Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:47 - 21.05.2018  
Azərbaycan erməni saxtakarlığını BMT-də ifşa edir
Tarix: 13-02-2018, 21:54 | Bölmə: Xəbərlər » Siyasət

Azərbaycan erməni saxtakarlığını BMT-də ifşa edir

BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi - Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin təşkilatın baş katibi Antonio Quterreşin adına məktubu dərc olunub.

Məktubda Ermənistan prezidenti Serj Sarkisyanın 2018-ci il yanvarın 24-də Avropa Şurası Parlament Assambleyasının tribunasından səsləndirdiyi saxta fikirlər əsaslı şəkildə ifşa olunur. Azərbaycanın daimi nümayəndəsi qeyd edir ki, Ermənistan tarixi hadisələrin yalançı versiyaları və uydurma hüquqi dəlillərdən istifadə edərək, Azərbaycana və onun xalqına qarşı öz təcavüzkar siyasətini və törətdiyi cinayətləri ört-basdır etmək üçün bir daha beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.

Tarixi aspektlərə gəldikdə isə məktubda xatırladılır ki, ermənilərin Dağlıq Qarabağ regionuna və ümumilikdə Cənubi Qafqaza köçürülməsi XIX əsrdə - o zaman çarizmin mövcud demoqrafik vəziyyətin və ərazi strukturunun dəyişdirilməsinə yönəlmiş müstəmləkəçilik siyasəti çərçivəsində başlayıb. Qeyd olunur ki, 1978-ci ildə Azərbaycanın Dağlıq Qarabağ regionunda məskunlaşmanın 150-ci ildönümü münasibətilə ermənilər "Marağa-150” abidəsi ucaldıb. Lakin 1988-ci ildə, Ermənistanın Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları irəli sürməsindən dərhal sonra onlar bu abidəni məhv ediblər.

Vurğulanır ki, zorla qəbul etdirilmiş demoqrafik dəyişikliklər regionda kütləvi qətliamlar və azərbaycanlı əhalinin deportasiyası ilə müşayiət olunan uzunmüddətli qeyri-sabitlik, gərginlik və münaqişələr üçün zəmin yaradıb. Məlumat verilir ki, 1905-ci və 1918-ci illərin hərbi əməliyyatları minlərlə insanın həyatına son qoyub, 31 mart tarixi isə 1918-ci ildə ermənilərin qətlə yetirdiyi minlərlə dinc insanın xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycanda Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Məktubda Ermənistan prezidentinin sovet dövründə guya Bakının Dağlıq Qarabağda erməni əhalisinin azaldılması istiqamətində məqsədyönlü siyasəti ilə bağlı söylədiklərinə də diqqət yönəldilir. Qeyd olunur ki, Ermənistanın özündə əhalinin sayının labüd olaraq azalması faktı üzərindən sükutla keçilir. Belə ki, Ermənistan Milli Statistika Xidmətinin 2017-ci ilə dair hesabatına görə, Ermənistan əhalisinin sayı 1993-cü ildəki 3 514 900 nəfərdən 2017-ci ildə 2 986 100 nəfərədək azalıb.

Erməni tərəfinin Sumqayıt hadisələri haqqında növbəti iftirasına cavab olaraq qeyd edilir ki, Azərbaycanın müxtəlif yerlərində etnik zəmində baş vermiş iğtişaşlar Ermənistanın qeyri-qanuni qəsbkarlıq cəhdlərinin və bu cəhdlərin zorakı yollarla həyata keçirilməsinin ört-basdır edilməsi məqsədilə erməni ideoloqları və ekstremist təşkilatları tərəfindən planlaşdırılıb və həyata keçirilib. Xatırladılır ki, Sumqayıtda iğtişaşlar zamanı zorakılıq aktlarının əsas təşkilatçısı və iştirakçısı törətdiyi cinayətlərə görə uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş erməni Eduard Qriqoryan olub.

Məktubda Serj Sarkisyanın əvvəllər verdiyi müsahibədə Xocalı soyqırımı haqqında sözləri də misal gətirilir. Bu sözlər öz-özlüyündə erməni tərəfinin bu şəhərdə və Azərbaycanın digər işğal olunmuş ərazilərində törətdiyi cinayətlərin məsuliyyətini hər hansı şəkildə inkar etməsi ehtimalını istisna edir.

Həmçinin 2016-cı ilin aprelində cəbhə xəttində baş verənlər haqqında erməni versiyası tam təkzib olunur: "Əsl həqiqətdə, o zaman baş verənlər ermənilərin Azərbaycana qarşı güc vasitələrindən istifadə edilməsi və onun ərazilərinin işğalı siyasətinin birbaşa nəticəsi və davamıdır”, - deyə məktubda qeyd olunur.

Bundan başqa, erməni tərəfinin insan haqları və öz müqəddəratını təyinetmə mövzularında spekulyasiyaları da qətiyyətlə rədd edilir. Xatırladılır ki, beynəlxalq ictimaiyyət dəfələrlə Ermənistan rəhbərliyinin Azərbaycana və başqa qonşu dövlətlərə qarşı mənfur irqi üstünlük, etnik və dini ziddiyyət və nifrət ideyalarının açıq təbliğatı, Ermənistanda hökm sürən dözümsüzlük və aparılan diskriminasiya siyasəti və praktikası ilə bağlı hiddətini ifadə edib.

Həmçinin vurğulanır ki, Ermənistan xalqların öz müqəddəratını təyin etməsi hüququ prinsiplərini təhrif olunmuş və yanlış şəkildə yozur. Əslində Yerevanın siyasəti BMT-nin Nizamnaməsində, 1975-ci il Helsinki Yekun Aktında və digər beynəlxalq sənədlərdə təsbit olunmuş öz müqəddəratını təyinetmə hüququ ilə heç cür bir araya sığmır. Ermənistanın "öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi” adlandırdığı hərəkətlər BMT Təhlükəsizlik Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən birmənalı olaraq qanunsuz güc tətbiqi və digər ciddi cinayətlər törədilməsi kimi qiymətləndirilib.

Sonda qeyd edilir ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrinə uyğun olaraq aparılan hazırki sülh prosesinin əsas məqsədi erməni silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasının təmin edilməsi və zorla köçürülmüş əhalinin öz torpaqlarına qaytarılması hüququnun təmin olunmasıdır./ Azərtac/

 

Demokratik.Az

Xəbər 439 dəfə oxunub






Oxşar xəbərlər

Gəncədə seyfdən 31 min manatlıq qızıl oğurlanıb
"Fənərbağça"nın baş məşqçisi istefa verdi
İnam Kərimov sabiq bankirə “Aqrolizinq”də yüksək vəzifə verdi
Yəməndə İŞİD komandiri həbs edilib
Metro istifadəçilərinə şad xəbər
“MTN işçisi” polisi şantaj etdi və… – Təfərrüat
Moskvada Azərbaycanlı biznesmen həbs edildi
Azərbaycan Cumhuriyyətinin 100 illiyi İllinoisdə qeyd edildi
Azərbaycan ordusu möhtəşəm hərbi parada hazırlaşır
Paşinyanın siyasi ömrü sürətlə bitə bilər
Tramp ABŞ-a ilk kimi çağıracaq - İlham Əliyevi yoxsa Paşinyanı?
QOROSKOP – 21 may
Naftalanın yeni icra başçısı kimin oğludur?
QALATASARAY Türkiyə çempionu oldu
Gəncədə iki yük avtomobili yandı
Saxta əlilliklə bağlı araşdırmalar başladı – həbslər gözlənilir
ŞOK: - Ərdoğana sui-qəsd planlaşdırılıb
Tramp həyat yoldaşının adını səhv yazıb
ULDUZ FALINIZ – 20 may
Sabah 33139 abituriyenti imtahan verəcək
Donbasda NATO-nun üç hərbçisi öldü
Nəsimi Paşayev istefa verdi
Alpinist Babur Hüseynov Astarada dəfn olunub
Xaləddin İsgəndərov işdən çıxarıldı
Ramazan ayında cinsi münasibət necə tənzimlənməlidir? - QAYDALAR
Azərbaycan nümayəndə heyəti Ankarada görüşlər keçirir
İsmayıllıya yağan dolu fəsadlar törədib
Hindistanda körpü uçdu, ölənlər var - FOTOLAR
Mahmud Abbas xəstəxanaya yerləşdirildi
Ermənilər Xocalıda şadlıq evi tikir
"Sağlam ailəmi sənə borcluyam..." - Röya
“Saakaşvili Tiflisə qiyamla qayıdır” - Gürcüstan çalxalanır
Putinlə və Paşinyan Soçidə görüşəcək
Qubada xalça oğrusu tutuldu
Düşmən mövqelərimizi atəşə tutdu
“7 rayon təklifi” güzəşt deyil: Nikolun mövqeyi isə... – Ekspert
Tiflisdə əhali küçələrdə: böyük əməliyyat - Foto
Fazil Məmmədov AGF-dən ayrıldı
12 may - ULDUZ FALI
Rövşən Lənkəranskinin “qardaşı”nın neft milyonları müsadirə edildi
"ELDARGEYT" generalları nə vaxt rütbədən məhrum ediləcək?
"Real" Levandovskinin transferindən imtina etdi
Şəmkirdə balıq istehsalı və emalı müəssisəsi yaradılır
Şirməmməd Hüseynovun qızına yüksək vəzifə verildi - SƏRƏNCAM
Ermənilər “Komsomolski pravda”nın redaksiyasına hücum edib
ABŞ-ın İran sanksiyaları bizə qazanc gətirir (açıqlama)
Bakıda zavod işçiləri aksiya keçirdi: – VİDEO
Ziya Məmmədov HİCRƏT edəcək?!
Kürəkən onunla sevişmək istəyən qayınanasını boğaraq öldürüb
Prezident Bakıda otel açılışında iştirak edib
Ebru Gündeş 200 min dollar xərclədi
Ayaz Mütəllibovun sabiq mətbuat katibi şikayətini geri çəkdi
“Qaqaş” ləqəbli narkotacir tutuldu – FOTO
“AZAL-ın borcu 1 milyarda çatıb” - RƏHBƏRİNİN AİLƏ BİZNESİ İSƏ ÇİÇƏKLƏNİR!
“Üçüncü dünya müharibəsi olmayacaq.”–Bəşər Əsəd
“Mən o dəhşətli günləri yaxşı xatırlayıram…” – İlham Əliyev
Lalə Məmmədova: “Həmkarlarımın intim videolarını …”
MM Heydər Əliyevin 95 illiyi ilə bağlı xüsusi iclas keçirdi
Gömrükçü general ev dustağı edildi – şok gəlişmə
Bürc nə deyir? – 11 may
Mehriban Əliyeva 3 nəfəri təltif edib
Nigeriyalı diplomat Sudanda öldürüldü
Aslan İsmayılov Eldar Əzizovu təhqir etdi - "ailəsinə sahib durmağa ağlı çatmayan"..
Məşhur alimin evtanaziya ilə ölümü - 104 YAŞINDA
XİN rəsmisi Paşinyana CAVAB verdi
Pensiya məbləğinin hesablanmasındakı nöqsanlar olub
Əli Əhmədov və Hadı Rəcəbli toyda rəqs etdi - VİDEO
Paşinyan diqtə etdi - 2 məmur işdən getdi
DTX-nın tutduğu baş redaktor məhkəmə zalından azadlığa buraxıldı - Hökm
Vladimir Putin: “Heydər Əliyev əsl lider olub”

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10367] initstartout [0.00012] initstartin [0.00056] calstart [0.00744] calend [0.00041] topnewsend [0.00253] rsssend [0.00000] ehgend [0.00508] tagsstart [0.00046] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.08703]