Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:49 - 27.01.2020  
Əliyevdən, Ərdoğandan və... Putindən Paşinyana “ev tapşırıqları”
Tarix: 24-01-2019, 20:22 | Bölmə: Xəbərlər » Siyasət

Qarabağ məsələsində Ermənistana təzyiqlər artır; İrəvan küncə sıxılır? Politoloq: "Erməni baş nazir iki daş arasındadır...”

Əliyevdən, Ərdoğandan və... Putindən Paşinyana “ev tapşırıqları”Dünən Türkiyə prezidenti Ərdoğan Moskvaya səfər edib. Qardaş ölkə hökumətindəki mənbənin bildirdiyinə görə, Ərdoğan-Putin görüşü çərçivəsində Suriya böhranı ilə yanaşı, Cənubi Qafqazdakı vəziyyətin də müzakirəsi gözlənilirdi. "Türkiyə hər zaman Cənubi Qafqazda vəziyyəti, xüsusilə də Qarabağ münaqişəsinin nizamlanmasını öz gündəmində saxlayır. Məhz Azərbaycan torpaqlarının işğalı regionda sülh və sabitliyə əsas təhdiddir”, - deyə mənbə qeyd edib.

Bundan bir gün qabaq xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan eləmişdi ki, Qarabağ münaqişəsi həll olmadan Qafqazda stabillik mümkün deyil. Türkiyə baş diplomatı İrəvanın işğalçılıq siyasətini pisləyərək onu da demişdi ki, Ermənistanla indiki şərtlər altında münasibətlərin bərpası mümkün deyil və 2019-cu ildə də Ankara bu məsələdə ardıcıl siyasətimizi davam etdirəcək. Daha öncə isə Ərdoğan erməni baş nazir Nikol Paşinyanın çağırışına cavab olaraq, bildirmişdi ki, Azərbaycan torpaqları azad edilməyincə Ermənistanla sərhədlər açılmayacaq.

Ərdoğandan 1 gün sonra, yəni bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya yollanacaq. Özü də birbaşa Davosdan və... Azərbaycan prezidenti İlham Əliyevlə saat yarımlıq görüşdən sonra. Xəbər verildiyi kimi, iki ölkənin rəhbərləri İsveçrənin Davos şəhərində qeyri-formal atmosferdə bir araya gələrək Qarabağ problemini müzakirə ediblər.

Görüşdən az əvvəl isə İlham Əliyev Çin telekanalına müsahibəsində Qarabağla bağlı Bakının mövqeyini, vəziyyətdən real çıxış yolunu bir daha həm İrəvanın, həm də beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıb, Ermənistanın tək çıxış yolunun və inkişafının işğala qoymaq olduğunu xüsusi vurğulayıb. Necə deyərlər, seçim Ermənistanın yeni rəhbərliyinindir.

***** 

Əliyevdən, Ərdoğandan və... Putindən Paşinyana “ev tapşırıqları”

Ermənistan baş nazirinin bunun ardınca Moskvaya yollanması diqqət çəkməklə yanaşı, Paşinyanın Putinlə "saat əqrəblərini” tutuşdurmaq istəyi qənaətini yaradır. Hərçənd Ermənistan baş nazirinin mətbuat xidməti bildirir ki, "Paşinyan Avrasiya İqtisadi Birliyinin ali orqanlarında Ermənistanın sədrliyinin prioritetləri barədə Avrasiya İqtisadi Komissiyasında çıxış edəcək”. Lakin bu, əlbəttə ki, səfərin formal tərəfidir. Putinlə görüşdə daha vacib məsələlər, o sırada hələ də acıq qalan təbii qazın qiyməti və Qarabağ mövzuları müzakirə ediləcək.

Erməni ekspert çevrələri isə Paşinyanın Davosdan dərhal sonra Moskvaya uçmasına maraqlı, eyni zamanda ironik şərh verib. Məsələn, "Yeni Müsavat”ın məlumatına görə, 1 in.am saytı yazıb: "Paşinyan Davosdan dərhal sonra Moskvaya gedəcək. Təbiidir. Robert Köçəryan və Serj Sərkisyanın ənənəsini pozmadan, istənilən Qərb ölkəsinə səfərdən sonra o dəqiqə Moskvaya yollanmaq. Yəqin ki, məruzə eləmək üçün. Və ya təəssüratlarını bölüşməkdən ötrü. Adam Davosa - azad dünyanın iqtisadi paytaxtına gedir, orada görüşlər keçirir və çıxışlar edir ki, Ermənistanın sərmayələr üçün nə dərəcədə cəlbedici olduğunu göstərsin. Bundan dərhal sonra da Moskvaya - avtoritar, qapalı ölkələr klubunun paytaxtına gedir ki, Avrasiya Birliyinin bizdən ötrü nə dərəcədə vacib qurum olduğundan danışsın”.

Sayt Paşinyanın Moskva səfərinin həm də iki tərəf arasında təbii qazın qiyməti, KTMT baş katibi və Rusiyadakı erməni əmək miqrantları ilə bağlı problemlər fonunda olmasına da diqqət yönəldir. "Əgər daha qlobal desək, misal üçün, Qarabağ məsələsində Rusiya XİN rəhbəri Lavrov hansısa optimist bəyanatlar verir. Hamı hiss edir ki, rusların hədəfi - ”Lavrov planı"nı irəli aparmaqdır. Belə ziddiyyətli situasiya fonunda da Paşinyan Moskvaya gedir. Növbəti dəfə. Gedir ki, Putini möhkəm qucaqlasın. Elə təəssürat yaranır ki, Paşinyan ev tapşırığını yerinə yetirən nümunəvi şagird kimi Putindən "ev tapşırıqları” alır. Bunun ardınca indi ümid eləmək ki, Davos sammitinin nəticəsində və ya başqa kanallarla Ermənistana böyük sərmayələr yatırılacaq, sadəlövhlük olardı", - deyə məqalənin sonunda vurğulanır.

***** 

Azərbaycan isə Ermənistandan fərqli olaraq, öz balanslı xarici siyasət kursunu uğurla davam etdirir. Paralel surətdə Ermənistanın əsas müttəfiqi Rusiya da daxil, bir sıra ölkələr hesabına özünün hərbi potensialını daha da artırmaq niyyətindədir.

"Azərbaycan Rusiya hərbi texnikasının yeni tədarükü üçün təzə kontraktların imzalanmasında maraqlıdır”. BunuDavosda "RİA Novosti”yə açıqlamasında İlham Əliyev deyib. O, həmçinin bildirib ki, təzə anlaşmaların detallarını Azərbaycanın və Rusiyanın hərbi idarələri dəqiqləşdirəcək.

Bununla belə, İlham Əliyev Rusiya KİV-ə Azərbaycanın KTMT-yə ("Rus NATO-su”) müşahidəçi qismində belə qoşulmağa hazırlaşmadığını da söyləyib. "Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü və ya təşkilatda müşahidəçi statusu məsələsi gündəmdə deyil. Bu məsələ hələ müzakirə mərhələsində deyil”, - prezident bildirib.

Rəsmi Bakı bununla əslində diplomatik şəkildə işarə vurur ki, Dağlıq Qarabağ məsələsində ciddi irəliləyiş olmayınca, Azərbaycan əraziləri boşaldılmağa başlamayınca Rusiya bunu Bakıdan gözləməməlidir. Yəni Azərbaycan heç nə olmayıbmış kimi, işğalçı ölkə ilə eyn hərbi blokda təmsil oluna bilməz. Demək, Paşinyana daha bir "ev tapşırığı”  bu yöndə Putindən ola bilər. Çünki Moskva çoxdandır ki, Azərbaycanı bu qurumda görmək istəyir. Hətta bu yaxınlarda qurum yanında müşahidəçi ölkə statusu da əksər təhlilçilərə görə, məhz Azərbaycana görə yaradılıb. 

*****

"Paşinyan Moskvada müəyyən problemlər ətrafında müzakirələr açmaq niyyətindədir”. Bunu axar.az-a Ermənistan baş nazirinin Moskvaya səfərini şərh edən politoloq Qabil Hüseynli deyib.

"Müzakirələr ilk növbədə qaz problemi ilə bağlı olacaq. Çünki Rusiya Ermənistana satacağı qazın qiymətini daha da qaldırmağı düşünür. Ermənistanın Rusiyadan aldığı neft və neft məhsullarının qiymətində də bahalaşma gözlənilir. Bu baxımdan İrəvan olduqca narahatdır”, - politoloq bildirib.

Politoloq Moskvada Qarabağ məsələsinin həlli ilə bağlı gərgin müzakirələrin gedəcəyini də düşünür: "Qarabağ məsələsində Ermənistana beynəlxalq basqılar getdikcə artır. ABŞ prezidentinin Paşinyana məktubu, amerikalı senatorlarının problemin həllinin zəruriliyini irəli sürməsi, həmçinin Kremlə yaxın ideoloq və politoloqların 5 rayon məsələsində israr etməsi bunun bariz sübutudur. ”5+2 variantı"nın işə salınması geniş müzakirə edilir. Paşinyan da sözsüz ki, bir daha Rusiyanın baxışını öyrənmək və bu məsələdə öz mövqeyini Kremllə uzlaşdırmaq niyyətindədir".

Sabiq dövlət müşavirinə görə, Paşinyan Moskvanın Qarabağ məsələsinin həlli ilə bağlı təkidini zərərsizləşdirməyə cəhd edəcək və Ermənistanın "güzəştlərə” hazır olmadığını bildirəcək: "Paşinyan hazırda iki daş arasındadır. Ölkədə iqtisadi vəziyyət pisdir və etiraz səsləri ucalmağa başlayıb. İndiyədək ”ikili standartlar"dan çıxış edən dövlətlər və beynəlxalq qurumların böyük əksəriyyəti təkidlə problemin Azərbaycanın ərazi bütövlüyü daxilində həllini tələb edirlər. Moskva da bu təzyiqlərin təsiri altındadır və ona görə də məsələni hələ ki 5 rayonla yumşaltmağa cəhd edir. Əslində Rusiya bu mövqeyində kifayət qədər israrlı görünür. Paşinyanın Rusiyanın diktəsinə əməl etməyə hazır olub-olmadığı isə Moskva görüşündən sonra müzakirələrin əsas mövzusu olacaq".

"Yeni Müsavat”ın analitik xidməti

Xəbər 1250 dəfə oxunub






Oxşar xəbərlər

“Əli Həsənovun himayəçiliyi altında 10 il deputat olan..."
Ədəbiyyat müəlliməsi 7200 manatı maklerə verib jurnalisti niyə şərləyir? MÜƏMMALI İTTİHAM
Ərdoğan Merkelə maraqlı hədiyyələr verib- FOTO
Çində koronavirusdan ölənlərin sayı 41-ə çatdı
İranla ticarətə davam edən ölkələrə sanksiya gəlir
Soros yeni inqilaba hazırlaşır 1 milyardlıq ŞOK PLAN
"İlkinin vəziyyəti yaxşı deyil, onu "toka" verib, dözülməz işgəncələr ediblər" Vəkildən VİDEOAÇIQLAMA
Şok fakt! Əli Həsənovun “WikiLeaks” yazışmaları da üzə çıxdı
Renka: "Mərakeşdə məni ərəb qaçırmaq istəyirdi"
Mətbuat Şurasından ƏFV - bütün KİV-lər “qara siyahı”dan ÇIXARILDI
35 saylı DSK sədri istefa verdi
Qu quşu Əməkdar artistin əlini dişlədi
Azərbaycanda qadın üç dəfə zorla ərə verilib
Hafiz Hacıyev YAP-çı opponentini NİYƏ və necə təhqir edir? - VİDEO
Goranboyun Meşəli kəndində direktor Fəxrəddin Musayevin "AİLƏ MƏKTƏBİ" - FAKTLAR
Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
AŞ PA müşahidəçiləri Bakıda görüşlərə başladı
Ermənilərdən növbəti Qarabağ təxribatı - Şuşa qalası erməniləşdirilir...
Deputatlığa namizəd Əli Həsənovun "trol şəbəkəsi"ni ifşa etdi — ŞOK FAKTLAR
Gəncədə namizədliyinə maneələr yaradılan Müzadil Həsənov MÜRACİƏT YAYDI
İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb
ADAU rektoruna şok İTTİHAM - İntihara bais olubmuş?
Afaq Aslanın biabırçı görüntüsü yayıldı: Qara bikinidə…
“Beşiktaş” Türkiyə kuboku ilə vidalaşıb
İraq prezidenti ölkədəki etirazlarda ölənlərdən danışıb
"Moskvaya zəng edərsiniz, yoxsa Pekinə?" - İlham Əliyev Davosda cavablandırdı
ABŞ-da atışma olub, ölən və yaralananlar var - FOTO
Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə “artırdı” - FOTOLAR
İlham Əliyev BƏYAN ETDİ! "Əhalinin etimad etdiyi şəxslər seçiləcək"
Putinin yeni təyin etdiyi nazirlər.. - biri qadındır
Qondarma rejim Qarabağda "seçki" keçirməyə hazırlaşır
İranlı general niyə Elçin Quliyevin barmağına üzük taxdı? – HƏRBİ-SİYASİ ANLAMI
Sumqayıtda ağır qəza, 1 ölü 4 yaralı - FOTOLAR
Azərbaycana ət idxalı azala bilər - səbəb
Xəzər dayazlaşır: su hara yox olur?
Məşhur idmançı sərxoş halda dava saldı, həbs edildi
Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Qəbələdə bu kişi qarın içində yatır - FOTO
Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Nə qədər pensiyaçımız var ? - Açıqlanıb
Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
Ölkə əhalisinin sayı açıqlanıb
Araz Ağalarov Rusiyanın yeni baş naziri haqda
İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi
ABŞ səfirliyinin yanına üç raket düşdü
Əsrin ən yaxşı filmi bəlli oldu
Gəncədə NİVA ağaca belə çırpılıb - ölümə səbəb olan OLAYDAN ŞOK GÖRÜNTÜLƏR
Şahzadə Harri Böyük Britaniyanı tərk edib
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
DİN Zirəddinə cavab verdi: "..yəqin yuxuda görüb"
TƏRS SİLLƏ! "Qarabağı erməniyə peşkəş verənin yanındasız, yoxsa..."
Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü
Sammitdə Putini “itirən” Merkel və Makron çaş-baş qaldı (fotolar)
BBC-nin baş direktoru istefaya gedir
30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR
Diplomatın “DİPLOMAT”I... – Elmar Məmmədyarov tikinti maqnatıdır?!
Prezident Şəhidlər xiyabanını ziyarət edib
“Parlament idarəçiliyinə keçməliyik” – “İroniya edənlər özlərini buraxmışlardır”
20 Yanvar faciəsi ABŞ Konqresində yad olunub
Qanlı 20 Yanvar – Millətimin müstəqilliyə gedən yolu...
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Azərbaycan XİN: Sovet ordusu Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə qırğın törətdi
Azərbaycanlı xanım jurnalist Türkiyədə vəfat etdi - FOTO
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ
Hansı rayonlara nə qədər qar yağıb?
Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ
Nazir əmr imzaladı - "20 YANVAR"-a GÖRƏ
İnam Kərimov FAO-nun baş direktoru ilə görüşüb

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.34583] initstartout [0.00025] initstartin [0.00101] calstart [0.01286] calend [0.00074] topnewsend [0.00458] rsssend [0.00000] ehgend [0.03955] tagsstart [0.00065] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.28616]