Demokratik TV
Xəbər lenti
Ərdoğan və Putinin görüş tarixi açıqlanıb
- 14 sen 2018, 14:15
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş sentyabrın 17-də Soçidə keçiriləcək.
"Report” NTV televiziyasına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, iki ölkənin liderləri Suriyadakı vəziyyəti müzakirə edəcəklər.
Qeyd edək ki, bu gün İstanbulda Türkiyə, Almaniya, Rusiya və Fransa liderləri köməkçilərinin Suriyadakı vəziyyətə həsr edilən görüşü olacaq. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bir müddət əvvəl belə bir tədbirin keçiriləcəyini və onların Suriya üzrə dördtərəfli sammitin gündəliyini müzakirə edəcəklərini bildirmişdi.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Ərdoğan Avropa liderləri ilə görüşəcək
Nazarbayev Suriya müzakirələrində yeni "Astana səhifəsi" açır
Putinlə Bəşər Əsəd görüşdü Soçidə
Türkiyə və Rusiya prezidentləri arasında görüş başa çatıb
Ərdoğanla Putin arasında telefon dialoqu olub
"Putin və Ərdoğan görüşəcək"
Putinlə və Paşinyan Soçidə görüşəcək
"Tillerson-Ərdoğan görüşü məhsuldar olub" - açıqlama
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti