Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:13 - 19.04.2019  
"Bəziləri deyir ki, Əli İnsanov da korrupsionerdir" — Müxalifətdən
Tarix: 18-03-2019, 18:19 | Bölmə: Xəbərlər » Siyasət

"Bəziləri deyir ki, Əli İnsanov da korrupsionerdir" — Müxalifətdən"Əli İnsanov bir şəxsiyyət kimi diqqətimi həddindən artıq cəlb edir. Baxmayaraq o, YAP-ın əsas qurucularından, partiyanın ən radikal müdafiəçilərindən biri idi, həbs olunandan sonra göstərdiyi prinsipiallıq, iqtidara qarşı  apardığı mübarizə göstərdi ki, bu adam bəlkə də YAP-a təsadüfən düşüb”.
Bunu Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu "Yeni Sabah”a Əli İnsanovun azadlıqdan sonra verdiyi açıqlamaya münasibət bildirərkən deyib. 
Partiya sədrinin sözlərinə görə, bəzən insanlar ya düşünülmüş, ya da düşdüyü situasiyadan asılı olaraq yanlış edir:
"YAP-ın xalqa zidd siyasəti Əli İnsanovun mənəviyyatına uyğun gəlmir. Onun həmin dövrdə YAP-ın apardığı siyasətlə bağlı əxlaqi yox, əqli yanılmaları olub. Bəziləri 5 manat qazanmaqdan ötrü yalana düz, düzə yalan deyirsə, Əli İnsanov görünür, həbs olunana qədər keçdiyi yolu həqiqətən də doğru hesab edib. Lakin ən vacibi bu adam həbsxanada iradə nümayiş etdirdi. Həbsxana həyatı xüsusən günahsız adam üçün olduqca çətin olmaqla yanaşı, həm də təhqiramizdir. Səni dəfələrlə cinayət etmiş adamlarla bir sıraya qoyurlar, eyni münasibət göstərirlər. Mən də həbsxanada olmuş biri kimi bu hissləri gözəl bilirəm. 
Həbsxanadan azad olmaq üçün çox adam əyri yola baş vurur. Amma biz gördük ki, İnsanov həbsxanada olduğu müddətdə bir dəfə də olsun əyilmədi, sınmadı, özünü hər hansı məsələdə günahkar hesab etmədi, azad olan dəqiqəyə qədər mövqeyindən dönmədi. Ona görə də çıxan kimi bu cür çıxış edəcəyi gözlənilən idi. 
Bilirsiniz, o vaxt Əli İnsanovu siyasi mövqeyinə görə həbs etdilər. Bəziləri deyir ki, İnsanov da korrupsionerdir, səhiyyə sistemini məhv edib və.s. Amma indiki səhiyyəmizlə o vaxtkı səhiyyəni müqayisə etmək olmaz. Həmin dövrdə resursların az, imkanların məhdud olmasına baxmayaraq, o vaxtkı səhiyyənin durumu indikindən çox yaxşı idi. Təbii ki, rejimin bir elementi kimi Əli İnsanov da korrupsiya mexanizmindən kənarda dura bilməzdi”.
S.Cəlaloğlu qeyd edib ki, İnsanovun siyasi mübarizəsinə müxalifət də dəstək olmalıdır: 
"Düzdür, o da korrupsioner olub, vəzifəsinə görə çoxlu pul qazanıb. Lakin insanların günahlarının yuyulma məsələsi var. Bir insan günahına ekvivalent əməl edərsə, həmin əməl günahı yuyur və adam artıq süddən çıxmış qaşıq kimidir. Hesab edirəm ki, İnsanovun uzun müddət sınmadan, münasibətini dəyişdirmədən həbsxanada qalması, bu gün də rejimin dəyişdirilməsi ilə bağlı  siyasi mübarizə aparacağını deməsinə səmimi şəkildə inanmaq lazımdır. O artıq günahının cəzasını çəkib və bundan sonra YAP-ın apardığı siyasətdə iştirak etməyəcəksə, xalqa qarşı hər hansı yanlış addım atmayacaqsa, Əli İnsanovla bizim heç bir fərqimiz yoxdur. Əgər aktiv şəkildə siyasi mübarizə aparacaqsa, onunla əməkdaşlıq etməliyik. Əli İnsanov bilirsiniz, adi bir adam deyil. Yəni qərbi azərbaycanlıların bu gün ortalıqda olan ən ciddi simalarından biridir. Onlar da ağsaqqallıq  institutuna həddindən artıq meyllidirlər. Düşünürəm ki, qərbi azərbaycanlılar indiki halda Əli İnsanovun ərtafında birləşəcəklər. Qeyri-siyasi elektoratı deyirəm. 
Digər tərəfdən onun beynəlxalq imic baxımından müsbət tərəfləri var. Artıq Azərbaycanda xalq əvvəlki illərdən fərqli olaraq siyasiləşir. İnsanov da bu prosesin başlandığı dövrdə çıxıb və qatılacağı təqdirdə ciddi qatqıları da ola bilər. Əli İnsanov öz partiyasını yaradacaqsa, bu başqa məsələ, əməkdaşlıq etməyə borcluyuq. Hökumət istəmir ki, ondan ayrılan insanlar Azərbaycan müxalifətinə qoşulsun. Ziya Məmmədov, Eldar Mahmudov iqtidardan ayrıldı, amma fikir verirsiniz, müxalifətdən kənar durdular. Bu onu göstərir ki, onlar doğurdan da korrupsioner, xalqa yad ünsürlər idi. 
Amma iqtidar İnsanovu cəzalandıranda o, faktiki siyasi mövqe ortalığa qoydu. Bu baxımdan müxalifət bu adamı qəbul etməlidir. O da bizim kimi tam günahsız insandır”.
Xəbər 758 dəfə oxunub






Oxşar xəbərlər

Binəli Yıldırımdan İmamoğlunun qələbəsi ilə bağlı tvit
“O qız qardaşımın gənclik səhvidir” — Nazpəri
Fuad Abbasova ağır ittihamlar: "Sən Azərbaycan vətəndaşlığı olan erməni terrorçususan"
Fuad Qəhrəmanlının qızına hücum edən saxlanıldı
"Mən də bilirəm, Amerikanın paytaxtı Nyu-Yorkdur" — Şəbnəm yenə “gül vurdu”
“Demokratik.Az”-a qarşı sifarişli Qətnamə - “Ə + Ə = 2000” DÜSTURU
"İmişlidə Prezidentin layihəsinə ciddi təhlükə var"
Əli İnsanova... zəng çatmır; o müxalifətçiləri umsuq etdi
Sumqayıtda kürəkən qayınanasını döyüb
BMT TŞ Liviya üzrə növbədənkənar qapalı iclas keçirəcək
Alimlər ölmüş beyni diriltməyi bacardılar
Eynulla Fətullayevdən çağırış: "bu abidələri qoruyaq.."
Xaçmazda 14 yaşlı qızı tualetə salıb zorladılar, sonra da...
Dilqəmin oğlu Şuşaya getmək istəyir - atası ilə görüşə
DTX-ya yeni səlahiyyət verilib
Azərbaycanlı polkovnikə ABŞ-da yüksək vəzifə verildi
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Pənah Hüseyn DTX-ya çağrıldı
Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin edilib
Azər Həsrət rusdillilərdən üzr istədi
Xınalığa və Şahdağa qar yağır
Rövşən Rzayev BMT nümayəndəsi ilə görüşdü
“Jurnalistlərin fəaliyyətinə mane olmaq düzgün deyil”
"Azərsu"ya 4 milyon manat ayrıldı
AQTA adından rüşvət alanın görüntüləri yayıldı
“Fahişələrin 80 faizi siğə ilə ərə gedən qadınlardır” – Fikirlər haçalanır
Çingiz Qənizadəyə ŞOK İTTİHAM: - "Ayaqları olmayan əlilin obyektini əlindən alıb" ?
"ADY"-də ŞOK - Cavid Qurbanov 15 min işçini ixtisar edəcək
Telman İsmayılov barəsində cinayət işi başlayıb
Azər Həsrət "rusca" da düşünə bilmirmiş..
Sosial media Azər Həsrətdən üzr tələb edir
Ramiz Rzayev problemli kreditlərdən danışdı
Deputat "SOCAR"ı müdafiə etdi - Mənsimova cavab verdi
Prezidentin son fərmanları 600 min nəfəri sevindirdi
Moskva görüşünün pərdəarxası: indi də “Medvedyev planı”...
Mənsimovdan "SOCAR"-a ağır sözlər: -"nə zamana qədər..?
AXH-ni parçalamaq istəyən Milli Şuradır? - Açıqlama
Müsavat da çalxalanır: Sədrə qarşı İTTİHAMLAR var
Kəmaləddin Heydərov müşavirə keçirdi
"Rufo Gəncinski"yə ad günü düzənləndi - VİDEO
Rüfət Axundov “Space”dəki qalmaqala görə üzr istədi
Ukrayna: prezidentliyə namizədlər insan haqlarından nə deyir?
Elmar Məmmədyarov Polşaya rəsmi səfər edib
Abşeron İHB-də ara qarışdı - Zakir Fərəcov "KRALİÇA"-nı niyə danladı?
Naxçıvanda müşavirə keçirilib
Ceyhun Bayramov ifşa oldu: “Qulaqardı elədiniz, “donos” yazdırdınız”
Azərbaycan Xalq Hərəkatı dağıla bilər
Müharibə veteranlarına Prezident təqaüdü veriləcək — SƏRƏNCAM
Varşava Universitetində Azərbaycan tarixi tədris edilir — FOTOLAR
Ziyafət Əsgorovun qızının toyundan - VİDEOLAR
Türkmənistan Rusiyaya qaz nəqlini bərpa edib
Özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı - Foto
Balotelli Fransa çempionatının ən yaxşısı seçilib
Azərbaycanda vərəmin müalicəsi neçəyədir?
Talıb Talenin atası bugün Göygöl rayonunda dəfn edilib
Şamaxıda gölün bəndi niyə uçub? – RƏSMİ
Binəli Yıldırım: “İstanbulda seçki murdar olub”
Məhkəmə-Hüquq Şurasında “qaynar xətt” yaradılıb
İlham Əliyev sosial müavinətləri artırdı - YENİ MƏBLƏĞLƏR
AXH-nin toplantısında növbəti qalmaqalı: “Çıxarın, o səs yazılarını ortaya...”
“Araz” marketin müdiri intihar etdi
Xətaidə “Eskobar” ləqəbli narkobaron və dəstəsi yaxalandı - FOTOLAR
Azərbaycanda dron “problemi” – Deputat razılaşmır
“Xəzri” sistemi Ukraynada tərəfdaş sırasını genişləndirir
“Ruzigar”a 30 sutka həbs cəzası verilib
DİM-də vakant yerlər üçün müsabiqə elan olunub
ABŞ dövlət katibinin müavini Azərbaycanda səfərdədir
Dünyanın 40 ölkəsindən 800-dək uşaq Türkiyəyə gəlib
Gürcüstanda Nəriman Nərimanovun yubileyi qeyd olunub - FOTO
Bankların kredit faizləri gündəmdədir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.18829] initstartout [0.00019] initstartin [0.00098] calstart [0.01212] calend [0.00073] topnewsend [0.00503] rsssend [0.00000] ehgend [0.02316] tagsstart [0.00060] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.14543]