Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:54 - 21.11.2019  
Gəncənin icra başçısı büdcəni belə mənimsəyir… Faktlar
Tarix: 26-10-2019, 14:31 | Bölmə: Xəbərlər » Ölkə içi

Azərbaycanda şəhər və rayonlarda tikinti-quruculuq və abadlıq işləri aparılmasına dövlət büdcəsindən hər il yüz milyonlarla vəsait ayrılır. Ancaq bəzən ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir və yaxud görülən işlər keyfiyyətsiz aparılır

Gəncənin icra başçısı büdcəni belə mənimsəyir… FaktlarTikinti-quruculu və abadlıq işlərinə böyük miqdarda vəsait ayrılan regionlardan biri də Gəncə şəhəridir.

Bu ilin mart ayının 4-də Prezident İlham Əliyev Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 11 milyon, küçələrin əsaslı təmiri üçün 4 milyon, işıqlandırma sistemlərinin yenilənməsi üçün 1 milyon, əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və mexanizmlərin alınması üçün 6 milyon, ümumilikdə 22 milyon manat ayrılıb.

Bəs Gəncənin abadlaşmasına ayırdığı milyonlarla vəsait necə xərclənir?

Qlobal.az-ın budəfəki araşdırması Gəncə Şəhər İcra Hakimiyyətinin cari ilin iyul ayının 25-də keçirdiyi katirovka sorğuları və tenderlər üzərindədir.

Gəncə Şəhər İcra Hakimiyyətinin qeyd olunan tarixdə səkkiz lot üzrə keçirdiyi katirovka sorğularının və açıq tenderlərin ümumi məbləği 298.403 (iki yüz doxsan səkkiz min dörd yüz üç) manat təşkil edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin sifarişçisi olduğu "idarənin sair xərcləri” (31.120), "bərk inventarın alınması” (60.716), "digər maşın və avadanlıqlar” (62.780) üzrə katirovkanın və tenderin qalibi "ELEQANT R” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

Gəncə Şəhər İcra Hakimiyyətinin sifarişçisi olduğu "avadanlıqların alınması” (19.492), "əsaslı təmir işləri” (54.890), "digər alış və xidmətlər” (13.000) üzrə katirovkanın və tenderin qalibi isə "QUBA TİKİNTİ SERVİS R” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Gəncə Şəhər İcra Hakimiyyətinin sifarişçisi olduğu "Xidməti maşınlar üçün alınacaq maşın – mexanizmlərin ehtiyat hissələrinin satın alınması” (10.650) və "sair xərclər” (15.880) üzrə katirovkaların qalibi isə "STAMUS R” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

Gəncə Şəhər İcra Hakimiyyətinin tenderlərinin qalibi hansı MMC-lərdir?

Məlum olub ki, Gəncə Şəhər İcra Hakimiyyətinin iyul ayının 25-də keçirdiyi katirovka sorğuları və tenderlərin qalibi olan hər üç şirkət ("QUBA TİKİNTİ SERVİS R”, "STAMUS R”, "ELEQANT R”) eyni ildə, eyni ayda və eyni gündə – 2017-ci ilin noyabr ayının 27-də təsis edilib.

Nizamnamə kapitalları 10 (on) manat olan hər üç MMC-nin hüquqi ünvanı da həm eyni, həm də qeyri müəyyəndir: Quba rayonu, Amsar kəndi.

"Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.

Bu şirkətlərin isə nə əlaqə telefonu, nə faktiki ünvanı, nə də "web” ünvanı yoxdur.

Bəs, görəsən, maliyyə imkanları, hesabatları, maddi-texniki bazaları, əmək müqaviləsi ilə çalışan işçilərinin sayının nə qədər olması da qaranlıq olan şirkətlər necə oldu ki, Gəncə Şəhər İcra Hakimiyyətinin səkkiz lot üzrə sifarişçi olduğu katirovka və tenderlərin qalibi ola bildi?

Qalib olan şirkətlər ata-oğulundur

Gəncə Şəhər İcra Hakimiyyətinin cari ilin iyul ayının 25-də sifarişçi olduğu iki katirovka sorğusunun və bir açıq tenderin qalibi olan "QUBA TİKİNTİ SERVİS R” MMC-nin qanuni təmsilçisi Cəfərov Rafiq İmamqulu oğludur.

İcra Hakimiyyətinin tenderlərinin digər qalibi – "ELEQANT R” MMC-nin qanuni təmsilçisi isə Cəfərov Mehman Rafiq oğludur.

Gəncə Şəhər İcra Hakimiyyətinin iyul ayının 15-də sifarişçisi olduğu tenderin üçüncü qalibi "STAMUS R” MMC-nin qanuni təmsilçisi də Cəfərov Mehman Rafiq oğludur.

Məlumata görə, Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan, "QUBA TİKİNTİ SERVİS R” MMC-nin rəhbəri 1966-cı il təvəllüdlü Cəfərov Rafiq İmamqulu "ELEQANT R” və "STAMUS R” MMC-lərin rəhbəri Mehman Cəfərovun atasıdır.

"Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanununda tender sifarişçisi olan təşkilatın formalaşdırdığı komissiyada təmsil olunan şəxslərlərdən hər hansı ilə tenderdə iştirak edən təşkilatın rəhbəri qohum ola bilməz. Bu cür halların olması keçirilən kotirovka və tenderlərin şəffaflığını ciddi şübhə altına alır. Yaxın qohumluq əlaqələri olan şəxslərin rəhbər olduqları şirkətlərin eyni qurumun sifarişçi olduğu kotirovka və tenderlərin eyni gündə qalib olması mövcud qanunvericiliklə birbaşa qadağan edilməsə də, hər halda müyyən şübhələrə yol açır.

Qlobal.az yuxarıdakı faktlara aydınlıq gətirilməsi üçün ölkədə keçirilən satınalmalara nəzarət edən quruma – Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə rəsmi müraciət edib, lakin Xidmət sorğunu cavablandırmayıb.

Gəncə Şəhər İcra Hakimiyyətindən də mövqe bildirilməyib.

Xəbər 3280 dəfə oxunub






Oxşar xəbərlər

Varlı rektorun kasıb həvəsləri: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?
Azərbaycanda Ombudsman dəyişir: Üç namizəd var
Dəməşq aeroportunda iranlıların qərargahı darmadağın edildi
Ayaz Mütəllibov Paşinyana sərt cavab verdi
Mehriban Əliyeva Putinlə görüşəcək
“Bu adamlar “söyüş kampaniyası” fonunda öz varlıqlarını...” - QULU MƏHƏRRƏMLİ
İcra başçısı özünə 250 minlik “Rang Rover” aldı
Zatulin: "Ancaq 5 rayon qaytarıla bilər, Qarabağı unudun"
Bakıda gəlin maşını yandı - VİDEO
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
Aralıq qiymətləndirmə davam edir
Prokuror naxçıvanlı iş adamını güllələyən "Hozu"ya cəza istədi
Prezident iki icra başçısının yerlərini dəyişdi
ADAU qarışdı! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi - NİYƏSİ
"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.29586] initstartout [0.00028] initstartin [0.00154] calstart [0.01741] calend [0.00103] topnewsend [0.00793] rsssend [0.00000] ehgend [0.01099] tagsstart [0.00094] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.25569]