Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:36 - 23.05.2019  
Gəncədə üçüncü “E” – İkinci şəhərin Birinci adamı
Tarix: 18-02-2017, 14:13 | Bölmə: Xəbərlər » Ölkə içi

ELMAR VƏLİYEVLƏ YENİLƏŞƏN 6 İLLİK GƏNCƏ MODELİ

Gəncədə üçüncü “E” – İkinci şəhərin Birinci adamıSon illər prezident cənab İlham Əliyevin şəxsi siyasi iradəsi, xüsusi diqqət və qayğısı ilə ölkənin iqtisadi-sosial inkişafı Gəncədən də yan keçməyib. Azərbaycanın ikinci iri şəhəri olan dahi şeyx Nizami yurdunun təkcə Avropa çapında deyil, həm də dünyəvi şəhər səviyyəsinədək yüksəldilməsi prosesi gedir. Hakimiyyətin ən ali ranqlı, yüksək səlahiyyətli çinovnikləri – nazirlər və komitə sədrləri də prosesdə yaxından iştirak edərək, möhtərəm prezidentimizin Gəncəyə dair zəruri dövlət siyasətinin icrasına həssaslıqla yanaşırlar. Hamı Gəncənin hərtərəfli inkişafına səfərbər olub. Bəs, bu məqamda 2011-ci ilin fevralından Gəncəyə başçılıq edən Elmar Vəliyev ölkə başçısının etimadını doğruldubmu?  Sizcə, "dinamik sürətli” Elmar Vəliyev yeniləşən Gəncədə ona həvalə olunan işlərin öhdəsindən layiqincə gəlibmi? Bu sualın cavabını oxucuların ixtiyarına veririk.

Elmar Vəliyevin tarixi şansı – bəs nəticə? 

Gəncədə üçüncü “E” – İkinci şəhərin Birinci adamı
Bu gün E.Vəliyevin Gəncə İHB başçısı təyinatının 6 ili tamam olur. Elmar Vəliyevin Gəncəyə başçı təyinatı elə bir dönəmə, məqama təsadüf edib ki, Azərbaycanın ikinci böyük şəhərinə Avropanın da diqqəti xeyli artıb. Bu,  icra başçısının karyerasında hələlik əldə etdiyi ən parlaq şansıdır. Avropa və Asiya arasında tarixi-coğrafi önəm daşıyan Gəncənin son illərdə
"Avropa Gənclər Paytaxtı” adına sahiblənməsi kimi nailiyyət də təsadüfdən baş verməyib. Bilməyənlərin bunu bilməsi lazımdır. Elmar Vəliyevin üzərinə ağır məsuliyyət düşüb. O prezidentin tarixi etimadını doğrultmağa, Gəncədəki  missiyasını dövlətçilik və ümummilli maraqlara uyğun qurmağa mükəlləf olub. Bəs o bunu geridə buraxdığımız 6 ildə bacarıbmı? Bacarıbsa nə dərəcədə, hansı ampulada? Bu sualların cavabını birmənalı vermək olmaz. Amma məsələnin görünən tərəflərinə nəzər salacağıq.

Gəncədə üçüncü "E”-zərurətin təsadüfü

Tarixi inqilabların beşiyi olan, Azərbaycanın milli ruhunu daim özündə yaşadan Gəncə şəhəri müstəqillikdən bəri adının ilk hərfi "E” ilə başlayan ardıcıl üçüncü icra başçısının – Elmar Vəliyevin idarəçiliyinə şahidlik etməkdədir. Diqqətçəkən odur ki, sonuncu öncəki sələfləri birinci "E”-Eyvaz Babayevdən və ikinci”E”-Eldar Əzizovdan zövqünə, abadlıq-quruculuq bacarığına görə xeyli fərqlənir. Dinamikası bəlkə də əvəzolunmazdır. Amma ətrafında yaratdığı səs-küy, fırtına, qalmaqallar və vahiməsi də müqayisə olunmazdır. Xüsusilə vurğulayaq ki, Gəncəyə təyin olunan böyük ”E”-lərin belə bir ardıcıllığı, zərurətin təsadüfü olub.

Gəncədə üçüncü “E” – İkinci şəhərin Birinci adamı

 

"Qaçılmaz müqayisə:-Eldar Əzizov yoxsa Elmar Vəliyev"?

 

2003-2011-ci illərdə və 2011-ci ildən bu vaxtadək Gəncə şəhər İcra hakimiyyətinin başçısı olmuş bu iki şəxsin fəaliyyətini müqayisə edəndə maraqlı nüanslar ortaya çıxır.

Gəncədə bu gün özəl sektorda fəaliyyət göstərən, şəxsi investisiyalarla inşa edilmiş binaların və biznes obyektlərinin(yaşayış binaları, dükanlar, şadlıq sarayları və s.) az qala 90%-nin tikilməsi və yaxud təməl qoyulması Eldar Əzizovun dövrünə təsadüf edib.

Elmar Vəliyevin dövründə reallaşmış böyük layihələrin 90% isə ya birbaşa, yaxud da dolayısı ilə dövlət investisiyaları hesabına həyata keçirilib.

Ötən son 6 ildə"Regionların İnkişafı"" Dövlət Proqramı çərçıvəsində hər il stabil olaraq Gəncədə gerçəkləşən həcmli layihələrə dövlət büdcəsindən, yaxud da Prezidentin Ehtiyyat Fondundan on milyonlarla manat ayrıldığının şahidi oluruq.

Bəs görəsən hansı səbəblərdən Elmar Vəliyevin dövründə Gəncəyə özəl investisiyaların qoyuluşu demək olar tam ölüb?

Bunun başlıca səbəbləri kimi sözsüz ki, Elmar Vəliyevin öz fəaliyyəti ərzində sahibkarlara və iş adamlarına qarşı törətdiyi çoxsaylı qanunsuzluqları və özbaşınalıqları göstərmək olar.
Elmar Vəliyevin
6illik fəaliyyəti sayəsində bu gün iş adamlarının Gəncə şəhərində öz investisiyalarının təhlükəsizliyinə, əmlaklarının və biznesinin toxunulmazlığına heç bir güvəni qalmayıb.

Çünki, Elmar Vəliyev kefinə düşdüyü vaxt, gözünə "əyri dəyən", xoşuna gəlmədiyi istənilən obyekti ya ekskavatorun qabağına verib uçura bilər, yaxud da uçurmaqla, bağlamaqla hədələyib sahibkarı qorxudabilər. Beləcə 6  illik təcrübə göstərir ki, Gəncədə heç nə sahibkarın obyektinin sökülməyindən sığortalamır.

Görünür ki, bu səbəblərdən də neçə illərdir sahibkarlar Gəncədə iri layihəyə sərmayə qoymaqdan vaz keçməli olurlar və sonucda da əhali yeni iş yerlərindən, dövlət isə gəlirdən qalır...

 

Xatırlayırsınızsa, televiziya kanallarından birində digər bölgələrlə yanaşı Gəncə şəhər İcra Hakimiyyətinə də tamamilə haqlı olaraq iradlar tutulub və fəaliyyəti tənqid olunub. Söhbət şəhərin büdcə asılılığından gedirdi. Həqiqətən, necə olur ki, əhalisi cəmi 10 min nəfər olan Naftalan rayonu özü öz xərclərini tamamilə ödəyə bilir, amma ölkənin ikinci şəhəri sayılan, onlarla sənaye müəssisəsinin işlədiyi bəyan edilən, 400 min əhalisi olan Gəncə şəhəri dayanmadan paytaxtdan – büdcədən pul "dilənir"?
Halbuki Gəncənin özündə qanuni ödəmələrdən başqa, bütün iş adamlarından, müəssisə və idarə rəhbərlərindən, hətta büdcə işcilərindən belə mütəmadi olaraq "abadlıq-quruculuq işləri" adı altında qeyri-qanuni pullar toplanır. Sənəd üzərində könüllülük önə sürülməklə maaşlardan azfaizli də olsa tutulmalar aparılır. Onların aqibəti haqda da heç kimdə bir məlumat yoxdur. Hələ sərəncam əsasında hektarlarla satılmış torpaq sahələrindən "qazanlmış" milyonlar haqda heç danışmayaq...

 

Hərçənd ki, Gəncədə normal yanaşma mövcud olsaydı, bu neçə ildə normal biznes mühiti yaradılsaydı və investisiyaların təhlükəsizliyi təmin olunsaydı, ölkənin özündən də, xaricdən də on milyonlarla sərmaye cəlb etməklə neçə min insanı işlə təmin etmək və şəhər büdcəsini lazım olan vəsaitlərlə doldurmaq olardı... 
Ancaq Elmar Vəliyevin "parlaq" fəaliyyəti nəticəsində Gəncə bu fürsətləri hələlik əldən verdi.

Bu gün neftin qiymətinin dünya bazarında kəskin düşdüyü bir vaxtda, dövlət büdcəsinin real kəsirləri yarandığı bir dövrdə Gəncədə hökm sürən acınacaqlı mühit çox böyük problemərə yol aça bilər. Təbbi ki, yazdıqlarımız Elmar Vəliyevə qərəzdən irəli gəlmir, sadəcə bir həyəcan təbilidir. Çıxış yolu təbbi ki, var. Buna görə, dərhal Gəncədə biznes mühitinin sağlamlaşdırılmalıdır və iş adamlarının yerli hakimiyyət nümayəndələrinə itmiş etibarı sürətlə bərpa olunmalıdır.

Yoxsa, bol büdcə pullarının dayanmadan daxil olmasına öyrəşmış, yerli sahibkarların və əhalinin etibarını tam olaraq itirmiş Elmar Vəliyevlə qarşıda bizi gözləyən iqtisadi-sosial çətinliklərdən yaxa qurtarmaq mümkün olmayacaq. Elmar Vəliyev bu barədə düşünməlidir!

YALAN VƏDLƏR KRALI - ELMAR VƏLİYEV.
Gəncədə üçüncü “E” – İkinci şəhərin Birinci adamıAzərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli sərəncamına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Elmar Vəliyev ölkə başcısının və gəncəlilərin qarşısında ona göstərilən etimadı doğruldacağına dair söz versə də bu müddət ərzində şəhər əhalisinə verilən vədlər və hələ də icrasına başlamayan layihələr vəziyyətin heç də ürəkaçan olmadığını göstərir. 
Mütəmadi olaraq müxtəlif saytlarda piar olunan "Gəncədə filan layihə başlayır”, "Gəncədə filan zavod açılır”, "Gəncədə filan qədər iş yerləri açılır” başlığı altında xəbərlər tirajlansa da, əslində reallıq bundan ibarətdir ki, Elmar Vəliyevin yarıtmaz fəaliyyəti nəticəsində Gəncə iri sənaye şəhərindən ən iri işsizlik şəhərinə çevrilib!
"Demokratik
..Az” yalan xəbərlərin və vədlərin kiçik bir hissəsini sizlərə təqdim edir:
"GƏNCƏDƏ TRAMVAY OLACAQ"

– 2013 il noyabrın 20-də Gəncə şəhər İcra Hakimiyyəti ilə bu şəhərdə tramvay yolunu inşa edəcək Fransanın «Newtl» şirkəti arasında memorandum imzalanıb. 
Daha sonra xaric şirkətin iştirakı ilə layihənin təmtəraqlı təqdimatı keçirilib.
Lakin o gündən bu günə qədər həmin layihədən heç bir xəbər yoxdur.
"GƏNCƏDƏ YENİ VAQON İSTEHSALI ZAVODU TİKİLƏCƏK"

– 2014 - Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2014-cü ilin ikinci yarısının hesabat yığıncağında bildirmişdi ki, Gəncədə 400-dən çox adamın işləyəcəyi zavod tikiləcək. Həmçinin qeyd edib ki, zavodun tikintisi üçün Gəncə Dəmiryol Vağzalı yaxınlığında yer ayrıldığını da bildirmişdi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə şəhərində "Stadler” vaqon istehsalı zavodunun təməlqoyma mərasimində də iştirak ediblər.
Bildirilib ki, İsveçrənin "Stadler Rail Group” şirkəti ilə Azərbaycanın "Railway İnternational Distribution” MMC arasında Gəncədə vaqon istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında müqavilə imzalanıb. 
Müqavilənin şərtlərinə əsasən Azərbaycanın Gəncə şəhərində ilkin olaraq ildə 60 vaqon istehsal gücünə malik zavod inşa ediləcək.
Mətbuatda kifayət qədər piar olunan bu xəbər də digərləri kimi yalan vədlərdən başqa bir şey deyildi. 
2017-cı il olmasına baxmayaraq bu istiqamətdə bu günə kimi heç bir iş görülməyib, daş daş üstünə qoyulmayıb.
"GƏNCƏDƏ 5 ZAVOD TİKİLƏCƏK"

 – 2014-cü il may ayının 30-da Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mətbuata verdiyi açıqlamada bildirmişdir ki, Yaponiyadan olan mütəxəssislərin iştirakı ilə yeni yaradılacaq zavodlar bir-biri ilə əlaqəli işləyəcək və məhsul əvvəldən axıra kimi heç bir yerə getmədən Gəncədə olan müəssisələrdə hazırlanacaq. Zavodlarda 13 minə yaxın insan işlə təmin ediləcək. Lakin icra başçısının bu vədi də digər vədləri kimi "yalan vədlər” sırasına əlavə olunub. 
Bu günə qədər bu istiqamətdə heç bir iş görülməyib.
Nə Yaponiyadan gələn mütəxəssislər işə başlayıb, nə də ki, zavod fabriklərdən əsər əlamət var.
"GƏNCƏ STADİONU ƏN MÜASİR SƏVİYYƏDƏ YENİDƏN İNŞA OLUNACAQ”

-Gəlişinin ilk aylarında Azərbaycan Dövlət Aqrar Universitetində görüşündə şəhər stadionunun təməlli olaraq yenidən tikiləcəyinə - inşaasına vəd verib, amma bu vədi də quru söz kimi yadda qalıb.

"YAŞIL TEATRIN YERİNDƏ NİZAMİ MƏRKƏZİ"

-"Xan Bağı” İstirahət parkına bitişik, vaxtilə "Yaşıl Teatr” kimi tanınan yer indi zibilliyə döndərilib. Elmar Vəliyev deyirdi ki, bura "NİZAMİ MƏRKƏZİ” olacaq - bu da olmadı…

"GƏNCƏDƏ OLİMPİYA PARKI TİKİLƏCƏK."
-21 yanvar 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncədə Olimpiya Parkının təməlqoyma mərasimində iştirak edərək Gəncə Olimpiya Parkının təməlini qoydu. 
Dövlət başçısına məlumat verildi ki, Gəncə Olimpiya Parkı böyüklüyünə və xidmət səviyyəsinin müxtəlifliyinə görə MDB məkanında yeganə belə idman obyekti olacaqdır. Burada idmanın bütün növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılacaqdır. Olimpiya Parkı son illərdə sürətlə inkişaf edən Gəncənin ümumi görünüşünə əlavə yaraşıq verəcəkdir.
Lakin təməlqoyma mərasimindən artıq iki il keçməsinə baxmayaraq, ərazidə heç cüzi bir iş də aparılmayıb. Hərçənd əldə etdiyimiz məlumata görə Elmar Vəliyev bu layihəni şəhərin öz daxili gücü hesabına ediləcəyini söz vermişdi.
Beləliklə tam əinliklə söyləmək olar ki Elmar Vəiyevin "Gəncə Olimpiya Parkı" get gedə Ostap Benderin "Nyu-Vasyuki"sini xatırladır.
"GƏNCƏDƏ YENİ TEATR BİNASI TİKİLƏCƏK"

 – 26 may 2014-ci ildə Vaqif Şərifovun 70 illik yubileyinə həsr edilmiş tədbir zamanı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mətbuata açıqlamasında bildirmişdir ki, bu yaxınlarda Gəncə şəhərində Dramatik teatr üçün yeni bina tikiləcək. Təməltökmə mərasimindən xeyli müddət keçməsinə baxmayaraq bu layihə də icrası aparılamayan layihələr sırasındadır.
"GƏNCƏDƏ MÜASİR TİPLİ TAKSİ ŞƏBƏKƏSİ YARADILACAQ"

– 27 mart 2013-cü il. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev: "Özəl taksilər üçün işıqforlardan 15 metr ya arxada ya da ki, qabaqda xüsusi yerlər müəyyənləşəcək. Bununla bağlı şəhər memarına göstəriş vermişik. İlkin olaraq 10 yerdə düzəldiləcək, sonradan bu cür dayanacaqların sayı artırılacaq, artıq şəhərdə müasir taksi şəbəkəsi və xüsusi taksi parklarının yaradılması planlaşdırılır. Sakinlərin rahatlığını təmin etmək üçün "Peugeot” markalı taksilərin gətirilməsi nəzərdə tutulub.
2016-cı ilin ilk ayıdır hələ də Gəncədə nə taksi dayanacaqları nə də ki, "Peugeot” markalı taksilər var.
"GƏNCƏNİN ƏHALİSİ 3 DƏFƏ ARTIRILACAQ"

 – 19 aprel 2014-cü il tarixində Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərin əhalisini 1 milyona çatdıracağını deməsinə baxmayaraq şəhər əhalisi günü gündən daha da azalır. 
Və bu gün Elmar Vəliyevin yarıtmaz fəaliyyəti nəticəsində Gəncə artıq ölkənin 2-ci böyük şəhəri statusunu Sumqayıta verib..
"GƏNCƏDƏ XOCALI ABİDƏSİ UCALDILACAQ"

– 26 fevral 2014-cü il tarixdə Gəncənin Hacıkənd qəsəbəsində məskunlaşan Xocalıdan olan məcburi köçkünlərlə görüşündə bildirmişdir ki Gəncənin yaxınlığında Xocalıdan olan məcburi köçkünlər üçün şəhərcik salınır və şəhərcikdə olan parkda Xocalı soyqırımında şəhid olan azərbaycanlıların xatirəsinə ehtiram olaraq abidə ucaldılacaq. 
Verilən vəddən 2 il keçməsinə baxmayaraq Xocalı Abidəsi yoxdur.
"GƏNCƏDƏ FİBEROPTİK KABEL İSTEHSALI" üzrə zavod fəaliyyətə başlayacaq

 – 23 may 2013-cü il. 2013-cü il I rübünün yekunlarına həsr edilən şəhər fəallarının toplantısında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd edib ki, Azərbaycanda yüksək keyfiyyətli fiberoptik kabel istehsal edən, dəyəri 100 mln. manat olan zavodun tikintisi planlaşdırılır. Onun sözlərinə görə, ölkə başçısı İlham Əliyev bu zavodun məhz Gəncədə tikilməsini məsləhət görüb. İcra başçısı qeyd edib ki, Gəncə artıq sənaye şöhrətini geri qaytarır: "Yeni tikiləcək zavodda yüzlərlə şəhər sakini işləyəcək”. 
Həmin vaxtdan 3 il keçməsinə baxmayaraq belə bir zavodun inşasından əsər əlamət yoxdur.
"GƏNCƏDƏ YENİ FƏXRİ XİYABAN YARADILACAQ"

- 21 iyul 2014-cü ildə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin verdiyi məlumata görə şəhərdə Fəxri Xiyabanın yaradılması ilə bağlı sərəncam verilib. 2016-cı il olmasına baxmayaraq Elmar Vəliyevin bu vədi də yalan çıxmışdır.
"GƏNCƏDƏ HƏRBİ HİSSƏLƏRİN YERİNDƏ PARKLAR SALINACAQ"

– 20 may 2014-cü il tarixində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev həmin ilin I rübunun yekunlarına həsr edilən iclasda bildirib ki, ölkə prezidentinin tapşırığı ilə şəhərin ətrafında hərbi hissələr üçün yeni binalar tikiləcək. Və Gəncənin mərkəzində olan hissələr ora köçürüləcək. 
201
7-cı il olmasına baxmayaraq bu istiqamətdə də heç bir irəliləyiş yoxdur. 
Nə park var nə köçürülən hərbi hissələr.
Boşaldılan bir neçə hərbi Hissə əraziləri də sot-sot satılaraq talanıb, vəssalam!!!
GƏNCƏNİN MƏRKƏZİNDƏ ANALOQU OLMAYAN YAŞAYIŞ KOMPLEKSİ TİKİLİR"
2014-cü ildə bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev məlumat verib. O, qeyd edib ki, bu ilin sonuna kimi şəhərdən 6 hərbi hissə başqa əraziyə köçürüləcək və onların yerində şəhərin baş planına uyğun tikililər ucaldılacaq.
"Gəncənin mərkəzindən köçürülən hərbi hissələrin əraziləri Gəncə şəhər İcra Hakimiyyətinin balansına verilir. 
Artıq hərbi hospital köçürülüb və onun yerləşdiyi ərazidə yeni müasir yaşayış kompleksi tikiləcək. Kompleksdə respublikada analoqu olmayan binalar ucaldılacaq. Burada ticarət mərkəzi, uşaq baxçası, poliklinika və s xidmətlərdə yer alacaq.
2014-cü ilin yay aylarında həmin ərazidə yerləşən bir neçə XIX əsrin gözəl tarixi bina yerlə yeksan edilsə də, bu günə kimi yerində heç bir iş aparılmayıb. Aldığımız məlumata görə Türkiyənin tikinti şirkəti bu layihədən tam imtina edib.
Yuxarıda sadaladığımız yalançı vədlərin ancaq kiçik bir hissəsidir.
İllərdir "gələn il" tikinti işlərinin yekunlaşacağı bildirilən işlərin sayı isə ümumiyyətlə bilinmir.
Şəhər küçələrinin asfaltlanması, Gəncə Beynəlxalq Avtovağzalı və onlarla digər tikinti layihələrinin də inşası illərdir yekunlaşmaq bilmir ki, bilmir...

Reallaşmış layihələrin böyük əksəriyyəti yerli iş adamlarının, idarə və müəssisə rəhbərlərinin maddi dəstəyilə baş tutub, büdcə vəsaitlərinin dəqiqliklə xərclənməməsi də sirr deyil. "Əlinin papağını Vəlinin başına" qoymaqla və hətta adi büdcə işçilərinin maaşlarından pul tutmaqla birtəhər başa çatdırmış Elmar Vəliyev görəsən indiki böhran vəziyyətində necə edəcək, hansı addımlar atacaq? İndi, Gəncəyə rəhbərlik etməkdə olan Elmar Vəliyevə ünvanlanan çoxlu cavabsız suallar var. Hamını düşündürən ilk sual isə budur. Görəsən o, bu postda daha neçə il qalacaq?

Ümidvarıq ki, Elmar Vəliyev işlərində yeni dönüş yaradacaq.

Osman Nərimanoğlu

Demokratik.Az

Xəbər 6017 dəfə oxunub






Oxşar xəbərlər

Müğənni AzTV-nin studiyasına “Jeep” ilə girdi
Qafqaz zubrları Azərbaycan təbiətinə buraxıldı
Zaminlikdən imtina etməyin yolları
Bu maşınların istifadəsi qadağan ediləcək
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq Lənkəranda!
Erməni bacı-qardaş Azərbaycandakı yarışda
Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir?
Ermənilərə satılan iki xainin miskin hekayəsi - Şok faktlar
Ərdoğan Trampla bu tarixdə görüşəcək
Ermənistan çıxılmaz siyasi panikaya girdi
"Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər"
Fəzail Ağamalı: “Qraçov Elçibəyə zəng vurub dedi ki...”
"Laçın" Ticarət Mərkəzinin sahibinin oğlu həbs edildi
“Bizə Qarabağı azad etmək üçün çox uzun vaxt verməyəcəklər” – Polkovnik
Mübariz İbrahimovdan yazan psixoloq: “Mən sülh istəyirəm”
İcra başçısına zərfdə güllə göndərdilər - FOTO
ƏHƏD ABIYEVƏ MÜRACİƏT! "DAŞKƏSƏNİN ADI DƏYİŞDİRİLSİN!"
Abşeron İHB-nin "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev
Fuad Abbasovla bağlı ŞOK İNFORMASİYA - DÖYÜLƏRƏK HƏBS OLUNUB
İsgəndər Həmidov xəstəxanalıq oldu - ÜRƏKTUTMA
Baş yol polisinə qarşı "köhnə yazı" - Generalın "biznes imperiyası"nın siyahısı TƏKRAR yayıldı
Abşeronda bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – Şikayət
Gəncədə "Xəzər Lada"nın "qoçuları" Qarabağ əlillərini döydü
Gəncə gəncləri ADA Universitetində - Möhtəşəm Gənclər Konfransı
Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab
"ABŞ hələlik İranla MÜHARİBƏ etməyəcək" - Osman Nərimanoğlu yazdı
“KÖLGƏ”DƏ GİZLƏDİLƏN MİLYONLAR…
Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb
"Qarabağ" üçün 13 potensial rəqib
"Emin 444"-ün ölümü - Həbs edilən dünya çempionunun ayağındakı bıçaq izi..
Gəncə Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTOSU
Ağ Evin Qarabağ təşəbbüsü: Konqres də qoşula bilər
Şəmkir İcra Hakimiyyətinin yanında inəklərin "PARADI" - Biabırçılıq
Göygöldə məktəb direktoru "qaçqının daxması"na hücum çəkdi - NİYƏSİ + FOTOLAR
Spiker xəstəxanadakı Milli Qəhrəmanı ziyarət etdi
Gəncə-startap günləri başa çatdı
Tacirdən: “Tellinin hər yerini yeyərəm” - Video
Çantada narkotik daşıyan Şəki sakini Balakəndə saxlanılıb
Şvarseneggeri bir təpik vurub yerə yıxdılar - VİDEO
Samuxda orta məktəbə Milli Qəhrəmanın adı verildi
"Oskar"lı aktyor 31 ildən sonra attestat aldı - FOTO
“Mən niyə akademik ola bilmərəm, neyləmişəm ki?…”
İranda qum fırtınası başlayıb
Oqtay Əsədov Zelenskinin andiçmə mərasimində iştirak edəcək
Şəmkirin icra başçısı Dilqəm Əsgərovun oğlunun torpağını əlindən alır ?

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17988] initstartout [0.00015] initstartin [0.00062] calstart [0.00827] calend [0.00045] topnewsend [0.00365] rsssend [0.00000] ehgend [0.00644] tagsstart [0.00053] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.15974]