İlham Əliyevə Fransadan təbrik məktubu gəldi
- 24 dek 2016, 14:12
Fransa Respublikasının Prezidenti Fransua Olland
Respublika günü münasibətilə prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Demokratik.Az xəbər verir ki, təbrikdə deyilir: "Ölkənizin milli bayramı –
Respublika Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına ən xoş təbriklərimi
çatdırmaqdan məmnunluq duyuram.
Həmçinin bu yaxınlarda Bakıya səfərim zamanı mənə göstərdiyiniz yüksək qonaqpərvərliyə
görə Sizə bir daha səmimi minnətdarlığımı bildirirəm.
Ümid edirəm ki, iyirmi ildə baş vermiş dəyişikliklərlə böyük təəssürat yaradan
ölkəniz müasirlik və rifah yolunda irəliləməyə davam edəcəkdir.
Azərbaycanın ilk dəfə olaraq Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi
ölkənizə bu təşkilatın müdafiə etdiyi dəyərlərə bağlılığının ölçüsünü göstərməyə
fürsət yaradacaqdır.
Son illərdə ölkələrimiz arasında əsl tərəfdaşlığın möhkəmlənməsi üçün dostluğu
və əməkdaşlığı gücləndirə bilmişik. Səfərim zamanı Sizinlə söhbətimizdə qeyd
etdiyimiz kimi, bu əməkdaşlığı konkret layihələrlə, xüsusilə də iqtisadiyyat,
elm və ali təhsil sahələrində daha da dərinləşdirməkdə və şaxələndirməkdə davam
etdirməyimizi arzulayıram.
Eyni zamanda, Fransanın Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həllində
aktiv fəaliyyətini davam etdirəcəyinə əmin ola bilərsiniz.
Cənab Prezident, Sizdən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.