Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

06:31 - 22.07.2018  
Prezident Ərdoğandan Azərbaycana siyasi jest
Tarix: 10-07-2018, 08:52 | Bölmə: Xəbərlər » Siyasət

Andiçmədən sonra ilk səfərini Bakıya edir

Prezident Ərdoğandan Azərbaycana siyasi jestQardaş ölkənin prezidenti növbəti dəfə dost-düşmənə mesajını verdi, Bakı və Ankaranın arasına girənlər məğlub olacaqlar; eks-nazir Tofiq Zülfüqarov: "Təbii ki, bu kimi səfərlər müsbət rəmzi məna daşıyır”

İyunun 24-də növbəti dəfə Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan ənənəsinə sadiq qalaraq ilk xarici ölkə səfərini Azərbaycana edəcək. Bu gün o, Bakıya gələcək.

Cənab Ərdoğanın həmin gün Şimali Kipr Türk Cümhuriyyətinə gedəcəyi də bildirilir.

"Türkiyə və Azərbaycan münasibətləri ən yüksək səviyyədədir və daha da inkişaf edəcək”. "Trend"in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Qeyd edək ki, R.T.Ərdoğanın andiçmə mərasimi iyulun 9-da keçirilib.

Türkiyə lideri Bakıdan NATO-nun sammitində iştirak etmək üçün Brüsselə yola düşəcək. Alyansa üzv ölkələrin dövlət və hökumət başçılarının sabah başlayacaq sammiti Ərdoğanın yeni beş illik prezidentlik dövründə qatıldığı ilk beynəlxalq tədbir olacaq.  NATO sammiti zamanı Ərdoğanın ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron və Britaniya Baş naziri Tereza Meylə bir araya gələcəyi gözlənilir (ordu.az). 

Qardaş ölkə prezidentinin ilk xarici səfərini Azərbaycana etməsi "Bir millət, iki dövlət” yanaşmasının ruhuna tam uyğun olmaqla yanaşı, qardaşlıq ənənələrinin uğurla davam etdirilməsi, dost-düşmənə verilən aydın mesajdır. Bununla da qardaş ölkənin lideri növbəti dəfə demək istəyir ki, Bakı və Ankaranın arasına girənlər, münasibətlərimizə xələl gətirməyə çalışanlar daim məğlub olacaqlar. Xüsusilə də Qarabağ torpaqlarının işğalı şəraitində, həmçinin Azərbaycanın Naxçıvan bölgəsində yönəlik Ermənistanın təhdidlərinin davam etməsi halında Bakı səfəri olduqca önəmlidir. Heç şübhəsiz ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi mövzusu Bakı səfərində müzakirə olunacaq. Eyni zamanda Suriya və İraqdan sıxışdırılan PKK-nın Qarabağa sığınması ətrafında da diskussiyaların aparılması mümkündür. Xatırladaq ki, baş nazir Binəli Yıldırım Bakıda olarkən Türkiyə və Azərbaycana yönəlik təhlükələrə qarşı tədbir görülməsini mümkün saymışdı. 

"Prezident seçkilərindən sonra Azərbaycan və Türkiyənin dövlət başçısının ilk xaricə səfərini qardaş ölkəyə etməsi münasibətlərdə xoş və müsbət ənənədir. Bu, Azərbaycanla Türkiyənin nə qədər yaxın, müttəfiq, strateji tərəfdaş olduğunun göstəricisidir. Qarşılıqlı olaraq bu səfərləri həm də beynəlxalq ictimaiyyətə bir mesaj kimi qiymətləndirmək olar”.

Bu sözləri teleqraf.com-a açıqlamasında politoloq Vüqar Zifəroğlu Ərdoğanın prezident seçkilərindən sonra ilk rəsmi səfərini Azərbaycan və Şimali Kiprə etməsini şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycana gələn Türkiyə prezidenti Azərbaycan prezidenti İlham Əliyevlə hərbi sahədən tutmuş siyasi əməkdaşlığın müxtəlif parametrlərinədək ən müxtəlif istiqamətdə müzakirələr aparacaq.

Vüqar Zifəroğlunun fikrincə, prezidentlərin görüşündə Yaxın Şərqdə baş verən proseslər ətrafında da müzakirələr aparıla bilər: "Türkiyə Yaxın Şərqdə baş verənləri diqqətlə izləyir, Azərbaycan da öz növbəsində həmişə regionda baş verən hadisələrə həssaslıq nümayiş etdirir, İslam həmrəyliyi ilə bağlı çağırışlar edən bir ölkə kimi tanınır”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Yeni Müsavat”a bildirdi ki, ilk növbədə R.T.Ərdoğanın ənənəvi olaraq seçiləndən sonra Azərbaycana gəlməsini xüsusi qeyd etmək lazımdır: "Azərbaycan həm xarici, həm də daxili siyasətində çox önəmli yer tutan ölkədir. Daxili siyasətdən söhbət gedirsə, seçki platformasında Dağlıq Qarabağ probleminin həlli xüsusi olaraq qeyd olunub. Xarici siyasətinə gəldikdə, Ərdoğan və Prezident Administrasiyası bir neçə dəfə Qarabağ məsələsi barədə həm Vaşinqtonda, həm də Moskvada məsələ qaldırıb. Eyni zamanda Türkiyə və Azərbaycan arasında iqtisadi, humanitar, hərbi, təhlükəsizlik və s. sahələrdə geniş əməkdaşlıq var”. T.Zülfüqarov prezident Ərdoğanın Bakı səfərinin rəmzi məna daşıdığını da vurğuladı: "Təbii ki, bu kimi səfərlər müsbət rəmzi məna daşıyır. O da istisna deyil ki, hər dəfə olduğu kimi, bu dəfə də konkret məsələlər müzakirə olunacaq”.

Politoloq R.T.Ərdoğanın Bakıdan Brüsselə səfər edəcəyinə toxunarkən bildirdi ki, sammitdə Qarabağ məsələsini qaldırıb-qaldırmayacağını dəqiq deyə bilməz: "Amma Ermənistanın indiki siyasəti bir-birinə zidd məsələlərlə xarakterizə oluna bilər. Bir tərəfdən qərbmeyilli siyasət yürüdülür, eyni zamanda İrəvan Rusiyanın təhlükəsizlik çətirinin altında qalmaq istəyir.  Yeni xarici işlər naziri də bununla bağlı açıqlama verib. Mümkündür ki, Ermənistan tərəfindən NATO sammitində müəyyən məsələlər qaldırılsın. Çünki Ermənistan böyük nümayəndə heyəti ilə Brüsselə gedir. NATO dövlətlərininsə ən vacibi Türkiyədir. O mənada bu müzakirələrdə Türkiyə prezidentinin iştirakı mühüm əhəmiyyətə malikdir”.

Politoloq Arzu Nağıyev də "Yeni Müsavat”a açıqlamasında Türkiyə prezidentinin ilk səfərini Azərbaycana etməsinin artıq bir ənənəyə cevrildiyini xüsusi vurğuladı: "Bu, eyni zamanda dostlara və düşmənlərə də mesajdır. Dostlar bunu ikitərəfli əməkdaşlıq, türk dünyasının birliyi kimi qəbul edir, düşmənlər isə bunu özləri üçün gələcəkdə təhdid kimi qələmə verirlər. Türkiyə və Azərbaycan bütün sahələrdə-siyasi, iqtisadi, hərbi və hətta mənəvi cəhətdən tərəfdaşdırlar və dövlət başçıları da bunu yüksək səviyyədə davam etdirilər. Zənnimcə, bu dövlətlərin tərəfdaş olması böyük iqtisadi layihələrin həyata keçirilməsində, regional və qlobal məsələlərin həllində mühüm rol oynayacaq, geosiyasi baxımdan Avropanın və Qərbin təhlükəsizliyinin qarşısının alınmasına töhfələr verəcək”. A.Nağıyev istisna etmir ki, bu əməkdaşlıq Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də mühüm əhəmiyyət kəsb edir: "Cənab Ərdoğanın Azərbaycana səfərindən sonra NATO sammitində iştirakı da əhəmiyyətlidir. Türkiyə NATO-nun üzvüdür və heç bir hərbi blokda təmsil olunmayan və müstəqil siyasət yürüdən Azərbaycanla tərəfdaşdır. Buna görə də NATO sammitində regionun təhlükəsizliyinə təhdid olan və Azərbaycanla bağlı mühüm məsələlərin də Türkiyə tərəfindən qaldırılması mümkündür. Bu baxımdan gələcək perspektivlər də müsbət və dinamik inkişaf edəcəkdir”.

Qeyd edək ki, Ermənistan mediası Türkiyə prezidentinin NATO-da növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini qaldıracağından narahatdır... Azərbaycan və Türkiyənin NATO sammitində vahid mövqedən çıxış edəcəyi İrəvanda narahatlıq doğurub.

"Yeni Müsavat”

Xəbər 465 dəfə oxunub






Oxşar xəbərlər

Azərbaycan Milli Mətbuatının yaranmasından 143 il ötür - REPORTAJ
100 kq-lıq qızılı oğurlayan ailənin 77 evi əlindən alındı
Əli Həsənov: “Əliyevin də Zərdabi qədər rolu var”
Leyla Əliyeva Emin Ağalarovu yeni evlilik münasibətilə təbrik edib
Atəşkəs imzalandı, İsrail HƏMAS-ın hərbi obyektini vurdu
"Beşiktaş" klubu ispaniyalı qapıçı ilə yollarını ayırıb
Yunanıstan terrorçuya siyası sığınacaq verib
Gəncə hadisələri ilə bağlı daha 8 nəfər həbs olunub, 1 nəfər məhv edilib
Sualtı sivilizasiya? yoxsa yadplanetlilərin bazası? - Su pərilərinin sirri
Adnan Oktarın Azərbaycandakı adamının kimliyi açıqlandı (FOTO)
Rusiyalı politoloq erməniləri hədələdi: “Əgər..”
Tramp Çini məhv etmək istəyir? - Milyardlıq vergi
Fədayə Laçının cinayət işi məhkəməyə göndərilib
Atəşkəs rejimi 82 dəfə pozulub
Hələb Türkiyənin nəzarətinə verilir - iddia...
Paşinyan üçün 3 yol – ikisi Moskvaya, biri Bakıya aparır
Nazpəri dilə gəldi: “Sürücü, rəqqas yox, aşıq qızıyam”
Səmra Emin Ağalarovun hədiyyəsinə erotik klip çəkdirdi – VİDEO
Azərbaycan Prezidenti Fransa prezidenti ilə görüşüb - FOTOLAR
Türkiyədən qovulan fahişələr Azərbaycana niyə gəlir? – SƏBƏB
Sabahın hava PROQNOZU!
ŞOK - Putinin öyündüyü silahların sirrini QƏRB ƏLƏ KEÇİRDİ
Ermənilər Plovdivdə at oynadır: kriminal qanunlar…
Azərbaycanda nüfuzlu ziyalı dünyasını dəyişdi
“Biz İnterpolun dəstəyinə çox bel bağlayırıq” - Mehriban Əliyeva
Prezident: “Daxili işlər orqanları daim qabaqlayıcı tədbirlər görməyə hazır olmalıdırlar”
Dilqəm Əsgərovdan niyə məktub gəlmir? - RƏSMİ MÜNASİBƏT
Nazpərini həbs gözləyir – “saxta fəlsəfə doktorluğu”
Yaponiyada daşqınlarda ölənlərin sayı 225-ə çatıb
Prezident Bakının mövqeyini bir daha bəyan etdi: güzəşt limiti bitib
Qərbin “barıt qoxuyan ixrac demokratiya”sı və ya xaos ssenarisi...
Saxta dindarlar üzə çıxarıldı - rəsmi
Erməni şərqşünas Ələkrəm Hümbətovu ifşa etdi - sensasion faktlar
Mədət Quliyev hərbçilərə dərs keçdi - FOTO
İtaliya prezidenti "Heydər Əliyev” ordeni ilə təltif edilib
ABŞ-la Rusiya “mehriban düşmən”ə çevrilir
Vitse-spikerdən Gəncə olayları ilə bağlı ilginc açıqlamalar
Üzeyirdən Qənirə Paşayevaya cavab gəldi
ABŞ-ın yeni Qarabağ planı – Ağ Ev Bakını İrəvanla barışdırır?
Bakıda DYP özbaşınalığı! - Avtobusu sahibindən xəbərsiz cərimə meydançasından çıxarıblar
Yerin dərin qatlarında tonlarla almaz tapıldı
ARDNF-in 2017-ci il büdcəsinin icrası haqqında SƏRƏNCAM
NIKOIL | Bank növbəti bankomatı quraşdırıb
"Azərbaycan yeni geopolitik qarşıdurma meydanına çevrilib" - TƏHLİL
Allahşükür Paşazadə Gəncəyə getdi
Səbaildə Eldar Əzizovu o əvəz edir
Gəncə terrorunun arxasındakı güclər ifşa olunur
Eldar Əzizov Bakı Merinin birinci müavini təyin olundu
Tramp və Putin arasında təkbətək görüş başa çatıb
"Aslanlar” polisi öldürən Gəncə terrorçusunu belə MƏHV ETDİ – FOTOLAR (18+)
Qazaxda bayrağımız bu halda - yerli hakimiyyət hara baxır - FOTO
Müdhiş statistika: 22489 nikah, 6177 boşanma
Rəsmi Tehrandan Gəncə hadisələrinə dair gözlənilən bəyanat...
ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbinə start verildi
DİN həftəsonu baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yaydı
Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb - FOTOLAR
“Heç kim yaxasını qurtara bilməyəcək” – Ərdoğan
HARIN MƏMUR ÖVLADLARI BAKIDA TUNELİ BAĞLAYIB ŞAMPAN İÇDİLƏR – VİDEO
İngilis nazir seks qalmaqalına görə istefa verdi
İranda Azərbaycana qarşı radikal şiə lideri kimdir? - Başçıya sui-qəsdlə bağlı yeni FAKTLAR
İki qadın insan alverinə görə axtarışa verildi - FOTO
DÇ 2018: FRANSA DÜNYA ÇEMPİONU OLDU
CƏBHƏDƏN: Erməni kəşfiyyat - diversiya qrupu təxribat törədib
Gəncə hadisələrinə görə daha 7 nəfər həbs edildi
Dünya çempionatının qalibi kim olacaq? - bugünün marağı
İbtidai insanın varlığına dair ən qədim dəlillər tapılıb
Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib
Ermənistan silahlı qüvvələri atəşkəsi 87 dəfə pozub
PA-nın şöbə müdiri Gəncə hadisələrindən yazdı
Ərdoğan Putinlə danışdı: Suriya ilə bağlı - Etiraz

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13810] initstartout [0.00016] initstartin [0.00085] calstart [0.00982] calend [0.00058] topnewsend [0.00364] rsssend [0.00000] ehgend [0.03938] tagsstart [0.00062] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08300]