Nazarbayev Suriya müzakirələrində yeni "Astana səhifəsi" açır
- 18 dek 2016, 10:06
Nazarbayev Putin və Ərdoğanla Astanada Suriyaya üzrə görüşün keçirilməsinin mümkünlüyü müzakirə edib
Qazaxıstan prezidenti Nursultan Nazarbayev rusiyalı və türkiyəli həmkarları Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanla Suriyadakı münaqişə tərəflərinin danışıqlarının Astanada keçirilməsinin mümkünlüyünü müzakirə edərək, bu təşəbbüsü dəstəkləyib.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan prezidentinin saytında dərc olunmuş məlumatda bildirilir.
Qeyd edək ki, Putin bundan əvvəl Suriyadakı münaqişə tərəflərinə danışıqlar prosesini Astanada keçirilməsinin təklif olunması barədə Ərdoğanla razılığa gəldiyini bildirib.
Onun sözlərinə görə, yeni danışıqlar prosesi Cenevrə danışıqlarını tamamlaya bilər.
"Rusiya və Türkiyə prezidentləri ölkə başçısı ilə regional və beynəlxalq gündəmdəki məsələləri müzakirə ediblər. Rusiya və Türkiyə liderləri Suriyadakı münaqişə tərəfləri arasında danışıqlar prosesinin Astanada keçirilməsində maraqlı olduqlarını bildiriblər. Nursultan Nazarbayev bu təşəbbüsü dəstəkləyib və ölkənin paytaxtında danışıqlar üçün şərait yaratmağa hazır olduğunu bildirib”, - deyə məlumatda bildirilir.
Demokratik.Az
