Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

00:54 - 18.10.2019  
Qarabağ mitinqi keçirildi - bəs niyə ikili rəy yaranıb?
Tarix: 1-10-2018, 08:50 | Bölmə: Xəbərlər » Siyasət

Elxan Şahinoğlu: "Torpaq uğrunda mübarizə hakimiyyət-müxalifət mübarizəsinə çevrilməməlidir”

Qarabağ mitinqi keçirildi - bəs niyə ikili rəy yaranıb?Sentyabrın 29-da Qarabağ Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən Qarabağ mitinqinə münasibət birmənalı olmadı. Az və ya çox adam gəlməsindən asılı olmayaraq, mitinq hər halda baş tutdu. Hakimiyyət aksiyaya icazə vermişdi. Kimiləri Qarabağla bağlı mitinqin vacib olduğunu, kimiləri isə Qarabağ məsələsinin mitinqlə həll olunmayacağını və mitinqlərə ehtiyac yaranmadığını deyir. Hətta hakim Yeni Azərbaycan Partiyasının deputatları arasında da bu məsələdə fikir ayrılığının olduğu ortaya çıxdı.

Məsələn, mitinqdən bir gün öncə YAP İdarə Heyətinin üzvü, deputat Eldar İbrahimov Qarabağ məsələsinin millətin məsələsi olduğunu və mitinqə hər kəsin gəlməsinin vacibliyini bəyan edib. Mitinq günü isə YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov və YAP-çı deputat Aydın Mirzəzadə Qarabağla bağlı fərqli, bu cür mitinqlərə ehtiyac olmadığını ehtiva edən açıqlamalar veriblər.

Bəs, Qarabağla bağlı mitinqlər keçirməyin hansı əhəmiyyəti var? Yaxud hansı zərəri ola bilər?

Politoloq Elxan Şahinoğlu "Yeni Müsavat”a bildirdi ki, Qarabağ mitinqini izləyib. Çıxışların bir hissəsinə tənqidi münasibəti var: "Məsələn, tribunadan İslam Partiyasının həbsdə olan sədrinin salamlarının mitinq iştirakçılarına çatdırılmasına bütün mitinq iştirakçılarının adekvat yanaşmadığını hiss etdim. İslam Partiyasının üzvünə çıxış üçün şərait yaradıldı. Məndə olan məlumata görə, mitinqdə çıxış etmək istəyənlər çox olub və heç də hamıya belə şərait yaradılmayıb. Ancaq İslam Partiyası üzvünün çıxışına imkan yaratdılar. Bu, bəzilərində belə təəssürat yarada bilərdi ki, mitinqi təşkil edənlər İslam Partiyasının dəyərlərini bölüşürlər. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu İslam Partiyasının üzvünün çıxışından dərhal sonra söz alaraq İran hakimiyyətinin işğalçı Ermənistanla əlaqələrini tənqid edən cümlə işlətdi. Böyük ehtimalla, Mirmahmud Mirəlioğlu bunu ona görə dedi ki, mitinqi təşkil edənlərin mövqeyi ilə İranla əlaqələrə önəm verən İslam Partiyasının siyasətinin üst-üstə düşmədiyi görünsün.

Qarabağ mitinqi keçirildi - bəs niyə ikili rəy yaranıb?

Hakim Yeni Azərbaycan Partiyasının deputat üzvlərindən biri mitinqdən əvvəl Qarabağla bağlı mitinqi dəstəklədiyini bildirdi. Bunu bəziləri belə qələmə verdi ki, YAP Qarabağ mitinqini dəstəkləyir. Halbuki bu belə deyildi. Mitinq bitər-bitməz YAP-ın bir çox üzvləri mitinqi tənqid etdilər. Bunun iki vacib səbəbi olduğunu düşünürəm.

Birinci səbəbi mitinqdə "istefa” şüarlarının səslənməsiydi. Mitinqdə çıxış edənlərdən bir neçəsi hakimiyyəti sərt tənqid etdi və bu da istər-istəməz "istefa” şüarlarının səslənməsinə şərait yaratdı. Aydındır ki, "istefa” şüarlarının səsləndiyi mitinqə hakimiyyət və ya YAP dəstək verə bilməzdi".

Politoloq hesab edir ki, mitinqə birmənalı münasibətin olmamasının ikinci səbəbi bu mitinqlərin davamlı hal ala biləcəyi ehtimalıdır: "Qarabağ Komitəsinin üzvlərinin tamamı müxalif mövqedə dayanan siyasətçilərdir. Bu da hakimiyyət üçün uyğun deyil. Qarabağ ümumi problemdir. Hakimiyyət müxalifəti başqa müstəvilərdə xeyli zəiflədib. Ancaq Qarabağ platformasında Qarabağ Komitəsinə yığılan insanlara qarşı hansısa addımların atılması ölkə daxilində və xaricində doğru anlaşılmaya bilər. Məsələn, düşünülə bilər ki, Azərbaycanda Qarabağ uğrunda müharibə çağırışları edənlərə qarşı sərt siyasətə üstünlük verilir. Halbuki, başda prezident olmaqla hakimiyyət nümayəndələrinin bir çoxu işğalçıya qarşı güc yolunu istisna etmirlər və 2016-cı ilin aprel savaşı və ya Naxçıvan əməliyyatı buna sübutdur. Qarabağ xalq üçün həssas və birləşdirici mövzudur. Hakimiyyət də siyasətində bunu nəzərə alır. Buna baxmayaraq,  bəzi müxalif qüvvələrin Qarabağ üzərindən hakimiyyətə təzyiq etmək istəyi və hakimiyyəti zəiflətməyə çalışması da istisna deyil. Bu baxımdan Qarabağ Komitəsinə gələn dəfə mitinq təşkil etmək asan olmayacaq. İlk mitinqə bəlkə də gözlənildiyindən çox insan qatıldı. Ancaq Qarabağ Komitəsi onu da nəzərə almalıdır ki, hətta hakimiyyət növbəti mitinqə maneələr yaratmasa belə, Komitənin özü üçün ikinci mitinqə kifayət qədər insan toplamaq çətin olacaq. Çünki ilk mitinqdə Qarabağla bağlı hər şey deyildi. Yenə eyni mövzu və eyni şüarlar olacaqsa, mitinqə qatılmaq istəyənlərin sayı azala bilər”.

E.Şahinoğlu sonda onu da dedi ki, əslində Qarabağ uğrunda ictimaiyyətin artan səsi hakimiyyət üçün zərərli deyil:"Bununla hakimiyyət beynəlxalq aləmə, o cümlədən ATƏT-ə mesaj göndərmiş olar ki, cəmiyyət hakimiyyətdən Qarabağla bağlı sərt addımlar, müharibə tələb edir və əgər vasitəçilər tələsməsələr, vəziyyət gərginləşə bilər. Ona görə də Qarabağ uğrunda mübarizə hakimiyyət-müxalifət mübarizəsinə çevrilməməlidir. Mən deyərdim ki, YAP-ın özü də Qarabağ mitinqi keçirsəydi, bu, işin yararına olardı. Bu, danışıqlarda prezidentin əlini gücləndirərdi”.

Xəbər 1597 dəfə oxunub






Oxşar xəbərlər

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Ərdoğan Azərbaycandadır - FOTOLAR (YENİLƏNİB)
Qırğızıstan Prezidenti Azərbaycandadır - FOTO
Ərdoğan Bakıya gəlir
Ərdoğan: "NATO bizə cavab verə bilmir"
Samux PŞ-yə yeni rəis müavini təyin olunub
Yunis Səfərovun silahdaşlarına hökm oxunub
İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”
Afaq yenə "soyundu" – FOTO
Bakının israrı - İrəvanda cəlladın heykəli söküləcəkmi?
Naxçıvanlı iş adamı Moskvada baltalandı: VİDEO
Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüntüləndi
Bakıda iki oğlanın nişanı oldu - Üzük taxıb öpüşdülər
Elton ölkədən getdi: Şərəfsizlər, didin bir-birinizi...
PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib
Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"
Prezident ailəsinin istirahət FOTOLARI

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.38851] initstartout [0.00027] initstartin [0.00144] calstart [0.01619] calend [0.00096] topnewsend [0.00833] rsssend [0.00000] ehgend [0.03155] tagsstart [0.00115] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.32855]