Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:48 - 27.05.2019  
Konstitusiya Məhkəməsinin hakimi dollar kreditləri ilə bağlı qərara xüsusi rəy yazdı
Tarix: 9-10-2018, 21:51 | Bölmə: Xəbərlər » Ölkə içi

Konstitusiya Məhkəməsi öz rəsmi saytında manatın devalvasiyasından qabaq banklardan dollarla götürülmüş kreditlərin hansı məzənnə ilə qaytarılmalı olduğu barədə bu günlərdə qəbul etdiyi qərarın tam mətnini açıqlayıb. Və belə məlum olur ki, vətəndaşın devalvasiyadan qabaq dollarla götürdüyü kreditin indiki məzənnə ilə ödənilməli olduğu haqda qərarı Konstitusiya Məhkəməsində heç də yekdilliklə qəbul etməyiblər. Baş prokurorun keçmiş müavini, Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfov bu qərarın əleyhinə çıxıb və mövqeyini xüsusi rəylə əsaslandırıbVirtualaz.org xəbər verir ki, İsa Nəcəfovun rəyi Konstitusiya Məhkəməsinin saytında dərc edilib.

256942_src

Konstitusiya Məhkəməsi əvvəlcə dollar kreditləri ilə bağlı məsələyə hansı zərurətdən baxılması barədə məlumat verir. Bildirilir ki, Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək   Mülki Məcəllənin 422-ci maddəsinin şərh olunmasını xahiş edib. Müraciətdən görünür ki, vətəndaş Gülnarə Rzayeva "Expressbank” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – "Expressbank” ASC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək bankla aralarında bağlanmış 2015-ci il 9 fevral tarixli kredit müqaviləsinin və həmin müqavilənin icrasının təminatı olaraq bağlanmış ipoteka və zaminlik müqavilələrinin ləğv edilməsini istəyib.

G.Rzayeva iddia ərizəsini onunla əsaslandırıb ki, "Expressbank” ASC ilə onun arasında 2015-ci il 9 fevral tarixində kredit müqaviləsi bağlanıb, həmin müqaviləyə əsasən o, bankdan illik 19 faiz olmaqla, 48 ay müddətinə 102.000 ABŞ dolları kredit götürüb. Kredit müqaviləsi bağlanarkən 1 ABŞ dollarının məzənnəsi 0,78 manat olub, sonradan ABŞ dollarının məzənnəsi Azərbaycan manatına nisbətdə dəyişərək artıb.

256943_src

G.Rzayeva Mülki Məcəllənin 422-ci maddəsinə istinad edərək şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi (manatın devalvasiyası) ilə əlaqədar müqavilənin ləğv edilməsini xahiş edib.Nərimanov Rayon Məhkəməsi 13 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddianı təmin etməyib. G.Rzayeva apellyasiya şikayəti verib. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən Mülki Məcəllənin 422-ci maddəsinin tətbiqi ilə bağlı məhkəmələrdə müxtəlif yanaşmaların olmasının və fərqli məhkəmə aktlarının qəbul edilməsinin məhkəmə təcrübəsinin formalaşmasına maneələr yaratmasını nəzərə alaraq Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlib.

Və Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edib ki, manatın məzənnəsinin dəyişməsi şəraitin kəskin dəyişməsi kimi dəyərləndirilə bilməz və deməli vətəndaş bankdan krediti dollarla alıbsa onu indiki məzənnə ilə ödəməlidir.

Hakimlərdən  İsa Nəcəfov isə qərarla  razı deyil. "Plenumun qərarına hörmətlə yanaşaraq, təsviri-əsaslandırıcı hissəsi ilə qismən razıyam, nəticə hissəsi ilə isə razı deyiləm. Buna görə də xüsusi rəyimi bildirirəm”-hakim belə yazıb.

256944_src

Hakim rəyində xarici valyutada kredit götürülməsindən təsirlənən vətəndaşın işi haqda məlumat verir. Rəydə vurğulanır ki, vətəndaş mənzil almaq məqsədilə bankla kredit müqaviləsi bağlayaraq, illik 19 faizlə, 48 aya 102 min dollar kredit götürüb. Vətəndaş borc aldığı vaxt 1 dolların manata nisbəti 0.78, cəmi 12 gün sonra 1.05, bir müddət sonra 1.50, daha sonra isə 1.75 manat olub.

Habelə Isa Nəcəfov bildirir ki, vətəndaşın bu halla bağlı vəziyyəti pisləşib, bağladığı müqavilənin şərtlərinin dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə banka müraciət edib. Lakin razılığa gəlmədiklərindən Mülki Məcəllənin «şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi» adlı 422-ci maddəsini əsas göstərərək bankla bağladığı müqavilənin ləğvini və ya dəyişdirilməsini məhkəmədən istəyib.

Sözügedən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılarkən həmin məhkəmə Konstitusiya Məhkəməsinə müraciət edib və Mülki Məcəllənin bu münasibətləri tənzimləyən 422-ci maddəsinin şərh edilməsini xahiş edib.

İsa Nəcəfov xüsusi rəyində yazır ki, 102 min dollar kredit götürən vətəndaş manatın devalvasiyası nəticəsində banka 190 min manat əsas kredit və 30 min manatadək bank faizi verməlidir.

9

"Ödəmə müddətinin də 4 il olmasını nəzərə alsaq, onda başa düşmək olar ki, kreditorun maliyyə vəziyyəti necə olacaqdır», – o bildirir. Hakim Konstitusiyaya istinad edərək vurğulayıb ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qalır. İ.Nəcəfov yazıb ki, onun fikrincə, məhz belə konstitusion müddəalar nəzərə alınaraq, Mülki Məcəlləyə 422-ci maddə daxil edilib.

"Sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilmiş kredit borclarını ipoteka borclarından fərqləndirmək lazımdır. Sahibkar daşınmaz kapitala sahib olduğu halda, mənzil almaq üçün ipoteka borc müqaviləsinə girənin daşınmaz kapitalı yoxdur. Kredit münasibətləri bazar iqtisadiyyatında gündəlik iqtisadi münasibətlərdə hakim yer tutan münasibətlərdir. Pul vahidinin məzənnəsinin sabitliyi, eləcə də iqtisadiyyatı inkişaf etmiş ölkələrdə mütəmadi qalxıb düşməsi maliyyə şəraitin göstəricisidir. İnsanların həyat səviyyəsi bundan çox asılıdır. Milli valyutanın kəskin düşməsi həyat səviyyəsinin aşağı düşməsidir», - xüsusi rəydə qeyd edilir.

Xüsusi rəydə 12 bank şəbəkəsinin müflisləşmədən bağlanması, əməkdaşlarının işsiz qalması, on milyardlarla bank kapitalının geri qaytarılmaması xatırlanır. İ.Nəcəfov vurğulayır ki, manatın devalvasiyası şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir.

«Vətəndaş bu halda bağladığı ipoteka müqaviləsinin dəyişdirilməsi və ya ləğv edilməsi ilə əlaqədar Mülki Məcəllənin 422-ci maddəsinə əsasən məhkəməyə müraciət etməkdə haqlıdır», – İ.Nəcəfov rəyin sonunda yazır.

Xəbər 918 dəfə oxunub






Oxşar xəbərlər

ABŞ Türkmənistanı Cənub Qaz Dəhlizinə qoşulmağa çağırıb
Bakıda yararsız estakadadan yıxılan balıqçı xilas edilib
“Azərbaycan dünyada sabitlik adası kimi tanınır"
Azad Rəhimovun oğlu 20 milyonluq tender “uddu”
Baş nazir it, pişik saxlama qaydalarına dəyişiklik etdi
Göygöl rayonunda oğru taladığı evin seyfini belə apardı - VİDEO + Təfərrüat
Gəncənin polis rəisi işdən çıxarıldı
Ramiz Rövşən və Musa Yaqub Xalq şairi oldu
"Xəzər Lada"nın Gəncə təmsilçisi "Demokratik.Az"-ı da təhdid etdi - ŞOK TƏFƏRRÜAT
ANONS: "Təmas xəttində vəziyyət gərginləşə bilər”
“Torqovı”da “Rövşən Lənkəranski” köynəyi geyinən gənclər saxlanıldı
Akif Çovdarov azadlığa gedən yolun astanasında
Yadellilər Laçının Minkəndində kef çəkirlər – İstisudan çəkiliş (VİDEO)
“CUPPULU XAN”IN ARAŞDIRMASI – Və “DYP mafiyası”nın məğlubedilməzliyi
Göygöl polisi məktəblilərlə tədbir keçirib
“Hələ ölməmişəm...” - Könül Xasıyeva
Vəkili Fuad Abbasovla görüşdü və açıqlama verdi
Azərbaycan gözəlinə 10 min manat mükafat veriləcək
Qazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb
Gəncə Kitab Klubu “5 İllik Yubiley”ini keçirdi
Azərbaycan müharibəyə hazırlaşır - İDDİALAR
Poltavada Albert-Gülağa müəmması... -İDDİA
Xədicə İsmayıl Ramil Səfərovu təhqir etdi - Cavab
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
Prezident sərəncam imzaladı
Rüfət Quliyevi kim və niyə danışdırır? – Siyasilərin fikri
Müğənni AzTV-nin studiyasına “Jeep” ilə girdi
Qafqaz zubrları Azərbaycan təbiətinə buraxıldı
Zaminlikdən imtina etməyin yolları
Bu maşınların istifadəsi qadağan ediləcək
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq Lənkəranda!
Erməni bacı-qardaş Azərbaycandakı yarışda
Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir?
Ermənilərə satılan iki xainin miskin hekayəsi - Şok faktlar
Ərdoğan Trampla bu tarixdə görüşəcək
Ermənistan çıxılmaz siyasi panikaya girdi
"Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər"
Fəzail Ağamalı: “Qraçov Elçibəyə zəng vurub dedi ki...”
"Laçın" Ticarət Mərkəzinin sahibinin oğlu həbs edildi
“Bizə Qarabağı azad etmək üçün çox uzun vaxt verməyəcəklər” – Polkovnik
Mübariz İbrahimovdan yazan psixoloq: “Mən sülh istəyirəm”
İcra başçısına zərfdə güllə göndərdilər - FOTO
ƏHƏD ABIYEVƏ MÜRACİƏT! "DAŞKƏSƏNİN ADI DƏYİŞDİRİLSİN!"
Abşeron İHB-nin "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Şirəliyevin Mehmanla şəkil məsələsi - Səhiyyə danışmanı əsas sualları cavabsız qoydu
‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.18120] initstartout [0.00015] initstartin [0.00060] calstart [0.00818] calend [0.00045] topnewsend [0.00365] rsssend [0.00000] ehgend [0.02092] tagsstart [0.00052] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.14668]