Demokratik TV
Xəbər lenti
Demokratik.Az » 2017-ci ildə ciddi kadr islahatları aparılacaq
2017-ci ildə ciddi kadr islahatları aparılacaq
- 21 dek 2016, 19:28
2017-ci ildə Azərbaycanda ciddi kadr və struktur dəyişikliyinin olacağı gözlənilir. Ehtimal edilir ki, bir neçə qurum ləğv ediləcək, fəaliyyətində nöqsana yol verən məmurlar işdən çıxarılacaq.

"2017-ci ildə islahatlar sürətlə həyata keçiriləcək. Müəyyən qurumların ləğv edilməsi və birləşdirilməsi prosesi aparılacaq. Bazar iqtisadiyyatı sistemində islahatlar, təkmilləşdirilmə prosesi hazırda gedir və bu gələn il də davam edəcək.
Hesab edirəm ki, struktur dəyişikliyi labüddür və bunu etmək lazımdır. Hansı qurumlarda dəyişikliklərin olacağına gəlincə, bu cənab prezidentin səlahiyyətində olan məsələdir”.
Deputat Musa Quliyev bildirib ki, qəbul edilən Strateji Yol Xəritələrinə uyğun olaraq müəyyən təşkilatlar birləşdirilə və ya ləğv oluna bilər: "Həmçinin bu istiqamətdə yeni təşkilatlar da yarana bilər. Struktur dəyişikliyini bütün təşkilatlarda gözləmək olar”.
Millət vəkilinin fikrincə, dövlət qulluğu sistemində müəyyən struktur dəyişikliyinin və ixtisarların aparılması vacibdir: "Bunlarla dövlət büdcəsinin yükü müəyyən qədər azalmalıdır. Dövlət sektorunda işləyən insanların bir hissəsinin özəl sektora keçməsi məqsədəuyğundur”.(azvision.az)

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Məleykə Abbaszadə: "Ola bilsin, gələcəkdə TQDK da ləğv olunsun"
Yay vaxtına keçmədik,iş saatı dəyişdirilməlidirmi?-təkliflər var
Yanvarda Nazirlər Kabineti buraxıla bilər
Rabitə Nazirliyinin 22 əməkdaşı işdən çıxarıldı-ixtisarla
Hansı universitet bağlana bilər - ARAŞDIRMA
4 nazirlik və 6 dövlət komitəsi ləğv edilir - siyahı
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti