılarla da görüşmək xoş olardı. Dünyanı tanımaq və dünyanı məhv edən problemləri müəyyən etmək üçün hər şeydən əvvəl bir-birimizi tanımalıyıq - Qabrielyanın sözlərinə görə erməni və Azərbaycan jurnalistləri arasındakı görüşün sonunda əldə edilən nəticə məhz budur.
"Qonşu ölkədə buna hazırdılar ya yox, bunu zaman göstərəcək", - o, yekunlaşdırıb.
Son dəfə oxşar press-tur 2002-ci ildə təşkil olunub. İlham Əliyev prezident olduqdan sonra media nümayəndələrinin qarşılıqlı səfərləri dayandırılıb.