Demokratik TV
Xəbər lenti
İcra başçıları təcili Bakıya çağrıldı – fövqəladə toplantı
- 21 yan 2016, 08:30

Mənbənin sözlərinə görə, toplantıda devalvasiyadan sonrakı durum müzakirə olunacaq və yeni reallıqlarla bağlı icra başçıları təlimatlandırılacaq: "Regonlardakı mütəmadi xarakter alan devalvasiya əleyhinə etiraz aksiyaları hakimiyyətin üst qatında ciddi narahatlıq yaradıb. Ona görə də hakimiyyət qabaqlayıcı tədbirlər görməyə qərar verib.”
Mənbənin sözlərinə görə, hazırda iqtisadi və sosial reallıqlar dəyişdiyindən yeni təlimatlara ehtiyac yaranıb: "Əvəllki idarəetmə metodlar indiki şəraitə yararlı deyil. Standartları dəyişmək vaxtıdır. İndi icra hakimiyyəti daha çox əhali ilə ünsiyyətdə olmalı və şikayətlərə həssas yanaşmalıdırlar. Toplantının məqsədi də bu durumu icra başçılarına izah etməkdir. ”
Yaxınlarda bir necə icra başçısının işdən çıxarılmasını istisna etməyən mənbə bildirir ki, təkcə kadrlar yox, idarəetmə qaydaları da dəyişməlidir.
Yada salaq ki, son həftədə Lənkəran, Beyləqan, Füzuli, Quba, Ucar və başqa rayonlarda devalvasiya əleyhinə etiraz aksiyaları keçirilib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti