Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

06:49 - 23.11.2019  
Prezidentin son fərmanları 600 min nəfəri sevindirdi
Tarix: 17-04-2019, 09:40 | Bölmə: Xəbərlər » Sərəncamlar

Sosial müavinət və təqaüdlərin verilməsinə yönələn illik vəsait 2 dəfə artırılacaq

Prezident İlham Əliyev aprelin 15-də  bir sıra kateqoriyalardan olan vətəndaşlara sosial müavinətlərin və Prezident təqaüdlərinin artırılmasına dair fərman və sərəncamlara dəyişiklik edib.

Prezidentin son fərmanları 600 min nəfəri sevindirdiBelə ki, "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” prezidentin 2013-cü il tarixli fərmanında dəyişiklik edilməsinə dair fərmana əsasən aprelin 1-dən əlillik "ümumi xəstəlik”, "hərbi xidmət dövründə xəstələnmə”, "əmək zədəsi və peşə xəstəliyi”, "hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar”,  "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və "1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar”, "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya "hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən baş verdikdə aylıq müavinətin məbləği I dərəcə əlilliyi olan şəxslər üçün 150 manata, II dərəcə əlilliyi olan şəxslər üçün 130 manata, III dərəcə əlilliyi olan şəxslər üçün 110 manata, uşağın anadan olmasına görə birdəfəlik müavinət isə 200 manata çatdırılır.

Bundan əlavə, aylıq müavinətin məbləği yaşa görə müavinət alanlar üçün 130 manat, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 150 manat, ailə başçısını itirməyə görə 80 manat (hər nəfər üçün), müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqları üçün 100 manat (hər uşaq üçün), valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları üçün (himayəçilərinə) müavinət 100 manat, dəfn üçün birdəfəlik müavinət 300 manat müəyyən olunub. Fərmanda 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanın müvafiq yarımbəndindəki "müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş” sözlərinin "müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilməsi tapşırılır.

İmzalanan digər bir fərmanla isə beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği 55 manata (hər uşaq üçün) çatdırılır.

15 aprel 2019-cu il tarixdə imzalanan daha bir fərmanla "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli fərmanda "Müharibə əlillərinə” sözlərinin "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə” sözləri, "əlil olan” sözlərinin "əlilliyi müəyyən olunmuş” sözləri ilə əvəz edilməsi tapşırılır. Habelə qeyd olunan 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli fərmanın aid olduğu şəxslərin (Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin) sırasına 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər də daxil edilir. Beləliklə, prezidentin aylıq təqaüdü fərmanın əhatə etdiyi kateqoriyalardan olan I dərəcə əlilliyi olan şəxslərə  250 manat, II dərəcə əlilliyi olan şəxslərə - 230 manat, III dərəcə əlilliyi olan şəxslərə - 210 manat müəyyən olunur.

Dövlət başçısının imzaladığı digər bir fərman isə ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I qrup əlilliyi olan şəxslərə (əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası almasından asılı olmayaraq) prezidentin aylıq təqaüdü kimi 100 manat təqaüdün verilməsini nəzərdə tutur. Beləliklə, bu  fərman bir tərəfdən həmin kateqoriyalardan olan I qrup əlilliyi olan şəxslərə prezidentin aylıq təqaüdünün artırılaraq 100 manata çatdırılmasını, digər tərəfdən, həmin təqaüdün əmək pensiyası alan I qrup əlilliyi olan şəxslərə də ödənilməsini (bu vaxta qədər yalnız aylıq sosial müavinət alan I qrup əlilliyi olan şəxslərə ödənilirdi) təmin edir.

Prezidentin 15 apreldə imzaladığı digər fərmanında isə I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Prezident təqaüdünün təsis edilməsi və onun aylıq məbləğinin 50 manat müəyyən olunması nəzərdə tutulur. Bu fərmanda həmin təqaüdün 2019-cu il aprelin 1-dək I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə "Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulmuş qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə və təqaüdü almaq hüququ olan şəxslərdən yalnız birinə ödənildiyi qeyd olunur.

Prezidentin son fərmanları 600 min nəfəri sevindirdi

 

"Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında" 15 aprel 2019-cu il tarixli fərmanda isə müharibə veteranlarına prezidentin aylıq 80 manat məbləğində təqaüdünün  təsis olunması tapşırılır. Fərmanda qeyd olunur ki, bu təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir.

İ.Əliyevin aprelin 15-də imzaladığı daha bir sənədlə - 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə” medalı, "Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə prezidentin aylıq təqaüdünün məbləği 150 manata çatdırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Yeni Müsavat”a verilən məlumata görə, imzalanan sərəncam və fərmanlar 600 minədək şəxsin (o cümlədən 300 min əlilliyi olan şəxsin) sosial müavinətlərinin, prezidentin aylıq təqaüdlərinin ciddi şəkildə artırılmasını, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün prezidentin aylıq təqaüdlərinin təsis olunması ilə sosial təminat sisteminin əhatə dairəsinin daha da genişlənməsini nəzərdə tutur: "Qeyd olunan məqsədlər üçün əlavə olaraq illik 400 milyon manat ayrılmaqla,  sosial müavinət və təqaüdlərin verilməsinə yönələn illik vəsait 2 dəfə artırılacaq”.

İqtisadiyyat şöbəsi,
"Yeni Müsavat”

Xəbər 1428 dəfə oxunub






Oxşar xəbərlər

"Qarabağ" "Sumqayıt"a məğlub olub
Leyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib
Argentina 17 "siyasi" səfirini geri çağırır
“Qalatasaray” evdə “Başakşəhər”ə məğlub olub
Azərbaycan UNESKO-nun iki köməkçi orqanına üzv seçilib
Putin Mehriban Əliyevanı "Dostluq" ordeni ilə təltif edib - Foto
Göygöldə kişi meyiti tapılıb
“HYUNDAI” servis müştərisini aldadıb - Şikayət (FOTO+VİDEO)
Kəlbəcərin icra başçısı prezidenti aldadıb?! - NATAMAM DOSYE
Polşada erməni təxribatının qarşısı alındı
Azərbaycan AYİB-in donor ölkələr icmasına qoşulub
Yeni icra başçısı iki məmuru işdən çıxardı
Aygün Kazımovanın qardaşı azadlığa çıxdı
Rus səfirdən biabırçı Njde açıqlaması: “O, bizim...”
Əfv Komissiyasında yeni sədr - Ramiz Mehdiyevi kim əvəzləyəcək?
Əziz Əzizov “Korrupsiyaya qarşı mübarizə” qanununu pozub - Açıqlama
Bələdiyyə sədri qandallandı
Ata Abdullayevin Milan şousuna sərt reaksiyalar
Bakıda oğru marketin 2 işçisini bıçaqlayıb
“Hakimiyyəti populistlərə güzəştə getdim” - Sarkisyan
Türkiyənin məşhur aktrisaları Bakıya gəlir
Varlı rektorun kasıb həvəsləri: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?
Ata Abdullayevə diplomatik pasportu kim verib? – QALMAQAL
Azərbaycanda Ombudsman dəyişir: Üç namizəd var
Dəməşq aeroportunda iranlıların qərargahı darmadağın edildi
Ayaz Mütəllibov Paşinyana sərt cavab verdi
Mehriban Əliyeva Putinlə görüşəcək
“Bu adamlar “söyüş kampaniyası” fonunda öz varlıqlarını...” - QULU MƏHƏRRƏMLİ
İcra başçısı özünə 250 minlik “Rang Rover” aldı
Zatulin: "Ancaq 5 rayon qaytarıla bilər, Qarabağı unudun"
Bakıda gəlin maşını yandı - VİDEO
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
Aralıq qiymətləndirmə davam edir
Prokuror naxçıvanlı iş adamını güllələyən "Hozu"ya cəza istədi
Prezident iki icra başçısının yerlərini dəyişdi
ADAU qarışdı! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi - NİYƏSİ
"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.33192] initstartout [0.00017] initstartin [0.00069] calstart [0.00908] calend [0.00052] topnewsend [0.00567] rsssend [0.00000] ehgend [0.03815] tagsstart [0.00091] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.27667]