“AZƏRENERJİ”DƏ YOXLAMA DAVAM EDİR – Ay yarımlıq təhqiqat nələri aşkarlayıb?

  • 11 avq 2018, 23:06

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) iyulun əvvəllərində ölkədə baş vermiş enerji böhranı ilə bağlı "Azərenerji” ASC-də başladılmış istintaqa qoşulub.

"AzPolitika.info”ya daxil olan məlumata görə, Prezident İlham Əliyevin tapşırığı əsasında hüquq-mühafizə orqanlarının apardıqları birgə istintaqa "Bandotdel”in əməkdaşları bugünlərdə daxil olublar. Bu, ondan xəbər verir ki, "Azərenerji”də indiyədək aparılan istintaq nəticəsində mütəşəkkil cinayətkarlığın əlamətləri aşkarlanıb!

Məlumdur ki, hələ işıq böhranının baş verdiyi ilk gündən bu hadisənin düşünülmüş şəkildə həyata keçirilən təxribat olduğu barədə ehtimallar irəli sürülürdü. Görünür, istintaq bu istiqamətdə müəyyən ipucları əldə edə bilib və məhz BMCMİ-nin də indiki mərhələdə işə cəlb edilməsi təsadüfi deyil.

etibar

Xatırladaq ki, Mingəçevir İES-də baş verən müəmmalı qəza ilə bağlı keçirilən iclasda "Azərenerji” rəhbəri Etibar Pirverdiyev qəzanın səbəbi kimi enerjiyə olan tələbatın artmasını göstərməyə çalışsa da, ölkə başçısı bununla razılaşmamışdı. Ona görə də Prezident xüsusi komissiyaya və hüquq-mühafizə orqanları rəhbərlərinə məsələnin ciddi şəkildə araşdırılmasını və günahkarların məsuliyyətə cəlb edilməsini tapşırmışdı.

Oxşar xəbərlər