Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:56 - 14.12.2018  
Sərdar Cəlaloğlu İranda keçirdiyi görüşlərdən danışdı
Tarix: 16-02-2018, 08:47 | Bölmə: Xəbərlər » Siyasət

"Nə vaxtsa sizə qarşı ”İrana işləyir" kampaniyası aparılacağından narahat deyilsinizmi" sualına ADP sədri nə dedi?

Sərdar Cəlaloğlu İranda keçirdiyi görüşlərdən danışdıADP sədri Sərdar Cəlaloğlu İran səfəri ilə bağlı "Yeni Müsavat”a danışıb. S.Cəlaloğlu deyib ki, İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə Tehranda keçirilən tədbirlərə VİP sədri Əli Əliyev, özü və müavini Həsrət Rüstəmovdan başqa  Azərbaycandan heç kim olmayıb: "Biz İslam inqilabının ildönümü ilə bağlı təşkil olunmuş ümumi kütləvi tədbirləri xarici qonaqlar üçün yarılmış xüsusi tribunadan izlədik. İranda cəmi üç gün olduq. İki dövlət televiziyasında çıxış elədik. ”Səhər" telekanalının Azərbaycan dilində olan "Arena” və "Ay işığı” proqramında olduq. İran parlamentinin xarici işlər komissiyasının sədri, parlamentin sədr müavini ilə görüşümüz oldu. Geopolitik məsələlərlə, Azərbaycan-İran münasibətləri ilə bağlı ətraflı söhbət etdik. Sonra İranda fəaliyyət göstərən və namizədi ilə prezident seçkilərində iştirak eləmiş partiyaların rəhbərliyi ilə görüşdük. Onlar İslam ölkələrinin partiyalarının birliyini yaradıblar. O cümlədən Yeni Azərbaycan Partiyası da həmin birliyin üzvüdür. Bizi də o birliyə üzv olmağa dəvət elədilər. Çünki o birlik həm iqtidar, həm müxalifət partiyalarının birliyi kimi nəzərdə tutulub. Onlarla ətraflı söhbət elədik ki, partiyalar arasında əlaqələri necə qurmaq olar. Heydər Əliyev Azərbaycanda prezident olduğu vaxtlarda Qarabağın azad olunması istiqamətində fəaliyyət göstərmiş iki iranlı generalla görüşdük. Onlar Qarabağla bağlı İranın mövqeyini, bizə göstərdiyi yardımlarla bağlı ətraflı məlumat verdilər. İranın İraqda və bir neçə dövlətdə səfiri olmuş və bu dəqiqə də İran hakimiyyətinin siyasi məsləhtçilərindən olan Qumi ilə görüşdük. Sonra Məşhəddə olduq. Bütünlükdə üç gün ərzində mümkün olan ən sıx proqramla iştirak etdik".

ADP sədrinin fikrincə, İran öz siyasətini getdikcə dünyəvi siyasət istiqamətinə dəyişdirmək üçün cəhdlər edir: "Xüsusən İrandakı son hadisələrdən sonra bu ölkənin özündə də belə bir fikir var ki, İslami islahatların həyata keçirilməsinin vaxtı çatıb. Hətta dövlət rəhbərlərinin çağırışları da bunu sübut edir. Azərbaycanla münasibətlərin yüksək səviyyədə qurulmasında maraqlı olduqlarını ifadə elədilər”.

"İrandakı siyasi dairələri Azərbaycanda keçiriləcək prezident seçkisi ilə maraqlanırmı” sualına ADP sədri belə cavab verdi: "Ümumiyyətlə, görüşlərimizdə bizim üçün bir şey aydın oldu ki, Azərbaycan İran üçün iki mənada çox böyük əhəmiyyət daşıyır. Birincisi, qonşu dövlət kimi, tarixi, mədəni yaxınlığı olan bir dövlət kimi, ikincisi Rusiya ilə İran arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün Azərbaycana müstəsna rolu olan bir ölkə kimi baxırlar. Prezident seçkisi ilə bağlı, ümumiyyətlə, heç bir söhbət olmadı. Nə biz bu barədə fikir bildirdik, nə də onlar maraqlanmadılar”. 

"Nə vaxtsa sizə qarşı  ”İrana işləyir" kampaniyası aparıla biləcəyindən narahat deyilsinizmi" sualına müsahibimiz belə cavab verdi: "Əvvəla, ”Siyasi partiyalar haqqında" Qanuna görə, siyasi partiyaların xarici əlaqələr yaratmağı qadağan deyil. İkincisi, bizim kimi təşkilatların əlaqələri də BMT-nin qəbul etdiyi proqramlar çərçivəsində həyata keçirilir. Yəni beynəlxalq təcrübə baxımından da bizim hanısa xarici ölkə ilə əlaqələr qurmağımızda qanunsuz heç nə yoxdur. Mən gedib İranda və ya hansısa başqa xarici dövlətdə xalqımın maraqlarını açıq şəkildə ortaya qoyub müdafiə edirəmsə, burada pis heç nə yoxdur. Məsələn, biz orada dedik ki, Rusiya Qarabağ məsələsində bitərəf mövqe tutmayınca, Azərbaycan Rusiya ilə əməkdaşlığı inkişaf etdirsin. İrandan da Qarabağ məsələsində birmənalı olaraq ədalətli tərəfin-Azərbaycanın yanında olmasını istədiyimizi dedik. Bu, dövlətimizin xeyrinədir. İctimaiyyət qarşısında çıxış eləmişik, görüşlərimiz publik olub, keçirdiyimiz görüşlər, apardığımız müzakirələr barədə ətraflı məlumatları cəmiyyətlə bölüşürük. Bütün bunlara görə də heç kim bizə nə isə ittiham irəli sürə bilməz. İran əslində bizim üçün tam xarici dövlət deyil. Milli məsələlər baxımından yanaşanda azərbaycanlıların böyük çoxluğu İranın sərhədləri daxilində yaşayır.  Biz İrana acıq edib öz xalqımıza arxa çevirməli deyilik. Oradakı soydaşlarımızın da taleyi bizim taleyimizdir. Biz məcburuq ki, İranla mütləq şəkildə əlaqələr saxlayaq".

"Yeni Müsavat”

Xəbər 1063 dəfə oxunub






Oxşar xəbərlər

Eldar Əzizovun qardaşına yüksək vəzifə verildi
Xətainin icra başçısı vəzifədən çıxarılıb - DOSYESİ
Şaxta babalar əlbəyaxa oldular - VİDEO
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Qız qaçıran şəxsin şikayəti rədd edildi və həbsdə qaldı
Sülhəddin Əkbər Elçibəy hakimiyyətinin səhvlərindən danışdı
Prezident Fəxri xiyabanda: "Heydər Əliyevin vəfatının 15-ci ili"
Emin Ağalarovu xanımı belə təbrik etdi - FOTO
Bu il dünyasını dəyişən tanınmışlar (SİYAHI)
"Qarabağ" Londonda "Arsenal"ın qonağı olacaq
Asəf Məmmədovun intihar xəbəri yalan çıxdı
Çin İranla nüvə sazişinin saxlanmasının tərəfdarıdır
Ulduz falı: 13 dekabr
Model plastik əməliyyatlara 1 milyon xərcləyib
BDU-da anım mərasimi - Abel Məhərrəmov çağırılmadı
İbrahim Mehdiyev danışdı - “bu xəbərin əsası yoxdur”/ ÖZƏL
Tereza Mey Britaniyanın baş naziri vəzifəsində qalıb
Adi xörək duzu bu xəstəlikləri müalicə edir
Arif Əsgərovu ayağından asmaq çağırışı
Bakıda lüks butikdən oğurluq - VİDEO
Jirinovski artistləri tənqid edib: "Axı nə qədər olar?"
Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı (VİDEO)
Ermənistana gedən maşınlar yolda qalıb
Əli Həsənov: "Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq"
İlham Əliyev sərəncam imzaladı
Erməni politoloqun Elçibəylə bağlı bənzətməsinə sərt reaksiya
ABŞ kanadalı sabiq diplomatın Çində tutulmasından narahatdır
Qarabağ Komitəsini niyə “sıxırlar”?
Naxçıvanda şok - İşdən çıxarılan baş nazir müavini intihar etdi!
Mərhum Heydər Əliyevin vəfatından 15 il ötür
“Görüşənə qədər...” – Deputatdan Heydər Əliyev haqda təsirli yazı...
Ucarda bir ailə kömək istəyir - EVLƏRİ UÇUB
“Özümü dənizə atıb öldürmək istəmişəm” - Nazpəri Dostəliyeva
Bakıda "BMW" yandı - VİDEO
İşçilərin sayı artdı – Maaş 540 manata çatıb
Eldar Əzizov Atatürk parkını niyə “şumlayır”? - Açıqlama
“İnşaat Konstruksiyaları” MMC barədə CİNAYƏT İŞİ BAŞLANDI – Rəsmi
AVRO-2021-in seçmə mərhələsinin püşkü atılacaq
"iPhone"un Çində satışına qadağan qoyulub
Astarada qatar 28 yaşlı gənci vuraraq öldürüb
Köçəryanın vəkili azərbaycanca danışdı: “Bilmirəm”
Şabranda evdən 2900 manat oğurlanıb
Poroşenko Rusiya ilə dostluğu bitirdi - ŞOK
Mirismayıl Xələfli pedofildirmi? /Etiraf, İttiham və özünü təkzib + VİDEOSÜJET
Fransa etirazlarında Rusiya izi araşdırılır
"Onlar şərəfsizdirlər” - Ərdoğandan - VİDEO
PLAGİAT QALMAQALI: “Axı bu, oğurluqdur, fakt göz qabağındadır”
Qubada tələbə itkin düşüb
Göygöl SSİ-nin rəisinə cinayət işi açıla bilər
Avtomobillərdən oğurluq edənlər yaxalanıblar
Ramil Usubov polkovnik-leytenantı rəis təyin etdi
Ermənisayaq "demokratiya" şəraitində biabırçı seçkilər
Çanaqqalada ağır yol-nəqliyyat hadisəsi baş verib
“Həsir şlyapa" ləqəbli narkobaron xəstəxanadan qaçıb
Acunun Serenaya baxışları müzakirələrə səbəb oldu – Foto, Video
"Demokratik.Az" saytı Mətbuat Şurasını məhkəməyə verdi
MİLLİ MƏCLİS Parlamentin 100 illiyini niyə qısa andı? - VİDEO
“Sarı jiletlilər” dünyanı dəyişir - Rəqəmsal demokratiya?
Xoşbəxt Yusifzadədən iki əfsanəvi azərbaycanlı haqda ilginc açıqlamalar
Hüseyn Bağırov vəzifəsindən getmə səbəbini açıqladı
Ərdoğan Paris olayları haqda: "Bizim polisi qəddarlıqda suçlayanlar..."
“Koçak Gold” işində sensasion səsyazı var
Biabırçılıq - Bakıda iki oğlan restoranda öpüşdü - VİDEO
Bu döyüş dünyanı şoka salacaq - FOTOLAR
BƏD XƏBƏR: Yeni qiymət artımları gəlir - SİYAHI
Cəlilabadda yol qəzası baş verib, yaralılar var
Azərbaycanda yeni duz yataqları açılacaq
Samir Şərifovdan açıqlama - VİDEOMÜSAHİBƏ
"HOZU" ləqəbli baş redaktor Vahid Əhmədova NİYƏ daş atdı?
Əhəd Abıyev qəzaya düşdü: “Yalandı, onu yazan p… yeyir”

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11617] initstartout [0.00014] initstartin [0.00060] calstart [0.00799] calend [0.00047] topnewsend [0.00322] rsssend [0.00000] ehgend [0.01571] tagsstart [0.00052] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08748]