Demokratik TV
Xəbər lenti
Azərbaycan hökumətinin ən üst səviyyəsində ixtisar aparılacaq
- 21 mart 2018, 01:41
Azərbaycanda 11 apreldə keçiriləcək prezident seçkisindən sonra Nazirlər Kabineti istefaya gedəcək və bir ay ərzində yeni hökumət formalaşacaq.
Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlama verib.
Deputat bildirib ki, Konstitusiyaya görə, hökumətin təşkili yeni seçiləcək prezidentin səlahiyyətlərinə aiddir.
"Hesab edirəm ki, 11 aprel seçkilərindən sonra prezident institutsional dəyişiklərə də gedəcək. Yəni təşkilatların birləşdirilməsi, paralel strukturların aradan qalırılması kimi işlər gələcəkdə genişmiqyaslı olacaq. Şübhəsiz ki, kadr dəyişiklikləri olacaq. Yuxarı səviyyələrdə islahatlar olacaq. Hesab edirəm ki, belə islahatların aparılması zəruri hala çevrilib. Yəqin ki, prezident seçkilərindən sonra müəyyən ixtisarlar gedəcək”.
Tahir Kərimli bildirib ki, hətta hökumətin ən yüksək səviyyələrində isxtisarlar gedəcək.
"Məsələn, baş nazirin müavinlərinin sayı çox görünə bilər. Bunlar hələ ki, mülahizə şəklindədir. Amma buna şübhəm yoxdur. Beynəlxalq Fitch Agenliyi də Azərbaycanda islahatların aparılmasını yüksək qiymətləndirib. Məhz islahatlar sayəsində bəzi sahələrdə irəliləyişlərə nail olmaq olur. Bank sistemində müəyyən dəyişikliklər var. Bir sıra təşkilatlar ləğv edilib. Onlara publik hüquqi şəxs statusu verilib. Hesab edirəm ki, ölkədə aparılan islahatlar daha sürətlə olacaq”.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Islahatlar genişlənir! Hansı nazirlər “ixtisar” ediləcək?
2017-ci ildə ciddi kadr islahatları aparılacaq
Nazir müavinləri ixtisara düşür - SİYAHI
Vahid Əhmədov: “Fazil Məmmədov ciddi xəstə idi”
Köhnə prezident, yeni komanda: Kimlər gedəcək?
Əli Əhmədov islahat anonsu verdi
“Hakimiyyət yeni siyasi münasibətlərə hazırdır”
Nazirlər Kabineti yenidən formalaşdırılacaq - SİYAHI
Artur Rəsizadənin 22 illik postuna kim sahib çıxacaq? YENİ BAŞ NAZİR GƏLİR!
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti