Demokratik TV
Xəbər lenti
“Jurnalistlər üçün 3-cü bina da tikilə bilər” - Amaşov
- 19 may 2017, 19:47
Xəbər verildiyi kimi, jurnalistlər üçün tikilmiş ikinci bina iyulun 22-də istifadəyə veriləcək. Artıq media mənsubları elan olunmuş qaydalar çərçivəsində müvafiq sənədləri komissiyaya təqdim edir və bir çoxları elə düşünür ki, bu, sonuncu şansdır, bununla da media mənsubları üçün bina tikintisinə son qoyulacaq. Lakin Mətbuat Şurasınən sədri, millət vəkili Əflatun Amaşov ümidverici açıqlama ilə çıxış edib.
MŞ sədri "Yeni Müsavat" qəzetinə verdiyi müsahibədə jurnalistlər üçün üçüncü binanın da tikilə biləcəyini deyib.
O, hazırda jurnalistlərin istifadəsində olan birinci bina ilə bağlı dövlət başçısına xahişini və onun da bu məsələyə xüsusi həssaslıqla yanaşdığını xatırladıb:
"Mənim üçün çox xoşdur ki, bu məsələni xahiş kimi qaldırdım və cənab prezident çox böyük addım atdı. Cənab prezidentlə görüşdə müəyyən məsələlərdən danışdıq. Eyni zamanda jurnalistlərin sosial durumunda hansı problemlərin olması ilə prezident maraqlandı. Bir sıra jurnalistlərin evsiz olduğu, kirayələrdə, yataqxanalarda qalması haqqında söhbət gedəndə təkliflərimiz oldu. Cənab prezident məsələyə çox diqqət və qayğı ilə yanaşdı. Məhz həmin gün cənab prezident birinci binanın tikilməsi ilə bağlı sərəncam imzaladı. Tezliklə binanın yeri müəyyənləşdi və tikinti başlandı. Bu evlər Azərbaycan prezidentinin Azərbaycan jurnalistlərinə hədiyyəsidir. Hələ iki bina tikilib. Ola bilsin ki, üçüncü bina da tikilsin. 156 mənzil birinci binada verildi, 255 mənzil ikinci binada veriləcək. İnanıram ki, bu sonuncu tikilən bina olmayacaq".
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti