Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

18:20 - 23.10.2018  
Eldar Mahmudov həbs olunacaqmı?
Tarix: 29-12-2016, 10:03 | Bölmə: Xəbərlər » Ölkə içi

Ziyafət Əsgərov: "Təqsiri olan hər bir şəxs sözsüz ki, məsuliyyətə cəlb olunacaq” 

 


Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun məsuliyyət məsələsindən danışıb. 

Eldar Mahmudov həbs olunacaqmı?Vitse-spiker son bir neçə ildə Azərbaycanda korrupsiya faktları ilə bağlı təhlükəsizlik strukturları da daxil olmaqla, yüksək rütbəli məmurların həbsi, qurumlarda islahat xarakterli addımların davam etdiriləcəyi ilə bağlı fikirlərini açıqlayıb.  

"Ümumiyyətlə, bizim qəbul etdiyimiz hər bir sənəd özlüyündə islahatları ehtiva edir.

Cənab prezidentin bu istiqamətdə də islahatlar aparılması ilə bağlı xeyli fərmanları, sərəncamları var. Əlbəttə, qəbul etdiyimiz qanun layihələri də bu islahatların ruhuna uyğun olmalıdır. Məsələn, bu yaxınlarda ”Hərbi vəziyyət haqqında" qanun layihəsini yenidən hazırlayıb qəbul etdik. Bu qanunu ilk dəfə 1994-cü ildə qəbul etmişdik. Dövrünə görə də, indi də o qanun işləyir və gözəl qanundur. Amma artıq 1994-cü ildə bu qanunu qəbul etdikdən sonra biz 1995-ci ildə yeni Konstitusiyanı, Hərbi Doktrinanı, Təhlükəsizlik Konsepsiyasını qəbul etdik və sair. Ona görə də bu sənədi yenidən hazırlayıb, qəbul etdik. Ordumuz güclənirsə, onun normativ hüquqi bazası da güclənməlidir. Bu yöndə işlərimiz davam edir. O ki qaldı həbs olunanlara, hələ istintaq getdiyi üçün gəlin, məhkəmənin qərarını gözləyək"- deyə Z.Əsgərov bildirib. 

Eldar Mahmudov həbs olunacaqmı?

APA müxbirinin "sizcə, MTN-ə vaxtilə rəhbərlik edən nazir məsuliyyət daşıyırmı” sualına vitse-spikerin cavabı belə olub: "Əlbəttə daşıyır. Təqsiri olan hər bir şəxs sözsüz ki, məsuliyyətə cəlb olunacaq. Bundan sonra hansı cəza tədbirləri görüləcək, bu, məhkəmənin qərarından asılı olacaq”.

Qeyd edək ki, 2015-ci il oktyabrın 17-də Eldar Mahmudov vəzifəsindən çıxarılandan və rəhbərlik etdiyi qurumda həbslər gerçəkləşəndən sonra belə fikir formalaşmışdı ki, onu da həbs edəcəklər. Bu gün isə ictimai şüurda Eldar Mahmudovun həbs edilməyəcəyi, istintaqdan kənar qalacağı fikri bərqərar olub. Bunun bir sıra səbəbləri var.  

Məsələn, bugünlərdə aydın oldu ki, Eldar Mahmudovun bibisi qızının yoldaşı, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində "Rabitə işi” üzrə həbs edilən Beytulla Hüseynovu da həbsdən azad etmək üçün hazırlıqlar görülür. B.Hüseynovun həbsindən sonra 50-yə yaxın əmlakının üzərinə qoyulmuş həbs götürülüb. Onun məhkəmənin sonunda şərti cəza ilə azad ediləcəyi haqda da xəbərlər var. Halbuki bu gün üzə çıxan istintaq materiallarına görə Beytulla Hüseynov Eldar Mahmudovun təkidi ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru vəzifəsinə təyin edilib. 

Beytulla Hüseynovun xidməti otağında 34 ədəd telefon yuvası olub. Bu yuvalar ATS-lərin "Kross”una birləşdirilib ki, bu da Eldar Mahmudova Beytulla Hüseynov üzərindən də istənilən şəxsi dinləməyə imkan verib. Beytulla Hüseynov azadlığa çaxırsa, əmlakları üzərindən həbs götürülürsə, onun azadlıqda olan himayəçisi Eldar Mahmudovun həbsi nə dərəcədə real ola bilər? Məsələnin bu tərəfi də var ki, Azərbaycanda mümkünsüz görünən bir çox işlər çox rahatlıqla gerçək ola bilir. Cəmiyyətin təpkisinin olmaması məmurlara cinayətlər etmək üçün geniş areal yaradır. Ən yaxşı halda baş verənlərdən cəmiyyətimiz duyğulana və ya xəyal qırıqlığına düçar ola bilər.   

Eldar Mahmudov həbs olunacaqmı?

Parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, deputat Zahid Oruc "MTN işi”nin 1 ilinin tamamında "Yeni Müsavat”a verdiyi müsahibədə Eldar Mahmudovun həbs edilməməsinin səbəblərindən danışmışdı. "MTN əməliyyatının 1 ili - deputatdan sensasion açıqlamalar” 


sərlövhəli müsahibəsində deputat "Mahmudovun şəxsən məhkəmə qarşısında dayanmaması insanlarda xəyal qırıqlığı yaradacaq. Adamlar şərin ölümsüzlüyünə və gücünə inanacaqlar. Buna yol vermək olmaz” demişdi. 

E.MƏMMƏDƏLİYEV
Xəbər 2574 dəfə oxunub






Oxşar xəbərlər

Mehdi Səlimzadənin qardaşı oğlunun lüks həyatı VƏ...
Səudiyyə Ərəbistanından Türkiyə polisinə qadağa
Vidadi Zeynalov və DOSTLARI niyə həbsdən buraxılmadı?
Azərbaycan nefti neçəyə satılır?
Elmar Vəliyevin oğlu "Kəpəz"-dən istefa verdi
“Sivil müxalifətin güclənməsi hakimiyyətin də marağında olmalıdır" - fikirlər
Türkü təhqir edən fransız jurnalistə Barış Mançonun cavabı - puldakı şəkillər
Tramp Ər-Riyadın izahatından məmnun deyil
Bakıda ilk eşşək ferması yaradıldı - südün litri 80 manata
Tramp özünü millətçi saydığını bildirib
Sahibsiz itlərə kim sahib çıxacaq?
Leyla Əliyeva sərgidə iştirak edib (FOTO)
Məşhur robot Prezidentə təqdim olundu - FOTOLAR
Hadi Rəcəbli dilənçilərdən danışdı - TƏKLİF
Araz Ağalarovun hesablarını bağladılar - ABŞ-da
Qarabağdan danışmaq yalnız Kremlin hüququdurmu?..
Qarabağda əlil olan xanım ölkə rəhbərindən kömək istədi - MÜRACİƏT
Tarix İnstitutunun saytı yeni versiyada təqdim edildi
İlham Əliyev 4 sərəncam imzaladı
Ərdoğan Azərbaycandan danışdı
Avropa İrana ABŞ-la mübarizədə kömək edəcək
Türkiyənin tanınmış şoumeni yıxılaraq ağır xəsarət alıb
Ermənistanla “haqq-hesab” günü yaxınlaşır - Yeni situasiya
PSJ Neymarın qiymətini açıqladı
Seksə layiqli alternativ tapıldı
Ərdoğan mətbuat konfransında yatdı - Video
Badamdarda sürüşmə zonasında son vəziyyət
“İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam” – Paşinyan
Eldar Mahmudovun dəstəsinin 2 üzvü azadlığa buraxıldı
“Yalama” Gömrük postunun böyük inspektoru həbs edildi
Səsiniz barədə 7 FAKT
“Siyasət məni...” - Etibar Məmmədovla müsahibə
"Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb" - Rəhim Qazıyev
Falınız - 19 oktyabr
Rəşid Mahmudov əməliyyat olundu
Mesajlarının sayı sənin etikanı göstərir
“Rabitə işi”nin əsas fiqurantı azadlığa buraxılır
Müğənni Dilarə 5 fərqli obrazda – Fotolar
DTX Azərbaycana keçmiş xarici casusu həbs etdi (FOTO)
Koçaryan Paşinyanla mübarizəyə başlayır
Milli Məclisin deputatları nə qədər alır? - SİYAHI
Azərbaycanda 50 min ailə sosial yardım alır
Mehman Hüseynovla bağlı Apellyasiya qərar verdi
Azərbaycanın taleyini dəyişən gün - 18 oktyabr
Futbolçu baş məşqçini döydü – Azərbaycanda
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi
Müxalifətin "payız davası" - liderlərin savaşı böyüyür
Krımda TERROR - 22 yaşlı gənc kolleci partlatdı + 19 ölü
Bürclər – 18 oktyabr
Əflatun Amaşov MM-in plenar iclasında çıxış edib - MƏTN
DTX-nın istintaq səlahiyyətləri artırıldı - FƏRMAN
İsrail raket atəşinə tutuldu, Netanyahu təhdid etdi
Azərbaycanda 5 min eşşək yoxa çıxıb
Azərbaycanın uşaq “Eurovision” mahnısı – VİDEOKLİP
Lənkəranskinin adamı atışmada öldürüldü – FOTO
Aprel döyüşlərinin qəhrəmanı komadadır – VİDEO
Kosmosdan gələn siqnalları kim göndərir?— Açıqlama
Yunanıstanın xarici işlər naziri istefa verib
Yeni il ərəfəsində əfv olmayacaq
Azərbaycanda nə qədər yoxsul var? – Nazirlik açıqladı
İqbal Ağazadədən İsa Qəmbər və Arif Hacılıya ittihamlar (VİDEO)
Gəncədə yeni idarə rəisləri Əhmədov qardaşlarıdır
ABŞ səfirindən və yüksək ranqlı diplomatından Qarabağ bəyanatları
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
“MTN çetesi”nin ifşasının 3 ili - Eldar Mahmudov tutulmur
ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb
Paşinyan istefa verdi və üzr istədi
Bugün Bakıda yağış yağacaq
Skoulz: Messi Ronaldudan yaxşıdır, lakin...
Putinin GİZLİ QARABAĞ PLANI: Sarkisyan oyunda..

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.15998] initstartout [0.00018] initstartin [0.00095] calstart [0.01129] calend [0.00065] topnewsend [0.00457] rsssend [0.00000] ehgend [0.00901] tagsstart [0.00071] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.13256]