QAT mitinq və imzatoplama qərarları verdi

  • 23 apr 2019, 17:47

Qarabağ Azadlıq Təşkilatı (QAT) İdarə Heyətinin növbəti iclasında hazırkı vəziyyət, o cümlədən Rusiya və ABŞ-dan gələn son açıqlamalar, xarici işlər nazirlərinin Moskva görüşünün nəticələri, Qarabağ ətrafında təhlükəli proseslər, Ukraynada prezident seçkilərinin nəticələri və digər məsələlər müzakirə edilib, uyğun qərarlar qəbul olunub.

Bu barədə QAT-ın mətbuat xidmətindən Musavat.com-a məlumat verilib.

İclasda "Danışıqlar dayandırılsın, müharibə başlasın!” tələbi ilə imzatoplama kampaniyasının başlanması, həmçinin mayın 18-də, Laçının işğal günündə "Qarabağa azadlıq!” tələbi ilə mitinqin keçirilməsinə dair qərar qəbul edilib.

Oxşar xəbərlər