Prezident Gəncə Dövlət Filarmoniyasına 5 milyon ayırdı - sərəncam

  • 10 noy 2016, 20:59
Azərbaycan prezidenti İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
Gəncə Dövlət Filarmoniyasının tikintisinin davam etdirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
 
Demokratik.Az
Oxşar xəbərlər