Roma Papası və İsrail prezidenti İlham Əliyevi təbrik etdi

  • 29 may 2018, 19:49

Roma Papası Fransisk Azərbaycan Prezidenti İlham Əliyevi 28 may – Respublika günü münasibətilə təbrik edib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə, eləcə də həmvətənlərinizə səmimi təbriklərimi çatdırmaqdan şərəf hissi duyuram.

Qoy Uca Tanrı ölkənizin bütün vətəndaşlarının maraqları naminə tərəqqi və rifaha yönəlmiş fəaliyyətinizdə Sizə yardımçı olsun.

Zati-aliləri, fürsətdən istifadə edərək Roma Papası seçilməyimin beşinci ildönümü münasibətilə mənə ünvanladığınız təbriklərə görə Sizə öz minnətdarlığımı bildirirəm və Allahdan xeyir-dualar diləyirəm. Ulu Tanrının mərhəmətinin Sizin, doğmalarınızın və bütün Azərbaycan xalqının üzərindən əskik olmaması üçün dualar edirəm”.

***

İsrailin Prezidenti Reuven Rivlin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 28 may – Respublika günü münasibətilə təbrik ünvanlayıb.

Təbrikdə deyilir :

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

İsrail Dövləti adından Sizi və xalqınızı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə təbrik etmək mənim üçün şərəfdir.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bu regionun tarixində dönüş nöqtəsi oldu və 1991-ci ildə Azərbaycanın müstəqilliyinin yenidən bərpası Sizin xalqınızın bu demokratik ənənəni davam etdirməsinə imkan yaratdı.

Biz Sizə və Azərbaycan xalqına sülh və firavanlıq arzulayırıq. Ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərini daha da genişləndirmək üçün gələcək illərdə də Sizinlə əməkdaşlığa ümid edirəm”.

Demokratik.Az

Oxşar xəbərlər