Beyləqanın icra başçısı vətəndaşların qəbul gününü "boykot" edib

  • 14 mart 2019, 08:17

Dünən Beyləqan Rayon İcra Hakimiyyətində !vətəndaşların qəbulu" fiaskoya uğrayıb. Səbəbi, rayonun icra başçısı Asif Ağayev qəbuluna gələn vətəndaşların görüşündən yayınması olub.  Demokratik.Az"-ın məlumatına görə, beyləqanlılar bu duruma hiddətlənib haqlı etiraza qalxıblar, problemlərinin həllinə etinasız yanaşan başçını və İHB-nin digər əməkdaşlarını sərt qınayıblar, narazı şüarları səsləndiriblər. RİH-nin işçiləri və mühafizə polisi qızışmaqda olan kütləni neytrallaşdırmaq üçün şiddət göstəriblər. Qəbula gələn bir yaşlı qadının isə ürəyi gedib. Hadisə yerinıə təcili tibbi yardım ekipajı gəlib.

Bütün bunlar "Realmedia.az”-ın Beyləqandakı əməkdaşının gözləri qarşısında baş verib. Saytın əməkdaşı xəbərə əlavəsində bildirir ki, onun bu acınacaqlı mənzərəni izləməsi və qeydlər aparması RİH başçısının müavini Məhəmməd Qələndərovun diqqətini çəkib: "Məhəmməd Qələndərov məni yanına çağırıb soruşdu ki, nə olub, məqsədiniz nədir? Əslində bu sualı Məhəmməd Qələndərova ünvanlamaq daha yerinə düşər. Əslində bizim məqsədimiz bəllidir. Sizin məqsədiniz nədir, nədən bu vətəndaşları qəbul etmirsiniz, onlara gərgin anlar yaşadırsınız”.

Məhəmməd Qələndərov

Bu olaydan anlamaq olur ki, Beyləqan RİH-nin vətəndaşların müraciətlərinə həssas yanaşması, rayon sakinlərinin RİH aparatında və yerlərdə səyyar qəbulları və bu barədə rayon rəhbərliyinin yaydığı məlumatlar formal xarakter daşıyır. Dövlət başçısının ölkə vətəndaşlarının problem və qayğılarına həssaslıq göstərdiyi, sosial məsələlərin həllinə xüsusi diqqət yetirdiyi indiki məqamda insanların bayram ovqatına "soğan doğramaq” başadüşülən deyil. Bu cür xoşagəlməz süni hadisələr Beyləqan sakinlərini narahat edən məsəklələrə biganə qalan icra başçısına və digər yerli məmurlara yaxşı heç nə vəd etmir.

 

Bildirək ki, Beyləqan İHB-nin rəsmi saytında dünənki qəbulla bağlı heç bir xəbər yerləşdirilməyib. Hadisənin mahiyyəti barədə dəqiqləşdirmə aparmaq cəhdlərimiz də uğursuz alındı, zənglərimiz cavabsız qaldı... (Tel: (+994) 225 29 17)

 

 Xəbərdə adları qeyd olunan şəxsləri mövqeyini dinləməyə və dərc etməyə hazırıq. /xəbərin mənbəyi -Realmedia.Az/

Demokratik.Az

Oxşar xəbərlər