Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:25 - 15.11.2019  
Jurnalistlərin binasından ŞİKAYƏT: Vüqar Səfərlinin "Jurnalist evi" MMC-si günahlandırılır
Tarix: 25-11-2018, 15:48 | Bölmə: Xəbərlər » Ölkə içi

Jurnalistlər üçün tikilən birinci binada növbəti oğurluq hadisəsi olub.

Jurnalistlərin binasından ŞİKAYƏT: Vüqar Səfərlinin "Jurnalist evi" MMC-si günahlandırılırBina sakinlərinin AzToday.az-a verdiyi məlumata görə, bu dəfə Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin velosipedi oğurlanıb. Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsi faktı araşdırmağa başlayıb.

Son günlər mətbuat işçiləri üçün tikilən binalarda yaşayan sakinlər kütləvi şəkildə KİVDF sədri Vüqar Səfərlinin yaratdığı "Jurnalist Evi” MMC-dən şikayətçidirlər. Bu səbəbdən bir-neçə jurnalist mənzillərini satışa çıxarıb.

AzToday.az AzEuroNews.com-a istinadən xəbər verir ki, jurnalistlərin birinci və ikinci binasının sakinləri adından göndərilən məktubda mənzillərin satılmasının səbəblərinə aydınlıq gətirilib.

Təkcə bir binadan ayda 6 min manat yığılır

Məktubda qeyd olunur ki, jurnalistlər binasının sakinlərinin problemlərini dinləyən yoxdur. 2013-cü ilin iyul ayında istifadəyə verilmiş birinci binanın sakinlərinin dəfələrlə KİVDF sədri Vüqar Səfərlinin yaratdığı "Jurnalist Evi” MMC-yə müraciətinə baxmayaraq MMC tərəfindən binanın və həyətin problemləri həll edilməmiş qalır. Bir çox problemlər də jurnalistlərin özlərinin hesabına aradan qaldırılmalı olur.

Bir neçə həftə öncə yağan yağış zamanı binanın həyətindəki su ötürücünün işləməməsi nəticəsində binanın zirzəmisi və su anbarı çirkab sularla dolub. İki gün öncə isə "qorunan” binaya gecə saat 05:00 radələrində ərazidə sərgərdan həyat sürən bir nəfər daxil olaraq qapıları döyməyə və sakinləri narahat etməyə başlayıb.

Bina sakinləri ayda hər kvadrat metrə görə 50 qəpik ödəyir. Bura təmizlik, mühafizə, işıqlandırma, yaşıllaşdırma, lift və digər xidmətlər daxildir. Ayda 156 mənzilli birinci binadan 6000 manata yaxın pul yığılsa da hesablamara görə, xərclər 3000 manata çatmır. Qalan vəsaitin taleyi naməlum olaraq qalır.

Bina sakinləri arasında illərdir pul ödəməyənlər də var. Bunlar Vüqar Səfərliyə yaxın qəzetlərin və saytların əməkdaşlarıdır. Dəfələrlə digər sakinlərin məsələni ictimailəşdirmək üçün "Jurnalist Evi” MMC rəhbərliyinə təkid etməsinə baxmayaraq bunu bəlli səbəblərdən etməyib. Qeyd edək ki, digər sakinlər mənzil pulunu ödəmədikdə gündə zəng vuran, narahat edən KİVDF onlarla bağlı artıq 4 ildir heç bir addım atmır.

 Zirzəmi çirkab su ilə dolub…

Bu problemlər isə aşağıdakılardır:

Bina və həyətin təmiz olmaması. Hansı ki, təmizlik üçün sakinlərdən pul yığılır.

Liftlər problemlidir. Ayda iki liftə görə lift təmiri idarəsinə 800 manat ödədiklərini iddia eləsələr də, liftin təmirini idarə deyil, binanın bağbanı həyata keçirir.

Binanın bayırının işıqlandırılmasına görə pul hesablanır. Halbuki Bakıda məlum penoplast üzlüklü binada yanğın çıxandan sonra jurnalistlər binasında aparılan kosmetik dəyişikliklər zamanı çöl işıqları sökülüb. Həyətdəki işıqların da yalnız bir neçəsi yanır. Arxa hissə isə küçənin işıqları hesabına işıqlanır.

Binanın yanğın təhlükəsizliyi üçün çəkilən su xətti işləmir. Yanğın olduğu təqdirdə ciddi problemlər yaşanacaq.

Binanın qəza çıxış qapıları plastik qapılarla əvəzlənib. "Külək qırmasın” deyə qapılar açarla bağlanıb. Bir çox sakinlər lift işləmədiyi zaman qapını qıraraq açmalı olub. Digər qapılar hələ bağlıdır.

Binanın zirzəmisinə düşən qapılar bayırdan açıqdır. Mühafizə kamerasının müşahidə etmədiyi o hissələrdən dəfələrlə zirzəmiyə enib-çıxan ətraf məhəllələrdən aididiyyəti olmayan şəxslər sakinlər tərəfindən yaxalanıb.

Ehtiyat su anbarının motoru işləmir. İllərdir yığılan çirkab suyu dəyişmirlər.

Uşaqlar üçün nəzərdə tutulan sahədə bütün avadanlıqlar sınıb dağılıb, nəzarət olunmur.

"Jurnalist Evi” MMC sakinlərdən pul yığmasına baxmayaraq sakinlərə hesabat vermir və imtina edir.

Mühafizə sıfır səviyyəsindədir. Dəfələrlə sakinlər binanın blokundan qaraçıları, dilənçiləri çıxarıblar. "Riad” mühafizə xidməti isə MMC-nin açıqladığından az vəsait ödədiyini, bu səbbdən kamera nəzarətini və naryadları təşkil edə bilmədiklərini deyirlər. İndiyədək binadan ona yaxın oğurluq hadisəsi olub. Ağanisə Sultanovanın evindən qızıl və pulun aparılması, blokun dəhlizindən velospiedlərin oğurlanması, 5 mərtəbədə su şaxtalarının alüminium materialdan ibarət qapaqlarının oğurlanması, həyətdə bir neçə maşından akkumulyator və güzgünün açılıb aparılması və s.

Sakinlər mənzillərini sataraq başqa yerə üz tutmaq məcburiyyətində qalırlar

Vüqar Səfərli həyətdəki oğurluqlarla bağlı açıqlamada "mühafizə həyətə cavabdeh deyil”, mənzildən oğurluqda "mühafizə binanın daxilinə cavabdeh deyil” deyə əndrabadi bəyanatlar verir.

Sakinlərin binadakı çatışmazlıqlarla bağlı problemləri sosial şəbəkədə ya mediada işıqlandırması qadağan edilib. Dərhal Səfərli və onun adamları hər tərəfdən zəng edərək və ya etdirərək təsirlər göstərməyə başlayırlar.

Bu səbəbdən də sakinlərin əksəriyyəti mənzillərini sataraq başqa yerə üz tutmaq məcburiyyətində qalırlar.

İndi iş o yerə çatıb ki bir qrup sakin KİVDF-nin təsis etdiyi MMC-dən imtina edərək, sakinlərin iştirakı ilə yeni MMC yaradıb binanın nəzarətini ona həvalə etmək istəyir. Hazırda məsələnin hüquqi tərəfi bir hüquq şirkəti ilə müzakirə olunur. Sakinlər hesab edirlər ki, belə olan təqdirdə aylıq xərci təxminən 35-36 qəpiyədək azaltmaq və daha keyfiyyətli işlər görmək mümkündür.

Jurnalistlərin problemləri ilə bağlı "Jurnalist Evi” MMC və KİVDF sədri Vüqar Səfərlinin mövqeyini öyrənmək mümkün olmayıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

"Demokratik.Az" 

Xəbər 2908 dəfə oxunub






Oxşar xəbərlər

ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi
"Azeri Light" nefti bahalaşıb
“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olundu
Nəcməddin Sadıkovu da istefaya çağırdılar - 26 ildir ki...
"Qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri?" - VİDEO
İlham Əliyevin təşəbbüsü ilə bu qanunlar dəyişdirilir – Siyahı
İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.29341] initstartout [0.00023] initstartin [0.00106] calstart [0.01301] calend [0.00075] topnewsend [0.00645] rsssend [0.00000] ehgend [0.01002] tagsstart [0.00092] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26092]