Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

06:08 - 18.11.2019  
Nəticəsiz mitinqlər - sivil dünya etiraz formalarını dəyişir
Tarix: 13-03-2018, 09:08 | Bölmə: Xəbərlər » Siyasət

Elxan Şahinoğlu: "Mitinqlərdənsə qapalı zallarda müzakirələr və seminarlar Azərbaycan üçün daha xeyirlidir”

Nəticəsiz mitinqlər - sivil dünya etiraz formalarını dəyişirSon illərdə sivil dünyada etiraz aksiyalarının forması dəyişib. İndi mitinqlərə deyil, daha çox piket və fləşmoblara üstünlük verilir. Azərbaycanda da bu tendensiya hiss olunur. Ancaq ənənəvi müxalifət ənənəvi mitinq taktikasına üstünlük verir.

Ekspertlər hesab edir ki, müasir dünyada mitinqlər artıq effektiv etiraz üsulu deyil. Azərbaycanda mitinqlərə gələnlərin sayı da çox azdır. İnsanların mitinqlərə inamının qalmaması isə eyni şüarların səslənməkdə davam etməsi, nəticənin isə olmamasıdır...

Mitinq dövrünün artıq başa çatdığını söyləmək olarmı? O baxımdan ki, mitinq proseslərə təsir etmək üçündürsə, bu təsir də yoxdursa, mitinqin nə əhəmiyyəti, mənası qalır?

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu mitinqlərin son mübarizə üsulu olmasının əleyhinədir: "Mitinqlər siyasi mübarizənin tərkib hissəsidir. Hər bir partiyanın mitinq keçirmək hüququ var və bu, konstitusiyada təsbit olunub. Hakimiyyət varsa, ona müxalif qüvvələr də olmalı və mitinq keçirmək haqları tanınmalıdır. Bu, normaldır. Siyasi mübarizədə mitinqlərin bir neçə məqsədi var. Birincisi, mitinqi təşkil edənlər rəqibinə güc nümayişi göstərirlər. Ancaq bunun effektli olması üçün həmin mitinqə kifayət qədər insanın toplanması vacibdir. İkincisi, mitinqi təşkil edən bu yolla öz gücünü müəyyənləşdirmək istəyir ki, onun çağırışına nə qədər insan reaksiya verəcək. Üçüncüsü, mitinqi təşkil edən seçkidə daha çox səs toplamağı hədəfləyir. Buna baxmayaraq, mitinq partiya və hərəkatın müraciət etdiyi son mübarizə üsulu da olmamalıdır. Məsələn, Angela Merkel illərdir Almaniyanın kansleridir. Ancaq onun və partiyasının bu illərdə mitinq keçirdiyini xatırlamıram.

Nəticəsiz mitinqlər - sivil dünya etiraz formalarını dəyişir

Merkel qapalı zallarda çıxış edərək fikirlərini seçicilərinə çatdırır. Bu o demək deyil ki, Azərbaycanı Almaniya ilə müqayisə edirəm. Bəlkə də Azərbaycan müxalifətinin qapalı zallarda müzakirələr keçirməsinə şərait yaradılsaydı, mitinqlərə də ehtiyac qalmazdı. Şəxsi qənaətim odur ki, mitinqlərdənsə qapalı zallarda müzakirələr, dəyirmi masalar, müxtəlif mövzularda konfrans və seminarlar Azərbaycan üçün daha xeyirlidir. Çünki 1980-ci illərin sonlarından mitinqlərdə iştirak etmişəm və gəldiyim qənaət budur ki, bu mitinqlərin inkişafımıza xeyri olmayıb, daha çox itirmişik. İlk mitinqimiz erməni separatçılarının Şuşa ətrafında Topxana meşəsini qırması ilə bağlı idi, ardınca onlarla mitinq keçirildi. Nəticəsi nə oldu? Topxana meşəsi qalsın bir yana, 20 faiz ərazimizi itirdik.

Mitinqlərin daha bir təhlükəsi ondadır ki, həmin mitinqə müxtəlif narazı təbəqələrin elektoratları toplaşır. Bu o demək deyil ki, onlar hakimiyyətə gəlsələr yenə bir yerdə olacaqlar. Bir neçə yerə parçalanan Azərbaycan Xalq Cəbhəsi  gözümüzün qarşısındadır. Və ya martın 10-dakı mitinqdə Milli Şura ilə Müsavat Partiyası birgə mitinq keçirdilər. Bu iki qurum arasında ittifaq yoxdur, hətta Müsavat funksionerlərindən biri partiyada yüksək vəzifəsini ona görə itirdi ki, Milli Şura ilə əməkdaşlıq edirdi. Ona görə də bu iki qurumun birgə mitinq keçirməsi hələ o demək deyil ki, hədəfləri eynidir. Hakimiyyətdən narazı vətəndaşların sayı az olmaya bilər, ancaq onlar keçmişdə baş verənləri unutmayıblar, ona görə də bu insanlar mitinqə gedib-getməmək qərarında təmkinlidirlər. Və ya son zamanlar Milli Şuranın mitinqlərinə islamçı cərəyanların təmsilçiləri qatılırlar. Vətəndaş düşünür ki, axı sabah bu qüvvələr hakimiyyətə gəlsə, bir yerdə olmayacaqlar, nə olsun ki, indi birgə mitinq keçirirlər”.

Politoloq ölkəmizdə mitinqlər yolu ilə dəyişikliyin mümkünsüz olduğunu düşünür: "Azərbaycanda mitinq yolu ilə hakimiyyəti dəyişmək dövrü arxada qaldı. Əksinə, mitinq yolu ilə hakimiyyətin dəyişdirilməsi bu yolla hakimiyyətə gələnlərin özlərinə yaxşı heç nə vəd etmir. Vaxtilə milli qüvvələr mitinq və küçə yürüşləri vasitəsilə prezident Ayaz Mütəllibovu devirib hakimiyyətə gəldilər, ancaq daha sərt üsulla da özləri devrildilər. İstənilən inqilab əks-inqilab yaradır. Ancaq hakimiyyət də müxalifətə şərait yaratmalıdır ki, onlar inqilab haqqında düşünməsinlər, sözlərini parlamentdə, qapalı zallarda deyə bilsinlər. Bu, hamının xeyrinədir.

Mitinqlər azsaylı olsa da, hər halda, cəmiyyətin diqqətini çəkir. Ancaq bu diqqətin ömrü jəmi bir neçə gün olur. Mitinqi təşkil edənlərin səhvi ondadır ki, insanlara bir aksiya ilə talelərin həll olunacağını təlqin edir. Təəssüf ki, siyasi mübarizənin başqa forması da yaranıb: söyüş və təhqir. Xaricdən dövlət başçısını təhqir etmək necə yanlışdırsa, daxildə də Avropadan təhqirləri söyləyənlərin qohum-əqrəbasını polisə aparmaq daha böyük yanlışdır. Bunu edənlər iqtidara böyük zərbə vururlar, hələ fərqində deyillər”.

Politoloq digər bir məqama da diqqət çəkdi: "Milli Şuranın mitinq keçirməsi onun hüququdur. Ancaq bu hüquq başqalarının hüququnu aşağılamaq anlamına da gəlməməlidir. Məsələn, mitinqdən əvvəl mitinqə qatılmamaq qərarı verən REAL Hərəkatına qarşı sərt ifadələr işləndi. Demokratiya hər bir fərdə və hər bir təşkilata özgür qərar verməyi təlqin etmirmi? Mübarizə demokratiya uğrundadırsa, REAL-a edilən hücumların demokratiya ilə əlaqəsi yox idi. Əgər bir təşkilat mitinqə qatılmamaq barədə qərar veribsə, o, niyə aşağılanmalı və satqınlıqda ittiham olunmalıdır? Bunun nəyi demokratiya və fikir azadlığına hörmət oldu?

REAL rəhbərliyi bəyanat verib ki, hərəkatın üzvləri Milli Şuranın mitinqinə qatılıb-qatılmamaq qərarında sərbəstdirlər. Daha bundan artıq nə deməli idilər?

Və ya ”AĞ Partiya müxalifət deyil" fikri, sadəcə, ona əsaslanır ki, bu partiya Milli Şuradan fərqli olaraq seçkiləri boykot etməyib. Niyə etməlidir? Niyə müxalifət partiyaları və hərəkatları başqasının planı üzrə hərəkət etməlidir? AĞ Partiya yeni yaranmış partiyadır və özlərini seçkidə sınamaq istəyirlər. Bundan sadə nə ola bilər ki? Partiyanın elə əsas məramı müxtəlif seçkilərdə iştirak etməkdir. Azərbaycanda müxtəlif illərdəki prezident seçkilərindəki boykotun kimə nə xeyri oldu?"

Xəbər 2416 dəfə oxunub






Oxşar xəbərlər

Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.26957] initstartout [0.00017] initstartin [0.00071] calstart [0.00925] calend [0.00050] topnewsend [0.00416] rsssend [0.00000] ehgend [0.00598] tagsstart [0.00060] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.24817]